
Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.
Oxu.Az xatırladır ki, 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub.
Dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər Günü qeyd edilir.
Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur.
Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.
Azərbaycan müəllimlərini təbrik edir, savadlı, gözəl əxlaqlı tələbələri ilə öyünmələrini arzulayırıq!

Qarabağı tərk edən erməni sakinlər qayıtmaq hüququnu özlərində saxlayırlar.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın "Radio J” radio kanalına müsahibəsində bildirib.
Aparıcının "Siz effektiv şəkildə izah edirsiniz ki, Qarabağda yaşayan ermənilər getməkdə və qalmaqda sərbəstdirlər... Niyə onların hamısı getməyi seçiblər” sualına cavabında Elçin Əmirbəyov deyib:
"Bəli, bu, çox yaxşı sualdır. Ona görə ki, biz, Azərbaycan hökuməti olaraq anti-terror tədbirləri başlayandan bəri mülki əhaliyə elan etmişdik ki, onlar bu hərbi tədbirlərin hədəfi deyillər. Əksinə, çalışıldı ki, onlar qalmaqlarına əmin edilsinlər. Bilmirəm. Ola bilər ki, qeyri-qanuni separatçı qurum bütün silah-sursatı təhvil verdikdən sonra mülki əhalı öz təhlükəsizliyindən çox əmin olmadı. Hətta bir həftədən bəri onların yerlərini tərk etməmələri üçün çox cəhdlər olmuşdu. Onlara lazımi humanitar yardımlar göstərilmişdi. Dərman preparatları, ambulanslar, digər ləvazimatlar göndərilmişdi. Elektrik verilişi bərpa edilmişdi. Radio və televiziyalar vasitəsi ilə də analoji çağırışlar edilmişdi ki, həmin əhali arasında panika olmasın. Bu həqiqətdir ki, evlərini tərk etmək qərarı onların özlərinin şəxsi və könüllü qərarıdır. Biz bundan təəssüf hissi keçiririk. Bir daha deyilir ki, əlbəttə, bu insanlar, onlar öz evlərinə qayıtmaq hüququnu özlərində saxlayırlar”.

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-ü axşamdan 5-i gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında oktyabrın 3-ü səhər şimal və qərb rayonlarından başlayaraq 5-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Qazax-Gəncə, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara, Qarabağ və Şərqi-Zəngəzur) leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-20 m/s, bəzi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay; Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay; Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay; Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay; Qarabağ və Şərqi-Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.
Babək Quliyev ifadələrində göstərib ki, 24 avqust 2022-ci il tarixində gecə saatlarında həyətdən səs gəldiyini eşidərək yuxudan ayılıb. O, həyətə çıxanda kiminsə darvazadan tullandığını görüb. Həmin şəxsin oğru olduğunu düşünüb, onu tutub öz həyətlərinə gətirərək, bir-iki dəfə şillə vurub. Həmin şəxs isə adının Hüseynağa Şeydabəyov olduğunu, oğru olmadığını, qızı Zəminəni (şərti) sevdiyini deyib. Babək Hüseynağaya onun və qızının yaşlarının az olduğunu söyləyib, dərsləri ilə məşğul olmağı tapşıraraq zərərçəkmişi yola salıb.
Babək Quliyev qeyd edib ki, həmin hadisənin səhəri günü, yəni avqustun 25-də qızı ilə görüşəndə Zəminə ona Hüseynağanın onu biabır etməklə hədələdiyini deyib. O da əsəbiləşərək öz qızını şillə ilə vurub, telefonunu onun əlindən alıb. Həmin gün axşam təqsirləndirilən şəxs Hüseynağa ilə söhbət etməyə gedib. Hüseynağaya bir-iki dəfə şillə vurub və bu yaşda qızı ilə evliliyi düşünməyin düzgün olmadığını, hər şeyin qaydası olduğunu başa salıb. Sonra Babək Hüseynağanı öz maşını ilə evinin qarşısında düşürüb. 28 avqust 2022-ci il tarixində atası vəfat edib. Başları yas mərasiminə qarışıb. Bir-iki gün sonra Zəminə atasına deyib ki, Hüseynağa ona öz evlərinin pəncərəsində telefon gətirib verib və onunla danışmasa qızını biabır edəcək. Babək də telefonla bağlı Hüseynağaya zəng edib, onu tənbeh edib. Bundan sonra təqsirləndirilən şəxsin qonşusu ona evlərinin həyətindən tanımadığı oğlanın çıxdığının gördüyünü deyib. O da yenidən Hüseynağaya zəng vuraraq onu tənbeh edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bir neçə gün sonra Babək oğlunun idman köynəyini götürmək üçün evlərinə qayıdanda, Hüseynağanın onların həyətindən çıxdığını görüb. Hadisə sentyabrın 6-da olub. Evə gələndə axşam təxminən saat 23 radələri olub. Babək də Hüseynağanı tutub qaraja apararaq, onu tənbeh edib. Lakin bunun faydasının olmadığını gördükdə oğlanı qorxutmaq qərarına gəlib. Belə ki, Babək onun əl-qolunu bağlayaraq maşına mindirib, dəniz kənarına aparıb. Dəniz kənarında Hüseynağanın əl-qolunu açıb.
Babək Quliyev bildirib ki, Hüseynağa Şeydabəyov dənizkənarında qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, Zəminənin cinsi əlaqədə olması ilə bağlı videoçəkilişlərinin telefonunda saxladığını, bunu həm anasının, həm də bacısının bildiyini deyib. Həmçinin onlar dənizkənarına gedərkən yolda Hüseynağaya qızını ona verməyə məcbur olduğunu söyləyib. O, bütün bunları eşitdikdə özünü saxlaya bilməyərək, Hüseynağanı boğaraq öldürüb. Təqsirləndirilən şəxs onun Hüseynağanı öldürmək niyyəti olmadığını qeyd edib. O, Hüseynağanı öldürdükdən sonra meyiti maşında saxlayıb, sonra isə Qaradağ rayonunda basdırıb. Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Məhkəmənin hökmünə əsasən, o, 18 il azadlıqdan məhrum edilib.

"Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”.
Bu barədə "Trend”in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.
"Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.
Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələrin işlənilməsi nəzərdə tutulub”, - deyə əlavə edilib.

"Çox gənclər yetim qaldı”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mərhum deputat Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev deyib.
O, qardaşı qızının vaxtsız dünyasını dəyişdiyini qeyd edib:
"Mən təəccüblənirəm. Adamda nə qədər enerji olar. Adam nə qədər xalqı, dövləti sevər. Çox gənclər yetim qaldı. O, bir istedad idi. Gəldi, getdi. Əvvəllər deyirdilər Qəzənfərin qardaşı qızı, lakin bir müddət sonra Qənirənin əmisi deyirdilər. Həm dövlətin, həm də xalqın yanında üzü ağ oldu. Vaxtsız dünyasını dəyişdi. Sabah vidalaşacağıq”.

Azərbaycan ərazisində sentyabrın 29-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 25-29, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacaq.

"Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalmaqdadır”.
Bunu "Report”a açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
O bildirib ki, Q.Paşayevanın səhhətində heç bir dəyişiklik yoxdur:
"Vəziyyəti əvvəlki kimidir. Həkimlər bütün lazımi tədbirləri görürlər. Hər kəsdən xahiş edirəm ki, qeyri-rəsmi, dəqiqləşdirilməmiş informasiyaları yaymayın. İnşallah ki, tezliklə Qənirə xanımla bağlı sevindirici xəbəri yayarsınız”.
Xatırladaq ki, sentyabrın 23-ü saat 3 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm c.süt., nəbz 1 dəqiqədə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.
Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüblər. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.
Yeniyetmələrdə inkişafın ləngməsinə səbəb olan gündəlik istifadə etdiyimiz maddələr
(26-09-2023, 12:21)
(26-09-2023, 12:21)

Məişətdə istifadə olunan kimyəvi maddələr yetkinlik dövründə yeniyetmələrin inkişafında ləngiməyə səbəb ola bilər.
Norveç alimləri buna dair aparılan tədqiqatın nəticələrini Avropa Uşaq Endokrinologiyası Cəmiyyətinin Haaqada keçirilən iclasında təqdim ediblər.
Tədqiqatçılar gündəlik məhsullarda geniş istifadə olunan perftoralkil və poliftoralkil maddələrə (PFAS) diqqət yetiriblər. Xüsusilə, PFAS suya davamlı parçalar, qida qablaşdırmaları, oyuncaqlar və kosmetikanın tərkibində olur. Əvvəlki araşdırmalarda dəfələrlə bu kimi kimyəvi birləşmələrin böyüklərin və uşaqların sağlamlığı üçün zərərli olduğu sübut edilib.
Mütəxəssislər 6-16 yaş arası 420 oğlan və qız üzərində 19 müxtəlif növ PFAS-ın təsirini təhlil ediblər. Məlum olub ki, yetkinlik dövründə bu maddələrin təsirinə daha çox məruz qalan oğlanların cinsi orqanları, qızların isə döş vəziləri zəif inkişaf edir.
Əldə olunan məlumatlar kimyəvi maddələrin cinsi yetişkənliyin ləngiməsi ilə əlaqəsini göstərən keçmiş tədqiqatlarla uyğun gəlir. Sonuncu tədqiqatda alimlər ilk dəfə daha dəqiq üsullardan, xüsusən də ultrasəs müayinəsindən istifadə ediblər. Mütəxəssislər gələcəkdə cinsi yetişkənlikdə iştirak edən hormonların PFAS səviyyəsi ilə əlaqəsini öyrənməyə davam etməyi planlaşdırırlar.

