Qaçışla bu xəstəlikləri müalicə etmək mümkündür


Böyük şüarım budur: nə qədər pis olsan da, qalx, geyin və get. Depressiv anlarında evdə oturma, küçəyə çıx, yavaş-yavaş gəzməyə başla və ya qaç. Məqsədsiz. Son hədəf olmadan. Qulaqcıqlarınızda sevimli musiqiniz!

Publika.az Rusiya mətbuatanıa istinadən xəbər verir ki, bu sözləri psixoterapevt, tibbi psixoloq, psixotravmatoloq İrina Mansurova qaçışın həm fiziki, həm də psixoloji sağlamlığa təsirləri barədə danışarkən deyib.

Həkim bildirib ki, bir-iki saat ərzində hətta ən güclü melanxoliya da fiziki yorğunluqla əvəz olunacaq.

"Bu, kiçik bir hiylədir - hərəkət edin, düşünməyin, çünki istənilən məşğuliyyət neqativ fikirləri qovmaq xüsusiyyətinə malikdir. Gəzinti və qaçış psixi xəstəliklər üçün əla vasitədir, həm də ən asan və sərfəli fiziki fəaliyyət növüdür. Qanın oksigenlə zənginləşməsi nəticəsində bədənin ümumi tonusunu yaxşılaşdırır və stresli vəziyyətdən çıxış yoluna keçidi stimullaşdırır".

Həkim bildirib ki, uzun müddət davam edən stressdən və ya depressiyadan sonra yerimək və qaçmağın faydaları müstəsnadır:

"Fakt budur ki, hipofiz vəzi bu anlarda morfinə bənzər maddələr, endorfinlər istehsal edir. Sevinc və xoşbəxtlik hissi adrenalinin endorfinləri neytrallaşdırması nəticəsində meydana gəlir, buna görə də yerimək və qaçmaq əla antidepresandır. Üstəlik, təsir təkcə fəaliyyət zamanı deyil, həm də bir müddət sonra da davam edir və bununla da əhval-ruhiyyə yaxşılaşır, insan xoşbəxt olur. Həmçinin qaçış zamanı ürək əzələsinin məhsuldar işini artıran, dözümlülüyü və fiziki gücü artıran aqressiya hormonu ifraz olunur. Bundan əlavə, adrenalin qaraciyərdə qlikogenin parçalanmasını tənzimləyir".

İdmanın həm də testosteron hormonlarının ifraz olunmasına təsir etdiyini vurğulayan psixoloq deyib ki, bu, qadın orqanizmində az miqdarda sintez olunan kişi hormonudur:

"Hormon bədəndə yağların azalmasına təsir edir və əzələləri möhkəmləndirir, maddələr mübadiləsini tənzimləyir, əzələ liflərinin və toxumalarının elastikliyini qoruyan kollagenin istehsalını təşviq edir. Yeri gəlmişkən, qadın cinsi hormonu olan estrogen də kişi orqanizmidə az miqdarda sintez olunur. Empatiya hissi və emosional dəyişikliyi tənzimləyir, fiziki həzz və cinsi istəyi artırır, həmçinin kollagenin istehsalını təşviq edir. Bundan əlavə, qaçış və gəzinti insulin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, bu da karbohidrat mübadiləsinə faydalı təsir göstərir".

İrina Mansurova sonda deyib ki, əgər siz axşamlar gəzintiyə çıxsanız və ya qaçsanız, o zaman bədən enerji ehtiyatı istehlak edəcək, həm də oksigen və təmiz hava ilə doyurulacaq:

"Həddindən artıq stress və narahatlıq hissi aradan qalxacaq ki, bu da sizə rahat yuxuya getməyə imkan verəcək. Yuxunuz güclü və sağlam olarsa, stress və depressiya həyatınıza nüfuz edə bilməyəcək".
Cəlilabadda pay torpağına görə mübahisə davaya çevrildi: Xəsarət alanlar var



Cəlilabad rayonunda pay torpağı üstündə düşən mübahisə davaya səbəb olub.

"Report”un məlumatına görə, hadisə Axtaxana kəndində baş verib.

Belə ki, kənd sakini, V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək ona xəsarət yetirib.

E. Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 2005-ci il təvəllüdlü A.S-nı döyüb.

Hər iki xəsarət alana xəstəxanada tibbi yardım göstərilib.

Məsələ ilə bağlı sorğumuza DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Yeni il süfrəsində ən zərərli yeməklər - Diyetoloq AÇIQLADI





"Yeni il yeməklərinin əksəriyyəti nə qədər dadlı olsa da, orqanizm üçün sağlam deyil".

