Venesiya Karnavalı koronavirus səbəbiylə ləğv edildi

Tarix: 24-02-2020, 17:30 / Oxunub: 317

 


 

İranda yeni növ koronavirus səbəbindən ölümlər artıb,  Cənubi Koreyada ən yüksək həyəcan təbili verilib, Epidemiya səbəbiylə Venesiya Karnavalı da ləğv edilib. 
İranda koronavirusdan ölənlərin sayı 8-ə, xəstəliyə yoluxanların  ümumi sayı isə 43-ə çatıb. Virusun sürətlə yayılması səbəbiylə 14 bölgədə məktəb və universitetlər, kinoteatrlar və teatrlar bağlanıb.
İran Səhiyyə Nazirliyinin son açıqlamasına görə, 785 şübhəlidən 28-ində koronavirus aşkarlanıb. Paytaxt Tehranda aptek və supermarketlərdə bütün dezinfeksiya məhsullarının tükəndiyi bildirilir.
İtaliyada, ölkənin sənaye bölgələrində, Lombardiya və Venetoda 89 yeni koronavirus hadisəsi aşkar edilib, bu günə qədər xəstəlikdən 2 nəfər ölüb. Ölkədə 100 hadisənin olduğu bildirilir.
İtaliya rəsmiləri bölgədəki sakinləri evlərində qalmağa çağırıb.  Məktəblərdə tətil elan olunub. İdman tədbirlərinin ləğv edildiyi bildirilərkən, ölkənin ümumi istehsalının 30 faizini təşkil edən Lombardiya və Veneto bölgələrindəki şirkətlər işçilərdən evdə qalmağı xahiş etməyə başlayıblar. Venesiya Karnavalının da ləğv olunduğu açıqlanıb.
Fransanın səhiyyə naziri Olivier Veran, ölkədə yeni koronavirus hadisələrinin ortaya çıxa biləcəyini və Fransadakı səhiyyə işçilərinin virusla mübarizəyə hazırlıqlı olduqlarını 
açıqlayıb.  Nazir İtaliyadakı vəziyyəti yaxından izlədiklərini də qeyd edib.


Axtarış
Xəbər lenti
Reklam