5 ulduzlu otelin restoran müdiri avtomobilində ölü tapıldı...

Tarix: 14-02-2020, 09:30 / Oxunub: 359

 


 

Türkiyə Antalyanın Manavgat mahalında 5 ulduzlu bir oteldə restoran müdiri işləyən Halit Y. 'nin  avtomobildə ov tüfəngi ilə vurulmuş cansız bədəni tapılıb. 
Hadisə, səhər saatlarında Manavgatın Sorgun Mahallesinin Acgunu Prospektində meydana gəlib. Yol kənarında dayanan 07 DHC 94 nömrəli avtomobildən silah səslərinin gəldiyini eşidənlər polisə məlumat verib. 
Xəbərdarlıqdan sonra hadisə yerinə polis və təcili yardım sövq edilib. Polis sürücünün oturacağında, ayaqları maşından çölə uzanmış və ayaqları arasında ov tüfəngi olan güllə ilə vurulan kişi cəsədi ilə qarşılaşıb.
Cəsədin Halit Y-yə aid olduğu müəyyən edilib. Hadisə yerindəki araşdırmalardan sonra Halit Y.-nin cəsədi müayinə üçün Manavgat Dövlət Xəstəxanasının  aparılıb. 
Halit Y.-nin intihar etməsi ehtimalını nəzərə alan polis istintaqa başlayıb. 
5 ulduzlu oteldə restoran müdiri işləyən Halit Y.-nin 2 övladı - 1 oğlan və 1 qız övladı olduğu bildirilib.


Axtarış
Xəbər lenti
Reklam