Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşır

Tarix: 27-08-2022, 19:20 / Oxunub: 333

Pakistanda güclü yağışlar nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşır

 

Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1000-ə yaxınlaşıb.

Belə ki, güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 982-yə yüksəlib, 1456 nəfər xəsarət alıb.

 

Yağışlar nəticəsində 802 min 582 təsərrüfat heyvanı tələf olub, 682 min 139 evə ziyan dəyib.

Ölkə ərazisində çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.

Bütövlükdə, Pakistanda 33 milyon insan musson yağışlarından təsirlənib, on minlərlə insan evsiz qalıb.

Yağışlar nəticəsində çoxlu körpülər dağılıb, kilometrlərlə yollar sıradan çıxıb, kənd təsərrüfatı sahələri suyun altında qalıb.



Axtarış
Xəbər lenti
Reklam