Qida rasionumuzda xüsusi yer tutan pendir bəzən gözləmədiyimiz təhlükələrə yol aça bilər. Bu məhsul süddən hazırlandığı üçün vitamin və minerallarla çox zəngindir. Ancaq süd dərhal istehlak edilmədikdə, tərkibində bakteriyalar əmələ gəlməyə başlayır.
Bu mənfi hal pendirə də aiddir və buna görə də bəzən pendir insanlarda ciddi narahatlıq yaradır.
Bəs pendir alarkən ilk növbədə nəyə diqqət yetirmək lazımdır?
Mütəxəssislər tövsiyə edirlər ki, pendiri seçərkən ilk növbədə onun dadına baxmaq lazımdır. Heyvan mənşəli qida olan pendirdə bakteriyalar çox tez əmələ gəlir. Bu səbəbdən dadı turş olan pendirlərdən uzaq durmaq lazımdır.
Diqqət yetirilməsi lazım olan başqa bir məqam pendirin bütün kənarlarının bərabər olmasıdır. Üzərində pas və ya kif olmamalıdır. Yaxşı pendiri ayırd etməyin ən yaxşı yolu onun rəngidir. Rəng parlaq və canlı olmalıdır. Rəngi tutqun, tünd ağ və ya sarımtıl pendirləri seçməmək məsləhətdir.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.media-ya açıqlamasında pendirin tez xarab olan, yüksəkriskli qidalar sırasında olduğunu qeyd edib:
"Pendir zülal tərkibli qida olduğuna görə çox faydalıdır.
Xüsusilə süd məhsulu olduğuna görə tərkibində orqanizm üçün faydalı olan probiotiklər var. Bunlar isə faydalı bakteriyalar hesab olunur və həzm sistemində bağırsaq mikroflorasının düzgün yayılmasında çox böyük rol oynayır. Gündəlik qidalanmada mütləq şəkildə pendirdən istifadə etmək tövsiyə olunur.
Eyni zamanda pendir həm kalsiumla, həm də A, B, C vitaminləri ilə zəngindir. Sadəcə olaraq süd məhsulu olduğu üçün pendirin saxlanılmasında, daşınmasında soyuq zəncir prinsipinə mütləq şəkildə əməl etmək lazımdır”.
Ekspertin sözlərinə görə mağazadakı pendirlər uzun müddət saxlanıldığı üçün keyfiyyətini itirir.
Buna görə onun faydalarından yararlanmaq üçün saxlanma şərtləri mütləq qaydasında olmalıdır:
"Təbii pendir tez xarab olmağa meyilli olduğu üçün öz suyunda saxlanılmalıdır. Yaxşı olar ki, vakuumlanmış formada, uyğun temperaturda saxlanılsın. Açıb istifadə etdikdə isə yenidən hava keçirməyən və ya su mühitində saxlanılmalıdır.
Pendir alarkən istehsal və son istifadə tarixinə diqqət etmək lazımdır. Əgər paketi zədələnibsə, hava keçirirsə və tamlığı pozulubsa, bu onun daşınma zamanı pozulduğunun göstəricisidir. Bu da həmin pendirlərin xarab olduğunun göstəricisidir ki, bu halda ehtiyatlı olmaq lazımdır. Çünki az hava təmas edərsə, məhsul kiflənməyə başlayır”.
Məhsəti Hüseynova onu da diqqətə çatdırıb ki, mağazada və ya evdə saxlanılarkən keyfiyyətini itirən pendir orqanizmdə şişkinlik, köp, bəzən ishal, bəzən də qəbizlik kimi narahatlıqlara səbəb olur.
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar