Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirib. 
“Qafqazinfo” xəbər verir ki, ÜST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən oxumağı məsləhət görüb. 
Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir.
Məlumata əsasən, hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb: “Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq”.
Qurum hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görməyi vacib hesab edir: 
Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;
Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:
Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamaq;
ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir.
Səfərdən öncə, səfər ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, həmin şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.

 


 

Modelyer Corcio Armani İtaliyada koronavirusun yayılması ilə əlaqədar olaraq sahibi olduğu şirkətin Milan şəhərində yerləşən ofisini və ölkənin beş regionunda yerləşən tikiş fabriklərinin bağlanılması barədə göstəriş verib.
ANSA agentliyi məlumat verir ki, İtaliyada ötən gün 152 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib. 
Corcio Armani dünən Milan şəhərində keçirməli olduğu moda sərgisini də təxirə salıb.
ANSA agentliyi xəbər verir ki, koronavirusun yayılma səbəbi ilə bağlı Milanda məktəblər, teatrlar, bar və gecə klubları bağlanıb. Milanın dünya şöhrətli “La Skala” opera teatrı da koronavirusa görə fəaliyyətini müvəqqəti dayandırıb. (oxu.az)
Axtarış
Xəbər lenti
Reklam