Rusiya İdlibi bombaladı - 5 ölü

Tarix: 25-02-2020, 09:45 / Oxunub: 348

 


 

Rusiya qırıcıları İdlibdə 18 sivil nöqtəyə hava hücumu həyata keçirib.
Bu barədə müxalif qüvvələrə aid hava nəzarət məntəqələri məlumat verib. Bildirilir ki, hücumlar nəticəsində 5 nəfər həlak olub.
Qeyd edək ki, İdlib həm müxalifət, həm də rejim qüvvələri üçün strateji cəhətdən ən mühüm bölgələrdən biri sayılır. 2018-ci ilin iyulun 17-də keçirilən Soçi danışıqlarından bugünə qədər rejim və dəstəkçilərinin İdlibə  hücumları nəticəsində 1800-dən çox dinc əhali ölüb. 2019-cu ilin yanvarından İdlibdən köçən qaçqınların sayı 1 milyon 942 minə çatıb.


Axtarış
Xəbər lenti
Reklam