Yuxusuzluq bu xəstəliyə səbəb olur

Tarix: 9-06-2023, 12:30 / Oxunub: 3403


Yuxusuzluğu olan insanların təxminən 10 il sonra insult riski ilə qarşı-qarşıya qala biləcəyi müəyyən edilmişdir. "Medpage Today"in xəbərinə görə, "Neurology" elmi jurnalında dərc olunan araşdırma çərçivəsində 2002-2020-ci illər arasında daha əvvəl insult keçirməyən insanlar müşahidə edilib. Orta yaş həddi 61 olan tədqiqat qrupunda olan insanların 57 faizi qadınlardır. Miçiqan Universitetinin Sosial Tədqiqatlar İnstitutu tərəfindən hazırlanan Sağlamlıq və Təqaüd Araşdırmasının (HRS) məlumatlarından istifadə edən Doktor Vendemi Savadoqo və onun komandası yuxusuzluq simptomlarını insult riski ilə əlaqələndirib. Virciniya Birlik Universitetindən Savadoqonun əldə etdiyi məlumatlar yuxusuzluğu olmayan insanlarla müqayisədə "yüngül" və "ağır" yuxusuzluğu olan insanların təxminən 10 ildən sonra insult riskinin daha çox olduğunu göstərib. Savadoqo şiddətli yuxusuzluqdan əziyyət çəkən insanların da diabet, hipertoniya, ürək xəstəlikləri və depressiyaya sahib olduğuna diqqət çəkib ki, bu da insult riskini daha da artırır.


Axtarış
Xəbər lenti
Reklam