
Bu gün daha 25 ailənin Zəngilanın Ağalı kəndinə köçü başlayıb.
"Report” xəbər verir ki, ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, doqquzu dördotaqlı, altısı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin torpaqlarımızı işğal etdiyi dövrdə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

Vətəndaşların əksəriyyəti pensiya yaşına çatmasına baxmayaraq, hələdə pensiya ala bilmirlər. Azərbaycan hökuməti ölkənin pensiya sisteminin idarə olunmasında əsaslı islahatlar və təkmilləşdirmələr üzərində işlərə 2006-cı ildən etibarən başlayıb. "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyası”nın reallaşdırılmağa başlanması, 2006 və 2009-cı illərdə tətbiq olunan yeni əmək pensiyaları sistemi ölkədə sığorta öhdəliklərinin fərdi uçotunun qurulması və yığım pensiya sisteminin tətbiqinə nail olmaqla, sosial müdafiə sisteminin uzunmüddətli maliyyə təminatının əsasını qoyub.
Kişilər üçün pensiya yaşı 2010-12-ci illərdə hər il 6 ay olmaqla 62-dən 63-ə, qadınlar üçünsə 2010-2015-ci ilədək hər il 6 ay olmaqla 57-dən 60-a qaldırılıb. Əmək pensiyası almaq üçün tələb olunan 5 illik sığorta stajı 12 ilədək artırılıb.
Maraqlıdır, görəsən, mövcud qanunvericilikdə pensiya yaşına çatıb, lakin pensiya almaq üçün tələb olunan stajı və ya digər lazımi tələbələri tamamlaya bilməyən şəxslər üçün hər hansısa bir yardım növü var?
Publika.az xəbər verir ki, bu barədə hüquqşünas Turan Abdullazadə Referans.az-a açıqlamasında bildirib ki, pensiya yaşına çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər:
"Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunla müəyyən edilmiş yaş həddinə çatmış əmək qabiliyyəti olmayan şəxslərin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinəti ala bilərlər. Bu müavinətin məbləği 220 manatdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən, 2023-cü il 1 iyul tarixinə kişilər üçün pensiya yaş həddi 65, qadınlar üçün hazırda 63 yaş 6 aydır”.
Hüquqşünas bildirib ki, bu yaşa çatan əmək pensiyası hüququ olmayan qadınlar və kişilər yaşa görə sosial müavinət ala bilərlər. Onun sözlərinə görə, bəzi şəxslərin isə sosial müavinəti yaş həddi 5 il azaldılmaqla təyin edilir: "Beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara və əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş analara verilir.”
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə, yəni bu kateqoriyadan olan şəxlərin pensiya yaşına çatmasına 5 il qalmış daha öncədən yaşa görə sosial müavinət almaq hüquqları var – deyə Turan Abdullazadə qeyd edib.

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.
Oxu.Az xatırladır ki, Vətən müharibəsinin qəhrəmanlarından olan gənc 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub.
Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən "N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.
Cəbrayıl Dövlətzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb.
Vətən müharibəsinin ilk şəhidlərindən olan Cəbrayıl Dövlətzadə 19 yaşında bir erməni generalını və polkovnikini əlləri ilə boğaraq öldürüb. Bununla hər kəs onu general-mayor Polad Həşimovun qisasını alan qəhrəman kimi tanıyıb.
O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. İgid Vətən oğlu öz idealı, mərhum general mayor Polad Həşimovun məzarının yaxınlığında, İkinci Fəxri xiyabanda sentyabrın 29-da torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
Oğlanlara verilməyən kirayə mənzillər: Tələbə yataqxanaları niyə fəaliyyət göstərmir? - AÇIQLAMA
(9-09-2023, 15:43)
(9-09-2023, 15:43)

