Qənirə Paşayevanın son durumu açıqlanıb
"Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır”.

Bunu "Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.

O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur:

"Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımi tədbirləri görürlər. Hər kəsdən xahiş edirəm ki, qeyri-rəsmi, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.

Xatırladaq ki, sentyabrın 23-ü saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm c.süt., nəbz 1 dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüblər. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.
Yeniyetmələrdə inkişafın ləngməsinə səbəb olan gündəlik istifadə etdiyimiz maddələr
Məişətdə istifadə olunan kimyəvi maddələr yetkinlik dövründə yeniyetmələrin inkişafında ləngiməyə səbəb ola bilər.

Norveç alimləri buna dair aparılan tədqiqatın nəticələrini Avropa Uşaq Endokrinologiyası Cəmiyyətinin Haaqada keçirilən iclasında təqdim ediblər.

Tədqiqatçılar gündəlik məhsullarda geniş istifadə olunan perftoralkil və poliftoralkil maddələrə (PFAS) diqqət yetiriblər. Xüsusilə, PFAS suya davamlı parçalar, qida qablaşdırmaları, oyuncaqlar və kosmetikanın tərkibində olur. Əvvəlki araşdırmalarda dəfələrlə bu kimi kimyəvi birləşmələrin böyüklərin və uşaqların sağlamlığı üçün zərərli olduğu sübut edilib.

Mütəxəssislər 6-16 yaş arası 420 oğlan və qız üzərində 19 müxtəlif növ PFAS-ın təsirini təhlil ediblər. Məlum olub ki, yetkinlik dövründə bu maddələrin təsirinə daha çox məruz qalan oğlanların cinsi orqanları, qızların isə döş vəziləri zəif inkişaf edir.

Əldə olunan məlumatlar kimyəvi maddələrin cinsi yetişkənliyin ləngiməsi ilə əlaqəsini göstərən keçmiş tədqiqatlarla uyğun gəlir. Sonuncu tədqiqatda alimlər ilk dəfə daha dəqiq üsullardan, xüsusən də ultrasəs müayinəsindən istifadə ediblər. Mütəxəssislər gələcəkdə cinsi yetişkənlikdə iştirak edən hormonların PFAS səviyyəsi ilə əlaqəsini öyrənməyə davam etməyi planlaşdırırlar.
Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Qida rasionumuzda xüsusi yer tutan pendir bəzən gözləmədiyimiz təhlükələrə yol aça bilər. Bu məhsul süddən hazırlandığı üçün vitamin və minerallarla çox zəngindir. Ancaq süd dərhal istehlak edilmədikdə, tərkibində bakteriyalar əmələ gəlməyə başlayır.

Bu mənfi hal pendirə də aiddir və buna görə də bəzən pendir insanlarda ciddi narahatlıq yaradır.

Bəs pendir alarkən ilk növbədə nəyə diqqət yetirmək lazımdır?

Mütəxəssislər tövsiyə edirlər ki, pendiri seçərkən ilk növbədə onun dadına baxmaq lazımdır. Heyvan mənşəli qida olan pendirdə bakteriyalar çox tez əmələ gəlir. Bu səbəbdən dadı turş olan pendirlərdən uzaq durmaq lazımdır.

Diqqət yetirilməsi lazım olan başqa bir məqam pendirin bütün kənarlarının bərabər olmasıdır. Üzərində pas və ya kif olmamalıdır. Yaxşı pendiri ayırd etməyin ən yaxşı yolu onun rəngidir. Rəng parlaq və canlı olmalıdır. Rəngi tutqun, tünd ağ və ya sarımtıl pendirləri seçməmək məsləhətdir.

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında pendirin tez xarab olan, yüksəkriskli qidalar sırasında olduğunu qeyd edib:

"Pendir zülal tərkibli qida olduğuna görə çox faydalıdır.

Xüsusilə süd məhsulu olduğuna görə tərkibində orqanizm üçün faydalı olan probiotiklər var. Bunlar isə faydalı bakteriyalar hesab olunur və həzm sistemində bağırsaq mikroflorasının düzgün yayılmasında çox böyük rol oynayır. Gündəlik qidalanmada mütləq şəkildə pendirdən istifadə etmək tövsiyə olunur.

Eyni zamanda pendir həm kalsiumla, həm də A, B, C vitaminləri ilə zəngindir. Sadəcə olaraq süd məhsulu olduğu üçün pendirin saxlanılmasında, daşınmasında soyuq zəncir prinsipinə mütləq şəkildə əməl etmək lazımdır”.

Ekspertin sözlərinə görə mağazadakı pendirlər uzun müddət saxlanıldığı üçün keyfiyyətini itirir.

