
Bu yay tarixdə müşahidə edilən ən isti yay olub.
Bu barədə BMT-nin baş katibi Antonio Quterreş bildirib.
Onun sözlərinə görə, planet "qaynama mövsümündən keçib". Tarixdə ən isti yayın qeydə alınması iqlim böhranının başlamasından xəbər verir.
O, dünya liderlərini vəziyyətin daha acınacaqlı olmasından qaçınmaq üçün dərhal iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməyə çağırıb.
Qeyd edək ki, alimlərin fikrincə, 2023-cü ildə baş verən anomal istilər Polineziyadakı Hunqa-Tonqa-Hunqa-Haapay sualtı vulkanının püskürməsi ilə bağlı ola bilər. Onların sözlərinə görə 2022-ci ilin yanvarında bu püskürmənin miqyası çox böyük olub, stratosferə görünməmiş miqdarda su buxarı, həmçinin kükürd dioksidi və vulkanik kül yayılıb. Bütün bunlar şimal yarımkürəsində istiləşmələrə səbəb ola bilər.
Mənbə: "RİA Novosti” "Telegram” kanalı

Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın bir qrup uşağı Rusiya əsirliyindən geri qaytardığını bildirib.
Onun sözlərinə görə, son bir həftə ərzində 11 uşaq Rusiyadan təxliyə edilib.
"Biz qaçırılan uşaqların tapılıb evə gətirilməsi üzərində işləyirik”, - deyə, o, məlumat yayıb.
O qeyd edib ki, Ukrayna Rusiya tərəfindən oğurlanmış və geri qayıtmağa müvəffəq olmuş uşaqların reinteqrasiyası və adaptasiyası üçün mexanizmlər hazırlayıb.

"Dünyada yeni viruslar təkcə təbii deyil, həm də süni mənşəli ola bilər".
Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Prezident yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin iclasının açılışı zamanı deyib.
O, Rusiyanın ABŞ-ın postsovet məkanında hərbi bioloji fəaliyyətindən narahat olduğunu qeyd edib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının (RCBZ) rəisi general-leytenant İqor Kirillov bildirib ki, ABŞ-ın Pandemiyaya Hazırlıq və Cavab Siyasəti İdarəsi virusları mutasiya edərək yeni pandemiya hazırlayır.
Onun sözlərinə görə, administrasiya bioloji vəziyyətə qlobal nəzarətin qurulmasında ABŞ-ın strateji planlarını həyata keçirməyə çalışır.

Ukraynanın əksər hissəsində hava hüciçumdan həycana siqnalı verilib.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunub ki, xəbərdarlıq Kiuyevdə də verilib.
Xəbərdarlıq Çerkassı vilayətində, sonra üç dəqiqə ərzində Dnepropetrovsk, Kirovoqrad və Nikolaev vilayətlərində elan edilib.
Səhər saatlarında Vinnitsa, Jitomir, Kiyev, Odessa, Poltava, Sumi, Çerniqov vilayətlərində, eləcə də Kiyev şəhərində həyacan siqnalı verilib.

Təəssüf ki, Ukraynada gedən genişmiqyaslı müharibə dövründə 70-dən çox media işçisi və jurnalist həlak olub.
Publika.az xəbər verir ki, bunu report-a müsahibəsində Ukrayna Milli Jurnalistlər İttifaqının prezidenti Sergiy Tomilenko bildirib.
O qeyd edib ki, həlak olan bu 70 nəfər üç kateqoriyaya bölünür. Bunlar Krımda öz peşə borcunu yerinə yetirərkən həlak olmuş 15 jurnalist, digər 2 qrup isə jurnalistika fəaliyyətində və mülki həyatda olan qurbanlardır.
"Məsələn, o zaman Mariupolda həlak olanların arasında Ukrayna Silahlı Qüvvələrinin sıralarına səfərbər edilmiş jurnalist olan əsgərlər var və biz bu siyahını özümüzdə saxlayırıq. Çünki, əslində, bu xain müharibə olmasaydı, bu jurnalistlər və media işçiləri işlərinə davam edərdilər”, - deyə İttifaq prezidenti vurğulayıb.
Tomilenko qeyd edib ki, həlak olan 70 nəfər ancaq ukraynalı jurnalistlər deyil: "Onların arasında xarici jurnalistlər də var, Belə ki, Litva, ABŞ, Fransa və Böyük Britaniyadan olan media nümayəndələri də Ukraynada həlak olublar".
Sergiy Tomilenko əlavə edib ki, müharibəyə görə Ukraynada yaranan iqtisadi səbəblərlə əlaqədar ölkədə redaksiyaların üçdəbiri fəaliyyətini dayandırıb. Onların əksəriyyəti vilayətlərdə olan mətbuat orqanlarıdır.

Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, beş bal gücündə zəlzələ yeddi kilometr dərinlikdə baş verib.
Zəlzələ yerli vaxtla 08:35-də (Bakı vaxtı ilə 09:35 - red.) qeydə alınıb.

