Ermənistanda 3 nəfərdən biri kasıbdır

Tarix: 13-02-2021, 10:30 / Oxunub: 347


"Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin "çiçəklənmə ili” adlandırıb”.

Bunu Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan fevralın 13-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.

Keçmiş nazir müavini dövlət borcunun 10 milyard ABŞ dolların çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.



Axtarış
Xəbər lenti
Reklam