Buna görə onun faydalarından yararlanmaq üçün saxlanma şərtləri mütləq qaydasında olmalıdır:

"Təbii pendir tez xarab olmağa meyilli olduğu üçün öz suyunda saxlanılmalıdır. Yaxşı olar ki, vakuumlanmış formada, uyğun temperaturda saxlanılsın. Açıb istifadə etdikdə isə yenidən hava keçirməyən və ya su mühitində saxlanılmalıdır.

Pendir alarkən istehsal və son istifadə tarixinə diqqət etmək lazımdır. Əgər paketi zədələnibsə, hava keçirirsə və tamlığı pozulubsa, bu onun daşınma zamanı pozulduğunun göstəricisidir. Bu da həmin pendirlərin xarab olduğunun göstəricisidir ki, bu halda ehtiyatlı olmaq lazımdır. Çünki az hava təmas edərsə, məhsul kiflənməyə başlayır”.

Məhsəti Hüseynova onu da diqqətə çatdırıb ki, mağazada və ya evdə saxlanılarkən keyfiyyətini itirən pendir orqanizmdə şişkinlik, köp, bəzən ishal, bəzən də qəbizlik kimi narahatlıqlara səbəb olur.
Biləsuvarda narkotikin təsiri altında yük maşını idarə edən sürücü saxlanılıb
Biləsuvar rayonu ərazisində hərəkətdə olan "KamAZ” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin yük avtomobili saxlanıldıqdan sonra sürücü, Salyan rayon sakini E.Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və E.Əliyev 600 manat məbləğində cərimə olunub.
Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA



"Gözləntimiz ondan ibarətdir ki, Rəqabət Məcəlləsi qəbul və icra olunduqdan sonra bir sıra məhsulların qiymətlərinin optimallaşdırılmasını, hətta ucuzlaşmasını müşahidə edə bilərik”.

Bunu "Trend”ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, Rəqabət Məcəlləsinin Azərbaycanda qəbul edilməsi vacib idi.

"Rəqabət Məcəlləsi həm bazarın tənzimlənməsi, həm də iqtisadi proseslər baxımından əhəmiyyətli bir sənəddir və bu, bütövlükdə bazarda monopoliyanın minimallaşdırılmasına və qiymətlərin liberallaşdırılmasına imkan yaradacaq.

Monitorinqlər də göstərir ki, istehlak bazrında bəzi məhsullar üzrə süni qiymətlər mövcuddur, inhisarçı mövqe qiymətlərə təsir göstərir. Ona görə də Rəqabət Məcəlləsi bazarda rəqabətin gücləndirilməsi və monopoliyanın minimallaşdırılmasını özündə ehtiva edir. Bu da təbii ki, bazara giriş imkanlarının artırılması, rəqabtin gücləndirilməsi, fərqli və ya oxşar məhsulların fərqli şirkətlər tərəfindən fərqli qiymtlərlə təqdim olunmasına imkan yaradacaq”, - deyə V.Bayramov bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə Rəqabət Məcəlləsinin layihəsi daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında azad və sağlam rəqabətin təmin olunması, qorunması və inkişafının ümumi əsaslarını, rəqabət qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətini, rəqabət sahəsində tənzimlənməni, təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını, bazar subyektlərinin hüquqlarını və vəzifələrini, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyəti müəyyən edir, sahibkarlıq fəaliyyəti daxil olmaqla iqtisadi fəaliyyətin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır.
Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib


2018-ci ildə Masallı rayonunda 3 uşağın ölümü ilə nəticələnən partlayışa görə barəsində cinayət işi açılan və istintaqdan yayınaraq ölkədən qaçan şəxs həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin vaxt Lənkəran Regional Qaz İstismarı İdarəsinin Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini tutmuş 1980-ci il təvəllüdlü İdrak Əsədov məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq-İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin materialları Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə İ.Əsədliyə 2 il rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 2 ay həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, Masallının Sığıncaq kənd sakini Günel Kərimova yaşadığı evdə qaz sızması barədə hadisədən bir neçə gün əvvəl aidiyyəti qurumlara məlumat verib. Əraziyə Təmir-Bərpa Xidmətinin əməkdaşları gəliblər və evin kənarında yer altından keçən qaz xəttinin korroziyaya uğrayaraq deşilməsini və qaz sızmasını müəyyən ediblər. Lakin qəzalı vəziyyət aradan qaldırılmayıb.

Bundan bir neçə gün sonra G.Kərimovanın oğlu evin daimi istifadə edilməyən otağının qapısını açaraq işığı yandırarkən yanğına keçən ani partlayış baş verib. Nəticədə ev sahibinin övladları 2005-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Müseyibov, 2010-cu il təvəllüdlü Məhəmməd, eləcə də G.Kərimovanın qardaşı oğlu 2006-cı il təvəllüdlü Sənan Rauf oğlu Kərimov ağır yanıq xəsarətləri alıblar. Uşaqlar əvvəlcə rayondakı, daha sonra isə Bakıdakı xəstəxanaya yerləşdiriliblər. Lakin onların 3-ü də vəfat edib.

Hadisədən sonra məlum olub ki, qaz sızıntısı olan yerdən torpağın altında toplanan metan qazı həmin otağa dolubmuş və qapı-pəncərəsi açılmadığı üçün güclü partlayış olub.

Bu hadisədən sonra idarənin mühəndisi Əlipənah Əhədov və çilingər Məhəmməd Nuriyev həbs ediliblər. Onlar əsas təqsirkarın İdrak Əsədli olduğunu deyiblər. Bildirilib ki, İ.Əsədli istintaq dövründə İrana qaçıb.
Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO


Qızılın qiymətində artım müşahidə olunur.

Satıcılar deyirlər ki, qızıl və brilyantın qiymətindəki artım alıcı sayına da təsir edib.

Alıcılar arasında isə vəziyyətlə barışıb alış-veriş edənlər də var, kəllə-çarxa qalxan qiymətləri eşidən kimi baş götürüb qaçanlar da.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, qiymətləri dünya bazarı tənzimləyir. Qızılın qiymətinin qalxması isə birjadakı artımla əlaqədardır.

Mütəxəssislər hesab edirlər ki, hələ bir müddət də qızılın bahalaşmasının artan şkala ilə davam edəcəyi gözlənilir.

Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:


İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs ekologiyanın qorxulu kabusuna çevrilib  
 
 
Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, İmişli rayon Xubyarlı və Məzrəli kənd icra nümayəndəsi Eyyar adlı şəxs qanunsuz əməllər ilə məşğuldur.

Belə ki, məsələyə aydınlıq gətirmək üçün redaksiyamız özü bir başa həmin ünvana baş çəkmişdir. Araşdırma nəticəsində məlum oldu ki, şikayət həqiqətən əsaslı imiş.
 
Eyyar adlı şəxs dövlət qulluğunda işləməsinə baxnayaraq dövlətin sərvətlərinə qənim kəsilib. Daha aydın desək onun Xubyarlı və Məzrəli kənd ərazisində qum, daş, çınqıl karxanası var. Sərhəd adlı bir sahibkarla şərik işləyir. Özü dövlət işində işlədiyi üçün özü çəkilib bir qırağa, bütün hər şeyi Sərhəd edir, sonda ikisi bölüşürlər.
 
Ekologiyaya ciddi zərər vururlar. Həmin ərazidə yerləşən ağacların, əsasəndə ulğun ağaclarını talayırlar. Arazı məhv edirlər. Dövlətin sərvətini öz şəxsi əmlakları kimi istifadə eləyib, dövlətə ziyan vururlar.
 
Ekologiyanın qorunmasına görə hər zaman iskahatlar keçirən bir ölkənin ekologiyası bu vəziyyətdə olmamalıdır. Maraqlıdır aidiyyatı qurumlar hara baxırlar. Bəlkə də Şirvan Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Elnur müəllimin, həmçinin cənab nazir Muxtar Babayevin bundan xəbəri yoxdur.

Amma xahiş edirik ki, bu məsələ barəsində ciddi şəkildə ölçü götürülsün. Ümumiyyətlə bütün güc  strukturlarından xahiş edirik ki, Eyyar müəllimin gördüyü işlər barəsində araşdırılma aparılsın və barəsində lazımi tədbir görülsün.
 
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
 7 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif müəllim haqqında yalan, şər və böhtan xarakterli məlumat yayan dırnaq arası hər bir jurnalist araşdırılmalı, barəsində ciddi tədbir görülməlidir
 
 
Bu gün haqqında bəhs edəcəyimiz şəxs 7 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif müəllimdir.
 
Bir müddət bundan öncə Akif müəllimin fəaliyyət göstərdiyi ərazidə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, o, üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Akif müəllimin adı hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.
 
O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Akif müəllim özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
 
Lakin bu gün bəzi dırnaq arası jurnalistlər Akif müəllimin işinə maneçilik törədir, şər və böhtan xarakterli xəbərlər dərc etməklə onu gözdən salmaq istəyirlər. Akif müəllimə zəng vurub, əllərində olmayan məlumatlarla onu şantaj edirlər. Bu gün ölkəmizdə öz peşəsini vicdan və ləyaqətlə icra edən saysız hesabsız jurnalistlərimiz vardır. Bu cür dırnaq arası jurnalistlər əsl jurnalistlərimizində nüfuzuna ləkə gətirir. Hələ bu azmış kimi Ekologiya Nazirliyinin qaynar xəttinə Akif müəllimlə bağlı zəng edib şikayət edirlər. Zaqatalada ağac kəsilməsi ilə bağlı yalan məlumat verirlər.
 
