"Formula 1" üzrə Çin Qran-prisi təxirə salındı - RƏSMİ

Tarix: 13-02-2020, 09:15 / Oxunub: 316

 


Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1" üzrə Çin Qran-prisini təxirə salıb.
"Report" qurumun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, yarış qeyri-müəyyən müddətə təxirə salınıb. FIA yarış iştirakçıları ilə azarkeşlərin sağlamlığı və təhlükəsizliyini təmin etmək üçün bu addımı atıb. Yarış 17 - 19 apreldə keçirilməli idi. 
Qeyd edək ki, daha öncə "Formula E" çempionatında Çin Qran-prisi ləğv edilib.


Axtarış
Xəbər lenti
Reklam