"Gürcüstanda COVID-19-a yoluxma halları artır”.
Bunu ökənin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
Onun sözlərinə görə, son bir həftə ərzində orta hesabla gündə 300-ə qədər yeni COVID-19 hadisəsi müəyyən edilib.
"Bu o deməkdir ki, ölkədə COVID üzrə müayinə olunanların hamısının (gündə təxminən 4000 test) 7-8%-nin nəticəsi müsbətdir. Buna uyğun olaraq xəstəxanaya yerləşdirilənlərin sayı da artıb. Bununla belə, ölüm halları minimum səviyyədə qalır: ayda bir hadisə”, - deyə T.Tsertsvadze bildirib.
Qeyd edək ki, Gürcüstanda artıq koronavirusunun omikron ştammının EG.5 variantının yayıldığı ehtimal olunur, ancaq bu, rəsmi olaraq (laboratoriya) təsdiqlənməyib.

"Rusiyanın paytaxtı Moskvaya dron hücumu cəhdi olub. Bu cəhdlər hava hücumundan müdafiə vasitələri tərəfindən qabaqlanıb".
Bu barədə paytaxtın meri Sergey Sobyanin "Teleqram"da bildirib.
"Gecə Moskvaya cənub yönündən dronla soxulmağa cəhd edilib. Hava hücumundan müdafiə qüvvələri tərəfindən qabaqlanıb”, - Sobyanin diqqətə çatdırıb.
Məlumatda dronun harada zərərsizləşdirildiyi aydınlaşdırılmayıb.
Xatırladaq ki, bu gecə Moskvanın iki hava limanında reys qəbulu və göndərişi müvəqqəti olaraq dayandırılıb.
Bundan başqa, Ukrayna ilə həmsərhəd olan Kursk şəhərinin dəmir yolu vağzalına dron hücumu olub, 5 nəfər yaralanıb.
Axtarış
Xəbər lenti
Dünən, 12:24

Qənirə Paşayevanın son durumu açıqlanıb
Dünən, 12:20

Hansı pendirlər sağlamlıq üçün real təhlükədir?
Dünən, 12:17

Paşinyanın istefası tələb olunur: TARİX AÇIQLANDI
25-09-2023, 10:41

Erməniəsilli sakinlər Xankəndidən 12 avtobus və 41 şəxsi avtomobillə Ermənistana yola salınıblar
25-09-2023, 10:40

Qarabağı tərk edən erməniəsilli sakinlərin sayı AÇIQLANDI
25-09-2023, 10:39

Erməniəsilli Xankəndi sakini: “Sovetlər dövründə azərbaycanlılarla mehriban qonşu olmuşuq” - VİDEO
25-09-2023, 10:37

Yunan-Roma güləşi üzrə millimiz komanda hesabında dünya çempionu oldu
25-09-2023, 10:36

Ağdərədə Azərbaycan bayrağı qaldırıldı - VİDEO
25-09-2023, 10:34

Qarabağdakı erməni yaraqlıları 130 minə yaxın sursat təhvil veriblər
25-09-2023, 10:27

Separatçılar özlərini nə vaxt “buraxacaq?” - Qaçış planı hazırlanır
25-09-2023, 10:26

“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslərin sərbəst keçidi təmin olunur
23-09-2023, 09:40

Separatçı rejimin buraxılması başlanıb: Xankəndində təmizləmə gedir
23-09-2023, 09:38

Marketlərdə məhsullar ucuzlaşa bilər - AÇIQLAMA
23-09-2023, 09:35

Üçüncü dəfə dünya çempionu olan Eldəniz Əzizli: “Medalımı bütün Azərbaycan hərbçilərinə həsr edirəm”
23-09-2023, 09:34

Üç uşağın ölümündə təqsirləndirilən və Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib
23-09-2023, 09:32

Qaribaşvili: “Orta dəhliz”i gücləndirmək üçün Azərbaycan və Qazaxıstanla hərtərəfli yol xəritələri imzalamışıq
23-09-2023, 09:31

Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır
23-09-2023, 09:30

DİN: Özünü qazi kimi təqdim edən bir qrup şəxs BDU-nun yataqxanasında bir neçə otağı zəbt edib
23-09-2023, 09:29

Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
23-09-2023, 09:28

Qarabağdakı silahlı birləşmələrdən 800-dən çox silah təhvil alınıb
22-09-2023, 09:08

BMT rəsmisi Ceyhun Bayramovla Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edəcək
22-09-2023, 09:06

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”
22-09-2023, 09:02

Azərbaycan hərbçisi erməni əsgərinin həyatını xilas etdi - VİDEO
22-09-2023, 08:59

Türkiyə Prezidenti Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə danışdı
22-09-2023, 08:57

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərir, avtomobillər Ağdamdan Xankəndiyə hərəkət edir
22-09-2023, 08:55

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək? - VİDEO
Reklam

Ən çox oxunanlar