
Türkiyədə uzun müddət onkoloji xəstəlikdən müalicə olunan Azərbaycan Ordusunun zabiti, 1985-ci il təvəllüdlü tibb xidməti mayoru Məmmədov Rövşən Üzeyir oğlu vəfat edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev 7 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Xatırladaq ki, hadisə 2021-ci il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində qəfildən maaşının azaldılmasına, sonra isə işdən azad edilməsinə görə gərgin olmasını hadisənin baş verməsinə gətirib çıxardığını deyib.

Məktəb ləvazimatlarının qiymətində əvvəlki il ilə müqayisədə 9,8 faiz artım qeydə alınıb. Bahalaşmanın əsas səbəbi idxal edilən məhsulların qiymətinin yüksəlməsidir. Belə ki, idxal inflyasiyası məktəb ləvazimatlarının qiymətini artırıb.
Bu barədə "Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Məktəbli geyimlərinə də tələbin artması müşahidə olunub. Bu, əksər məktəblərdə yeni məktəb geyimlərinin formalarının tətbiq edilməsi ilə bağlıdır. Bu isə ailələrin məktəbə hazırlıq xərclərini artırıb.
Bununla yanaşı, məktəb ləvazimatlarının qiymətində artım davam edib. Xüsusilə də məktəbli çantalarının və digər məktəb ləvazimatlarının qiymətində daha yüksək artımlar var. Tələb yüksək olduğu üçün özünü qiymətlərdə göstərir. Hələlik tələb artan dinamika üzrə gedir. Gözlənilir ki, növbəti günlərdə tələb daha çox artacaq və tələbin artmasına uyğun qiymətlərin də artacağı ehtimalı var.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Şuşanın azadlığı uğrunda döyüşlərin iştirakçısı Tehran Cavid oğlu Mənsimovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub.
O, Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib.
Noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərdə şəhərə girən ilk zabitlərdən olub.
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə”, "Vətən uğrunda” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. O, həmçinin, "Şuşanın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medallarına da layiq görülüb.
Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Laçın rayonunun Zabux kəndinə köç başlayır.
"Report” xəbər verir ki, avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək.
Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3”də, məktəbin qarşısında olacaq.
Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

Qusarda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Aşağı Ləgər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1951-ci il təvəllüdlü Arif Əlimirzə oğlu Babayev yaşadığı evdə qolunu ülgüc ilə kəsərək intihar edib. İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
“Azneft”: “İki neftçi beton piltələrin çökməsi nəticəsində dənizə düşərək vəfat edib”
(24-08-2023, 12:41)
(24-08-2023, 12:41)

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) iki əməkdaşı beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
Bu barədə "Report”un sorğusuna cavab olaraq "Azneft”dən məlumat verilib.
Bildirilib ki, NQÇİ-nin birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən "Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Şirvan Ataş oğlu Ağaməmmədov və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Şamo Mətləb oğlu Nərimanov beton piltələrin çökməsi nəticəsində dənizə düşüblər.
"Azneft”dən bildirilib ki, aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb:
"Hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Füzulidə 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi törətdi: Bel fəqərə sümüyü sındı
(23-08-2023, 11:50)
(23-08-2023, 11:50)

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un məlumatına görə, 2011-ci il təvəllüdlü Səid Səyyad oğlu Quluzadənin idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.
Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda qaynını öldürməyə cəhddə təqsirləndirilən Mələk Ağayevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
İttihama görə, hadisə 18 may 2021-ci il tarixdə, saat 06 radələrində Masallı rayonu, Çaxırlı kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Mələk Ağayeva ərinin qardaşı Qalib Ağayevlə (şərti) mübahisə edib. Qalib qadına bildirib ki, ərinə xəyanət etməsindən şübhələnir və buna görə onu ifşa edəcək. Mələk qaynı ilə aralarında yaranmış narazılıqla əlaqədar onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə Mələk 18 may 2021-ci il tarixdə, saat 06 radələrində yaşadıqları evdən mətbəx bıçağını götürüb və zərərçəkmiş şəxsin yatdığı otağa daxil olub. Otaqda Qalib iki azyaşlı uşağı ilə yatırmış. Bu zaman uşaqlardan biri yuxudan oyanıb. Qadın həmin uşağın gözü qarşısında çarpayıda arxası üstə yatan qaynının döş qəfəsinə bıçaqla qəsdən bir dəfə zərbə vurub. Zərərçəkmiş şəxsin həmin xəsarətdən öləcəyini zənn edən Mələk hadisə yerindən qaçıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Daha sonra Mələk Ağayeva polis əməkdaşları tərəfindən saxlanılıb.
Məhkəmə istintaqı zamanı Mələk Ağayeva ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, təqsirli bilərək göstərib ki, qaynı Qalib 2020-ci ilin iyun ayında Masallı rayonu, Çaxırlı kəndində birlikdə yaşadıqları evin həyətində ona qarşı əxlaqsız hərəkət etmək istəyib, ona "WhatsApp”da sevgi məzmunlu mesajlar göndərib. Qadın vurğulayıb ki, son vaxtlar ərinin ona qarşı soyuq münasibət göstərməsindən əsəbiləşib "Snapchat” proqramı vasitəsilə Namiq (şərti) adlı şəxslə tanış olub, onunla danışıb. Mələk söyləyib ki, Qalib onun mobil telefonunu gizli şəkildə götürüb, hadisə də bundan sonra baş verib.

Göygöl Mənzil-Kommunal Təsərrüfat İstehsalatı Birliyinin rəisi vəzifəsinə təyinat olub.
"Report” xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev müvafiq sənəd imzalayıb.
Sənədə əsasən, həmin vəzifəyə Vətən müharibəsi iştirakçısı Pərvin Arif oğlu Rəhimov təyin edilib.
O, iyul ayından etibarən sözügedən qurumda Abonent Şöbəsinin qrup rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, P.Rəhimov 1992-ci ildə Göygöl rayonunda anadan olub. O, 2010-14-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz ölkələri üzrə regionşünaslıq (Qafqazşünaslıq) ixtisası üzrə təhsil alıb.
2014-15-ci illərdə həqiqi hərbi xidmət keçib.
2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində iştirak edib.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Eləcə də "Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Axtarış
Xəbər lenti
Bu gün, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Bu gün, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Bu gün, 12:18

Rəsmi Bakı Xankəndidəki partlayışla bağlı MƏLUMAT YAYDI
Bu gün, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
Dünən, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
Dünən, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
Dünən, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Dünən, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar