İranda koronavirusdan ölənlərin sayı 12-yə çatıb.
Bu barədə İranın Səhiyyə naziri Səid Nəməki tərəfindən parlamentə təqdim olunan hesabatda qeyd olunub.
Bildirilir ki, koronavirusa yoluxanların sayı 47 nəfər təşkil edir.

 



Dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayır. İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışacağıq:
Yuri Andropov XX əsrdə qurulan və dağılan SSRİ-nin tarixində Brejnev hakimiyyətinin dayağı, sərt mövqeyi ilə seçilən radikal “KQB” rəhbəri kimi yadda qalsa da onu diktator Stalinin mənəvi varisi və davamçısı hesab edirlər. Qəribə olsa da bu qapalı, azdanışan, zarafatları sevməyən, “soyuq müharibə” tərəfdarı, hətta Qərb və Amerika ilə uzun illər davam edən siyasi mübarizəni hərbi fazaya, real savaş meydanına keçirməyə hazır olan lider Brejnevdən sonra zamanında haqqında ən çox lətifələr danışılan baş katib olub. “Dəmir əl” sahibini sözün əsl mənasında qılınc və qələm adamı adlandırmaq da olar. Milli kimliyi hələ də mübahisə doğuran Andropovun yunan, yəhudi, hətta alman əsilli rus olduğu da söylənilir.
Yuri Vladimiroviç Andropov 1914-cü ildə Stavropol vilayətinin Kursavsk rayonunda, Naqutskaya stansiyasında doğulub. Gənclik illərində özünü bir çox peşədə sınayıb, müxtəlif işlərdə çalışıb. Voljsk gəmiçiliyinə məxsus gəmilərdə matros və kapitan köməkçisi kimi uzun müddət xidmət edib. Könüllü gəmi xidmətinə gəlmək üçün isə Yuri Andropov teleqraf işçisi olmaqdan imtina etmişdi, üstəlik, ona hörmət edənlərə sayğısızlıq göstərib işindən ərizə yazmadan, xəbərsiz çıxıb getmişdi. 
1936-cı ildə texnikumu bitirən, yaşıdları arasında fəallığı ilə seçilən bu komsomol katibi az ötmədən, 1938-ci ildə Yaroslav partiya komitəsində işə göndərilir və vilayətin komsomol komitəsinin rəhbərliyi gənc Andropova tapşırılır. Tarix-filologiya fakültəsinin məzunu Yuri Andropov az keçmir ki, silahlı əsgərə çevrilir. O, iki savaşın - Karel-Fin-SSRİ və Sovet-Alman müharibəsinin iştirakçısı olur. Müharibə illərində onun bacarığı nəzərə alınaraq məxfi xidmətə cəlb edilir. Bir müddət Andropov hərbi sahədə çalışır. Müharibədən sonra isə müxtəlif vəzifələrdə işləyir. Nəhayət, bu enerjili kadr 1951-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitə aparatına gətirilir. Özünü “idealist” kommunist kimi göstərən Yuri Andropov 1953-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayır. 1954-1957-ci illərdə Sovet İttifaqının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olur. Gərgin bir dövrə təsadüf edən bu illərdə Andropovun adı qanlı Macarıstan olayının əsas iştirakçılarından biri kimi həmişə hallandırılıb. Onun Macarıstan qırğınının baş müəllifi hesab edənlər isə sonralar  anladılar ki, qətiyyən yanılmayıblar. 1962-ci ildə Sov.İKP MK-nın katibi olan Andropov 1967-ci ilədək bu vəzifədə çalışıb. 1967-ci ildən Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) sədrlik edib. Və hakimiyyətin zirvəsi: 1982-ci ildə Sov.İKP MK-nın baş katibi seçilib.
Barəsində çoxlu lətifələr və şayiələr gəzən Andropovun ölümü barədə də şübhəli ehtimallar az deyil. Onun sui-qəsd nəticəsində aradan götürüldüyünə inanan bəzi araşdırmaçılar bunun obyektiv və subyektiv səbəblərini də sadalayırlar. Onun ölkə rəhbərliyinə gələndən sonra hərbi üsul-idarə yaratmaq istəyi, korrupsiyaya bulaşan yüksək ranqlı məmurların Kremldən və Mərkəzi Komitə aparatından təmizlənməsi planına start verməsi, rəhbər vəzifələrdə işləyənlərin yaratdığı “aşağıdan yuxarı rüşvət” sistemini, ittifaq boyunca yayılan nəhəng şəbəkəni dağıdıb birdəfəlik yox etmək cəhdi, ciddi ictimai nəzarət əsasında işsiz vətəndaşların kütləvi şəkildə məcburi əməyə cəlb edilməsi üçün tədbirlərə rəvac verməsi saraydaxili narazılıqlara səbəb olmuşdu. Bəzi ekspertlərin fikrincə, bütün bunlar, eyni zamanda başqa super güclərə meydan oxuyan qırmızı imperatorun “müharibə hər gün başlaya bilər” prinsipi ilə ölkədə savaş təbliğatını gücləndirməsi, SSRİ diplomatiyasına hədə pafosu gətirməklə atom bombasından istifadə edə biləcəyinə dair mesajı, ölkənin hərbi arsenalını, nüvə başlıqlı raketləri müharibə hazırlığı vəziyyətinə gətirməsi general Yuri Andropovun siyasi karyerasının faciəvi sonluqla bitməsinə gətirib çıxarıb.
Hər halda rəsmi sənədlərdə onun öz əcəli ilə vəfat etdiyi (həkimlərdən biri Andropovun ölüm kağızına imza atmaqdan imtina edib) qeyd edilir. Yuri Andropov 1984-cü il fevralın 9-da Moskvada dünyasını dəyişib.
***
Həyatı sirlə dolu, dəmir iradəli, hər zaman qəddar, amansız gedişləri ilə həmkarlarından fərqlənən Yuri Andropovun çarəsiz qalan işçilərə məsləhəti ancaq belə olardı: “Tək qalmaq istəmirsənsə, gülləni başına çax”. 
KQB-nin rəhbərlərindən olan Sviqunla Andropov arasındakı hakimiyyət davası da Andropovun Sviqunu intihara məcbur etməsi ilə başa çatmışdı.
Və qəribə bir paradoks: bu adam həm də şairmiş. Öləndən sonra yaxınları onun yazı masasından kağızların arasından bir vərəq tapıblar - üstündə də bu şeir: 
Ay işığında görünən biz adamlar
Dünyanın məhsullarına bənzər, 
Bəlkə də ucuzuna.
Bir həyat ki, an qədər,
Bir həyat ki, əbədiyyətə
Dəyər-dəyməz.
Yer üzü beləcə fırlana-fırlana,
Adamlar  ölür, ömürdən sonra.
Andropov şeirlərini çox az adama oxuyurmuş. Şeirləri barəsində deyilənlər isə onu heç zaman maraqlandırmazmış. Yaradıcılığına ciddi yanaşsa da, publika üçün deyil, sadəcə “sandıq ədəbiyyatı” yaratdığını etiraf edən bu DTK generalı həm də “Lubyankalı romantik” adlı şeirlər toplusunun -  “samizdat”ın müəllifidir. Gənclik illərindən yazdığı bu şeirləri Andropov hələ Petrozavodskda yaşayıb işləyərkən toplamışdı və dostları onu həmişə zarafatla “Lubyankalı romantik” çağırdığından toplusuna da həmin adı seçmişdi. Budapeştdə olduğu müddətdə onunla birlikdə işləyən DTK  rütbəlisi Vladimir Kryuçkov baş katib haqqında xatirələrində onun şairliyindən belə söz açır: “İnfarktdan sonra yazdığı şeiri mənə oxudu. Şeir belə idi:
İnfarktdan sonra yazılan şeir
Kuntseva xəstəxanasından yazılan məktub
 
