Ukrayna prezidenti Vladimir Zelenski üç regional hərbi administrasiya rəhbərini vəzifəsindən azad edib.
Müvafiq sərəncamlar dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Məlumatda qeyd edilir ki, Luqansk OVA-nın rəhbəri Sergey Qayday, Odessadan Maksim Marçenko və Xmelnitskidən Sergey Qamalıy tutduqları vəzifələrdən azad ediliblər.
Hər üç sərəncamda qeyd olunur ki, işdən azad olunmaq üçün idarə rəhbərləri özləri müraciət ediblər.