"Bu gün oğlan tələbələrin sayı yetərincədir, ancaq onlar ev tapmaqda çətinlik çəkirlər. Buna görə də oğlanlar bir çox hallarda dəyərindən baha evlərdə kirayə qalmağa məcbur olurlar”.
Bu sözləri valyuta.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bölgələrdən Bakıya oxumağa gələn tələbə oğlanların kirayə ev tapmaqda qarşılaşdıqları çətinliklər haqqında danışarkən deyib.
Elnur Fərzəliyev qeyd edib ki, insanlar mənzillərini daha çox gənc ailələrə uzun müddətli olaraq və ya tələbə qızlara kirayə verməyə çalışırlar:
"Çünki əksər hallarda oğlanlar evə təmiz baxa bilmir, gigiyena qaydalarına riayət etmirlər. İstər mənzildə siqaret çəkmək, istərsə də dost-tanış oğlanları mənzilə toplayıb səs-küy yaratmaq kimi hallara rast gəlinir. Buna görə də çox vaxt oğlan kirayənişin mənzildə qalanda qonşuların şikayətləri olur. Ona görə də ev sahibləri evlərini daha çox ya tələbə qızlara, ya da uşağı olmayan gənc ailələrə kirayə verməyə çalışırlar ki, evin təmirinə də zərər dəyməsin”.
Ekspert vurğulayıb ki, bu problemlərin başlıca səbəbi kifayət qədər tələbə yataqxanalarının olmamasıdır:
"Bir vaxtlar tələbə yataqxanaları çox idi. Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünlər daha çox tələbə yataqxanalarına sığınaraq orda yaşadılar. Amma daha sonra bəzilərinə dövlət ev verdi, hazırda da onların bir çoxu mərhələli şəkildə Qarabağa, azad olunmuş ərazilərə köçürülürlər. Amma yenə də tələbə oğlanların kirayə mənzil tapmasında problemlər qalır”.
Elnur Fərzəliyev əlavə edib ki, bu gün istər qız, istərsə də oğlan tələbələrin kirayə mənzil tapmasında ciddi problemlər var:
"Şəhərin bir çox hissəsi sökülür. Köhnə, istismarını bitirmiş binalar yeniləri ilə əvəz olunur, digər tərəfdən şəhərin mərkəz hissəsində fərdi həyət evlərindən ibarət olan yaşayış massivləri də sökülür. Bu ərazilərdə də çoxlu kirayə mənzillər olurdu. Bunlar da söküləndə həmin kirayə mənzillər mənzil bazarından çıxmış olur. Orada yaşayan sakinlərin özləri yeni mənzilləri tikilənə qədər kirayədə qalırlar. Onlar da mənzilləri uzun müddətli kirayə götürdükərinə görə, artıq paytaxtda tələbələrə yararlı, münasib, ucuz qiymətə mənzil tapmaq çətinləşir”.
Ekspert bildirib ki, bu problemlərin həllinin yeganə yolu tələbə yataqxanalarının bərpa olunmasıdır:
"Hazırda yaşayış üçün yaralı olmasa da, torpaq sahələri var. Həmin torpaq sahələrində müasir, hündürmərtəbəli yataqxanalar tikilərsə, tələbələrin ev problemi aradan qalxar, onlar bahalı kirayə mənzillərdən qurtulmuş olarlar. Bunun üçün universitetlər özləri də müraciət edə, yaxud Elm və Təhsil Nazirliyi də müəyyən qurumlara müraciət ünvanlaya bilər. Yasamal rayonunda Bakı Dövlət Universitetinin (BDU) yataqxanaları söküldü, orda sadəcə bir yataqxana var. Onu da "bizim yataqxanamız var” deyə gözmuncuğu kimi saxlayıblar. O yataqxanada əsasən xarici tələbələr qalır. BDU-nun minlərlə tələbəsi var, lakin yataqxanada minimal sayda tələbə qala bilər ki, bu da bölgələrdən gələn tələbələrə bəs eləmir”.
"Bakının bir çox ərazilərində olan bu yataqxanalar yenidən bərpa olunmalıdır. Belə olanda tələbələr, ailələri də bu problemdən qurtulmuş olarlar. Çünki tələbənin tək xərci kirayə ilə bitmir, onun yol, qida, geyim, təhsilhaqqı, kitab-dəftər pulu kimi xərcləri var. 4 ildə hansısa kasıb ailənin Bakı və digər böyük şəhərlərdə tələbə oxutmağa ayda 500 manatadan çox xərci çıxır. Hansı ki, bu pul bəlkə də bölgədə yaşayan ailənin bir aylıq qazancıdır. Buna görə də bəzən tələbə bu xərcləri ödəmək üçün məcbur qalıb işləyir. Onlar da təhsildən kənarda qalanda savadlı kadr olaraq yetişmirlər”, - deyə ekspert əlavə edib.

Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binadakı mənzillərin artırmalarının təzminat ödənilmədən sökülməsi ilə bağlı rəsmi açıqlama verilib.
Nizami Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən Nizami rayonu, Ordubadi küçəsi 1 ünvandakı 0,0529 hektar torpaq sahəsində ötən əsrdə inşa edilmiş 36 mənzilli dördmərtəbəli yaşayış binasının texniki vəziyyətinin qəzalı olmasına, istismara yol verilməzliyinə, tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsinə dair 17 may 2021-ci il tarixli texniki rəy verilib.
Qeyd edilib ki, texniki rəyə əsasən. aidiyyəti qurumların müvafiq qərarı və icazəverici sənədlərinə uyğun olaraq yaşayış kompleksinin tikintisi məqsədilə həmin ərazidəki qəzalı və istismar müddətini bitirmiş, müasir yaşayış tələblərinə cavab verməyən yaşayış binasının sökülməsi, sakinlərin köçürülməsi və onların yeni mənzillərlə təmin edilənədək kirayə haqlarının ödənilməsi şərti ilə ayrılmış torpaq sahəsi "Orbita” Mənzil-Tikinti Kooperativinin istifadəsinə verilib.
"Lakin qeyd olunan yaşayış binasının bir neçə sakini tərəfindən binaya bitişik özbaşına tikililər inşa edildiyindən, həm qanunsuz özbaşına tikililərin, həm də zəbt olunmuş ərazilərin əvəzinə reallığa uyğun olmayan kompensasiyanı tələb etmələri səbəbindən sözügedən qərarın icrasını həyata keçirmək mümkün olmayıb. Tikinti ilə bağlı qərarın icrasının həyata keçirilməsi məqsədilə sakinlər tərəfindən maneələrin aradan qaldırılması və qeyd olunan sərəncamın icrasına mane ola biləcək digər hərəkətlərin cavabdehlərə qadağan edilməsi ilə bağlı Nizami Rayon Məhkəməsi tərəfindən 14 avqust 2023-cü il tarixli Qərarla qəbul edilib və icraya yönəldilib. Eyni zamanda, sakinlər də öz növbəsində mənzillərinin qarşısındakı torpaq hissəsində qanunsuz inşa etdikləri tikililərin və zəbt etdikləri əraziləri 10 gün müddətində özləri tərəfindən sökülərək ərazinin əvvəlki vəziyyətinə gətirilməsinə dair yazılı öhdəliklər götürüblər.
Qeyd olunan müddət ərzində sakinlərin öz üzərilərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar Nizami Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli Qərardadının məcburi icrası aidiyyəti qurumlar tərəfindən həyata keçirilərək qanunsuz inşa edilmiş yardımçı tikililərin və zəbt olunmuş ərazilərin təmizlənməsi planlaşdırılıb”, - deyə məlumatda qeyd olunub.

Bir neçə gün əvvəl Ağstafa rayonunun Saloğlu qəsəbəsində baş vermiş dava zamanı xəsarət alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq hərbi qulluqçusu əsgər Əlizadə Orxan İlham oğlu vəfat edib.
Publika.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, başından aldığı ağır xəsarətlərlə tibb müəssisəsinə yerləşdirilən hərbçi ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, hadisə O.Əlizadənin dostunun sürdüyü avtomobillə Saloğlu qəsəbə sakini Bukavadze Baloğlan Abdul oğlunun idarə etdiyi maşının bir-birinə yol verməməsi səbəbindən baş verib. Belə ki, yolun ensiz olması səbəbindən Ağstafa rayon Düzqışlaq kənd sakini Şamxal Həmidov Baloğlan Bukavadze ilə mübahisə edib. Mübahisə zəminində B.Bukavadze Şamxalın avtomobilində sərnişin olan və mübahisəyə müdaxilə edən Orxana zərbə endirib. O.Əlizadə yerə yıxılarkən başı qaz borusuna dəyib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İstehlak bazarında meyvə-tərəvəz bolluğu var, amma qiymətləri yüksəkdir.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bahaçılıq bazarda alıcılıq qabiliyyətinin aşağı olmasına səbəb olub.
Alıcılar qiymətlərdən, satıcılar isə müştəri azlığından şikayət edirlər.
Məsələn, bazarda lobya 3 manat 50 qəpik, pomidor 3 manat, şaftalı 4 manat, gavalı isə 3 manatdır.
Satıcılar deyirlər ki, hazırda rekord bahalaşma lobyada müşahidə edilir. Bunun isə bir neçə səbəbi var.
Satıcılar qiymətlərin növbəti həftələrdə ucuzlaşa biləcəyini bildirirlər.
Ətraflı süjetdə:
Gəncə şəhər Zazalı postunun inspektoru Tural adlı şəxs kimə arxayın olaraq öz vəzifəsindən sui istifadə edir
(7-09-2023, 08:04)
(7-09-2023, 08:04)
Qaynar-xett.az Kanal1.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş dövlət Yol Polis idarəsinin Gəncə şəhər Zazalı postunun inspektoru özünü postun Allahı hesab edir, o cümlədən vaxtı ilə özünü Daxili İşlər Nazirliyinin speznasının işçisi kimi təqdim etmiş Tural adlı şəxs Kanal1.az İnformasiya Xəbər Portalının rəhbəri Arzu Orucovu Füzuli rayon Horadiz qəsəbəsinə gələrkən yolda qanunsuz olaraq saxlamış, heç bir səbəb göstərmədən Arzu müəllimə qarşı hədə qorxu gəlmiş, təzyiqlərlə danışmışdır. Kanalımızın rəhbəri Arzu Orucov məsələ ilə bağlı olaraq Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsinin qaynar xəttinə, həmçinin Ombudsman aparatına, Daxili İşlər Nazirliyinin Qərb Regional Mətbuat Xidmətinin Baş inspektoruna o cümlədən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbərliyinə məlumat vermişdir. Özünü Zazalı Postunun əməkdaşı kimi təqdim etmiş Tural adlı şəxs bildirib ki, qanunda mənəm, qanunu icra edəndə mənəm. Mən necə istəyirəmsə o cür də hərəkət edirəm.
Bu gün ölkəmizdə Dövlət başçısı cənab İlham Əliyev "Jurnalistlər mənim daxildə olan gözümdür” deyir. Əgər bu gün hansısa göz çıxarılırsa söhbət burada hansı mediadan və onun azadlığından gedir?
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür vəzifəsindən sui istifadə edən şəxslər barəsində ciddi tədbir görülməlidir.
Araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Axtarış
Xəbər lenti
Dünən, 14:00

