Şəmkirdə iki qardaş özlərinə xəsarət yetiriblər

 

Şəmkir rayonunda iki qardaş kəsici alətlə özünə xəsarət yetiriblər.

 

"Report”un Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Q. Həsənov və onun qardaşı 1997-ci il təvəllüdlü S.Həsənov qol nahiyəsindən kəsici alətlə özlərinə xəsarət yetiriblər.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şəkidə 82 yaşlı qadın intihar edib

 

Şəki şəhərində intihar hadisəsi baş verib. 

 

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1940-cı il təvəllüdlü Həqiqət İsmayılova yaşadığı evdə sirkə turşusu içərək intihar edib.

Faktla bağlı araşdırma aparılır. 

Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi




Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. 

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb. 

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. 

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.
Bakıda 21 yaşlı fəhlə faciəli şəkildə öldü


Bakıda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən olunub ki, "Zirvə-A” MTK tərəfindən inşa olunan çoxmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Lombarddan pul götürənlərin DİQQƏTİNƏ!

Lombardlarla bağlı yeni qanunvericilik bazası yaradılır. Yeniliklərin əsas məqsədi faizlərin aşağı salınması və lombardlardan kredit götürən şəxslərin hüquqlarının təmin edilməsidir.

Millət vəkili Vüqar Bayramov bununla bağlı təfərrüatları "Xəzər Xəbər”ə açıqlayıb.

Deputat bildirib ki, bu fəaliyyətin qanunvericilik baxımından təkmilləşdirilməsi vətəndaşların hüquqlarının qorunması üçün vacibdir. Çünki əksər hallarda girovların geri qaytarılması ilə bağlı ciddi narazılıqlar var.

Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi həm də lombardlar üzərində dövlət nəzarətinin sistemləşdirilməsinə imkan verəcək. Əgər lombard qanunlar çərçivəsində normal qaydada işləsə, bu onlara olan etimadı da artıracaq və gələcəkdə lombardlar vətəndaşlar üçün daha əlçatan olacaq.

Lənkəranda təhlükəsizlik kəməri narkotaciri ələ verdi

Lənkəran şəhəri ərazisində hərəkətdə olan "Mercedes-Benz” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sürücü, Bakı şəhər sakini Rövşən Acalovun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyinə, üzərində və nəqliyyat vasitəsində narkotik vasitə daşıdığına şübhələr yarandığından həmin şəxsin müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

R.Acalovun psixotrop maddənin sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı isə onun üzərindən narkotik vasitə marixuana və elektron tərəzi aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq R.Acalovun idarə etdiyi avtomobilə keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsindəki gizli saxlanc yerindən 1 kiloqramdan artıq heroin və 5 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, o, narkotik vasitələri xaricdəki narkotacir vasitəsilə əldə edib və satışını təşkil etmək üçün paytaxt ərazisinə aparmalı imiş.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Xəlil Rza Ulutürkün həyat yoldaşı vəfat edib - FOTO


Xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk vəfat edib.
Bu barədə "Report”a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, o, bu gün səhər saatlarında 89 yaşında dünyasını dəyişib.
Azərbaycanda müğənni qəfil öldü - FOTO



Azərbaycanda üç uşaq anası qəfil dünyasını dəyişib.

Bu barədə Milli.Az məlumat yayıb.

Bildirilib ki, vəfat edən Rəqsanə Tovuzlu müğənni kimi fəaliyyət göstərib.
Bakı metrosunda gənc qızın halı pisləşdi


Bakı metrosunun "Sahil” stansiyasında bir nəfərin halı pisləşib. 

Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb.

Belə ki, sərnişinlərdən biri metronun vestibülünə girərkən halının pis olduğunu deyib. 

Məsələ ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.

O bildirib ki, sərnişinin vəziyyətinin pisləşməsi metro ilə əlaqəli deyil:

"Sərnişin stansiyaya daxil olmamış vəziyyətinin yaxşı olmadığını deyib. Metropoliten əməkdaşları gənc xanım sərnişin üçün təcili tibbi yardım briqadası çağırıb. O, yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Sərnişinin huşu özündə olub”.
Bakıda polislər qəzaya düşdülər - FOTO



Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz” markalı avtomobilin sürücüsü yüksək sürətlə dördyol ayırıcına daxil olub.

Bu zaman Nəsimi Rayon Polis İdarəsinə məxsus post patrul xidmətinin əməkdaşının idarə etdiyi "Fiat” markalı avtomobil ona çırpılıb.

Qəza zamanı iki polis əməkdaşı və "Mercedes-Benz”in sürücüsü ağır bədən xəsarətləri alıblar.

Hadisə yerinə Yol Patrul Xidmətinin və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb ediliblər.
Axtarış
Xəbər lenti
Reklam