Bu da xəstəxana, məni sıxan yer,
Hər dəqiqəmə burada qiymət verirlər,
“Hə!“ deməliyəm, deyim əladı!
Tikanlı kirpinin tərkinə minim mən,
“Hə!“ - hər şey əladı!
 Rahat gəzirəm mən.
Çalışdım onunla yumşaq danışım ki, xətrinə dəyməyim, bir kəlmə söylədim, sadəcə sonuncu misranın dəyişdirilməsini istədim. Sanki kəndli kimi köntöylüyü sevən bu adamı yazdığı kobud misralar da xoşallandırırdı.  Cavabı ləngimədi: “Mənim yazdığım qəlbimin  harayıdı, şeirlərimi böyük oxucu kütləsi üçün yazmıram, qəlbim necə deyirsə elə də köçürürəm kağıza, söyüş olsa belə... ”
Və onun yazdıqlarına həmkarı Kryuçkovun daha bir izahı. Yerində, səlist, aydın: “Andropovun yazdığı şeirləri dinləyəndə məndə belə təsəvvür yaranırdı ki, o, söhbət edir, söhbətcil mujik isə danışır, gülür, söyür. Onun bir ana obrazı var, bənzərsizdi, amma bu ananı da çoxları tanıya bilməyəcək, çünki Yuri Andropovun şeirləri o qədər ölçüsüzdü ki, onları nə vaxtsa seçib çap etmək lazım gəlsə, əslində bu şeirlər demək olar ki, itəcək. Ərköyün müəllif isə inad edir, o şeirində lazım olduğu yerdə kobud sözü əvəzləmək fikrindən uzaq bir şairdir. Andropovun vətənpərvərlik ruhunda, üstəlik, qəzəblə yazılmış siyasi şeirləri də az deyil. Məgər belə misraları qələmə alan adamın məmur, həm də sovet dövlətinin başçısı olduğuna kimsə inanardımı?”   
 