Bu şəxslərə uşağa görə əlavə pul veriləcək
Dünən, 14:00

Baş nazirdən Qarabağ Universiteti ilə bağlı sərəncam
Dünən, 14:00

Azərbaycanla Ermənistanın təkbətək görüşündən narahat olan ölkələr var: Təxribat gözlənilir?
Dünən, 14:00

Ordumuzun 473 hərbçisinə mənzil verildi
7-12-2023, 09:37

Bakıda güclü zəlzələ olub
7-12-2023, 09:35

Azərbaycanda bu evlər dövlət tərəfindən təmir olunacaq
7-12-2023, 09:34

Separatçı guruhun yenidən AYAQLANDIRILMASI – NƏ ETMƏLİ?
7-12-2023, 09:33

Kəlbəcərdə saxlanılan erməni diversantın məhkəməsi başlayır
7-12-2023, 09:31

Zəlzələ metronun fəaliyyətinə təsir edib? - AÇIQLAMA
7-12-2023, 09:30

İranla Ermənistan yeni plan hazırlayır: Araz çayı üzərində...
7-12-2023, 09:29

İki gün əvvəl İstanbulda olan zəlzələ ilə Bakıdakı zəlzələnin nə əlaqəsi? - Naci Görür detalları açıqladı
7-12-2023, 09:28

Füzuliyə növbəti köç karvanı yola salınıb
6-12-2023, 09:58

Bu rayonda 10 nəfər QIZILCAYA YOLUXDU
6-12-2023, 09:56

Fransanın azərbaycanlı jurnalistə qarşı qanunsuz davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA
6-12-2023, 09:55

Hərbçilərə ŞAD XƏBƏR: Mənzil təminatına dair yenilik - VİDEO
6-12-2023, 09:54

Əli Əsgərov: “Ermənistanın gələcəyi Fransadan deyil, Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan keçir”
6-12-2023, 09:53

Bakı Metrosunda qiymət artımı nə zaman olacaq? – AÇIQLAMA
6-12-2023, 09:52

Bakıda bu evlərin qiyməti UCUZLAŞDI
6-12-2023, 09:51

“Yeni Qafqaz”la üz-üzə qalan İran: Tehranı Ankara və Bakıya yaxınlaşmağa nə vadar edir?
6-12-2023, 09:50

Rumıniyada qızılca epidemiyası elan edilib
6-12-2023, 09:49

Bu məhsullar bahalaşacaq – Az alınsın deyə…
4-12-2023, 11:02

Poliklinikalarda sıxlıq: qızılca pandemiyaya çevrilə bilər? - VİDEO
4-12-2023, 11:01

Sumqayıtda mənzillər niyə kəskin bahalaşır? - VİDEO
4-12-2023, 11:00

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?
4-12-2023, 10:58

Fransa Ermənistanı silahlandırmaqda davam edir
4-12-2023, 10:56

AzTV Ermənistanı təşvişə salacaq kadrlar yayıb - VİDEO
4-12-2023, 10:56

Qızılcadan ölən uşaq peyvənd olunmayıbmış
4-12-2023, 10:54

Ukrayna təsdiqlədi: Rusiya bu əraziləri ələ keçirdi
Reklam

Ən çox oxunanlar