Publika.az xəbər verir ki, bunu "İzvestiya" ilə söhbət zamanı diyetoloq Elena Tixomirova deyib.

Onun sözlərinə görə, Yeni il süfrəsinin demək olar ki, bütün yeməklərində çoxlu miqdarda karbohidrat, yağ, duz və kalori var. Onların sayəsində insanlar tez bir zamanda əlavə funt qazanırlar.

"Bu yeməklər bir sıra əlavə funtlara, mayenin tutulmasına, şişkinliyə və pis əhval-ruhiyyəyə səbəb olur. İlk sırada çoxlu miqdarda qaynadılmış tərəvəz (kartof, çuğundur, yerkökü), kolbasa və mayonez olan salatlar gəlir", - həkim deyib.

Diyetoloq zərərli salatlar sırasına "klassik olivier", "şuba", "mimoza" və "sezar"ı daxil edib.

Həkim xərərlilik baxımından ikinci yerdə desertlərin - tortlar və xəmirli yeməklərin adını çəkib. Onlar həmçinin karbohidratlar, yağlar, duzlar və kalorilərdə yüksəkdir.

Plov, yağlı kartof, eləcə də külli miqdarda xəmirdə bişmiş ət məhsulları olduqca zərərlidir.

"Ancaq, məsələn, kabab əla Yeni il yeməyidir", - Tixomirova deyib.
Bakıda qız sevgilisi tərəfindən bıçaqlanıb


Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü Nuriyeva G. Rasim qızı sevgilisi ilə mübahisə zamanı üzündən və boyun nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Gözaltı qaralmaları yaradan səbəblər - Ehtiyatlı olun

Göz altındakı qaralmalar həm genetik, həm də hər hansı bir xəstəlik nəticəsində əmələ gələ bilər. Məsələn, konyuktivit nəticəsində, allergik səbəblər və böyrəklə bağlı problemlərdən yarana bilər. Əgər bu halla üzləşibsinizsə, ilk olaraq mütləq göz həkiminə yaxınlaşın. Oftalmoloq göz ətrafı qaralmaların gözlə heç bir əlaqəsi olmadığını bildirəcəksə, növbəti müayinə böyrək olmalıdır.

Publika.az xəbər verir ki, bu sözləri Dr.Rəfadar Xəlilov deyib.

Həkim bildirib ki, gözaltı qaralmalar geniş yayılmış problemdir və bir çox hallarda daxili xəstəliklər əlaqəlidir.

"Böyrəyin də hər tərəfli müayinəsindən sonra nəticələr normal çıxarsa, dermatoloqa müraciət olunmalıdır", - deyə həkim qeyd edib
Ermənistana casusluqda təqsirləndirilən şəxsin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi



Dövlətə xəyanət etməkdə təqsirləndirilən Aydın Zəkiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb olunmasında vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən, həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

Aydın Zəkiyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.
Bakıda 14 yaşlı qız itkin düşüb



Bakıda 14 yaşlı qız itkin düşüb.

APA xəbər verir ki, Sabunçu rayonu ərazisində yaşayan 2008-ci il təvəllüdlü Nərmin Qazzayeva yaşadığı evdən çıxıb, geri qayıtmayıb.
 
Araşdırma aparılır.
Qonşu qadını çimizdirmək istədi, faciə baş verdi
Göyçay rayonunda iki qadın hamam otağında dəm qazından zəhərlənib.

Oxu.Az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhəri ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda 47 yaşlı kişi öldürülüb



Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində dekabrın 12-də saat 23 radələrində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev bıçaqlanaraq öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.
Dəmir yolunda sərnişindaşıma qiymətləri artacaq? - AÇIQLAMA
"Bütün dünya ölkələrində dəmiryol fəaliyyəti zərərlə nəticələnən sahədir”. 

Oxu.Az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, qiymət artımı ilə bağlı gözləntilər yoxdur:

"Bununla bağlı hər hansı fəaliyyət mövcud deyil. Bütün ölkələrdə dəmiryol üzrə sərnişindaşıma zərərlə nəticələnən fəaliyyətdir. Bu səbəblə Prezident xüsusi daşınma qaydalarının hazırlanması ilə bağlı fərmanı imzalayıb və bununla da qurumun qarşısına öhdəlik qoyulub. Hazırda bunun üzərində ciddi işlər aparılır”.
Axtarış
Xəbər lenti
Reklam