7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri adını jurnalist qoyub nömrəsini səhv verən həmin o dırnaq arası jurnalisti tapa bilmirlər. Buradan belə məlum olur ki, bunlar məqsədi şantaj edib, pul almaqdır.
 
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Özünü jurnalist adlandırıb, insanları yalnız şantaj edib pul qazanmaqla məşğul olan hər bir fırıldaqçı barəsində ciddi tədbirlər görülməlidir.
 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Azad Həmkarlar İttifaqının Qax rayon Komitəsinin sədri Təranə xanım haqqında yalan, şər və böhtan xarakterli məlumat paylaşanlar araşdırılmalı, barələrində ciddi tədbir görülməlidir
 
 

Hər kəsə güntəki aydındır ki, yerlərdə vəzifə sahibi olan şəxslərin sakinlərə qarşı bəslədikləri münasibətlərin varlığı, həyata keçirdikləri idarəetmənin göstəriciləri, bir sözlə yürüdülən dövlət siyasətinin müdafiə olunması istiqamətində atdıqları addımlar və s. çox zaman ictimai müzakirələrə səbəb olur. Düzdür, elə hallar olur ki, həmin şəxslərə qarşı ictimai fikirdə rəğbət hissi formalaşır, elə hallar da olur ki, onlara qarşı nifrət, qəzəb, hətta ən nəlayiq sözlərin ifadə olunduğu yanaşmalar da ortaya qoyulur. Belə olan halda ortaya maraqlı və düşündürücü suallar çıxır ki, görəsən bu kimi yanaşmaların kökündə nələr dayanır? Belə bir sualı cavablandırmaq üçün isə, heç də alim olmaq gərək deyil. Çünki, istənilən sahəyə rəhbərlik edən şəxs ilk öncə üzərinə düşən vəzifənin məsuliyyətini hiss etməli, sakinlərə qarşı davranışında normativ tələblərə əməl etməli, atdığı addımları ilə ətrafdakılara nümunə olmalı, problemlə üz-üzə qalan hər kəsi dinləməli və imkan daxilində insanlara kömək əlini uzatmalı, ən əsası bir vətəndaş olaraq öz iradəsini ortaya qoymağı da bacarmalıdır. 

Haqqında bəhs etdiyimiz Azad Həmkarlar İttifaqının Qax rayon Komitəsinin sədri Təranə xanım da məhz sadaladığımız hər bir göstəriciləri özündə cəmləşdirən vəzifə sahibidir. 

Bir müddət bundan öncə Təranə xanımın fəaliyyət göstərdiyi ərazidə olmağımız, yerli sakinlərdən bəziləri ilə etdiyimiz söz-söhbətlər, ümumi müşahidlərimiz və s. bizdə belə bir qənaətin formalaşmasına səbəb oldu ki, o, üzərinə düşən vəzifəsini lazımınca yerinə yetirən, rəhbərliyin verdiyi tapşırıqların həllinə çalışan, ələlxüsus sadə sakinlərin yanında olan şəxsdir. Bu kimi göstəriciləri özündə cəmləşdirən, həyata keçirdiyi müdrik idarəçiliyin varlığı səbəbindən kənd sakinlərinin rəğbət hissini qazanan Təranə xanımın adı hal-hazırda hər kəs tərəfindən hörmət və rəğbət hissi ilə çəkilir.

O, öz peşəkarlığı və qayğıkeşliyi ilə ad-san çıxaran vəzifə sahibidir. Bu şəxs haqqında lazımi məlumatları əldə etdikdə o da bəlli olur ki, Təranə xanım özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən vəzifə sahibidir ki, o, hər kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.

Lakin bu gün bəzi dırnaq arası jurnalistlər Təranə xanımın işinə maneçilik törədir, şər və böhtan xarakterli xəbərlər dərc etməklə onu gözdən salmaq istəyirlər. Təranə xanıma zəng vurub, əllərində olmayan məlumatlarla onu şantaj edirlər. Bu gün ölkəmizdə öz peşəsini vicdan və ləyaqətlə icra edən saysız hesabsız jurnalistlərimiz vardır. Bu cür dırnaq arası jurnalistlər əsl jurnalistlərimizində nüfuzuna ləkə gətirir. 

Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Özünü jurnalist adlandırıb, insanları yalnız şantaj edib pul qazanmaqla məşğul olan hər bir fırıldaqçı barəsində ciddi tədbirlər görülməlidir. 

Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. 

Axtarış
Xəbər lenti
Reklam