Hakimiyyəti korlamayın
Burulğan burulur əjdaha kimi,
Burulğan cənginə alır bu xalqı,
Xalq qalxır üstünə hakimiyyətin,
Gəlin bu hakimiyyəti korlamayın.
Hər an devirməyə gücü də yetər,
Hər an cummağa haqqı var xalqın.
Yaman təhlükədi hücum dalğası,
Gəlin bu hakimiyyəti korlamayın.
Oraq və çəkic
(şeirdən parça)
Əcəl gələnədək diz çökməyək biz,
Gəlin arxalanaq bir-birimizə.
Dünyaya boylanıb fəxrlə baxaq,
Dumanlı Vislanın sahilindən.
Bizik səma savaşçıları, biz müqəddəsik,
Dünyanın içinə boylanan bizik,
Vətənin əlində sınmaz qalxanıq,
Ağların, qırmızıların tarixi də bizik.
Biz ayaq üstəyik, biz çökmərik,
Rus imperiyasının adı var orda.
Dünyada böyük bir tarix qurmuşuq,
Əcəl gələnədək biz gələcəyik.
 
Oqtay QORÇU

 


 

“Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir”. 
Moderator.az xəbər verir ki, bu sözləri Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəcih Cümə Türkiyənin İdlib üçün səylərinin insanlıq naminə olduğunu ifadə edərkən söyləyib.
Məhəmməd Vəcih Cümə bölgədə çox böyük bir bəşəri faciənin yaşandığını və 4 milyon insanın sərhədlərdən kənarda çox çətin şəraitdə yaşadığını bildirib:
“Bunların 1 milyonundan çoxu ev-eşiyindən didərgin salınıb, ailə üzvləri şəhid edilib, qalanları isə bu bölgəyə köçüblər. Bəziləri çadırlarda, bəziləri isə ağacların altında yaşayır. Burada dəhşətli bir bəşəri faciə yaşanır. Çox şükür ki, bu insanların Türkiyəsi var. Türkiyə indi də siyasi, diplomatik və hərbi gücü ilə bu bölgədədir. Türkiyə insanlıq naminə bu bölgədədir və insanların ölməməsi, torpaqlarını tərk etmək məcburiyyətində qalmaması üçün səy göstərir”.
Soçi razılaşmasının münaqişəsiz bölgə və gərginliyin azalması mənasına gəldiyini qeyd edən Cümə Əsəd rejiminin buna baxmayaraq Rusiyanın dəstəyi ilə hər yeri bombaladığını bildirib.
Cümə İdlib bölgəsinin dünyanın diqqətini çəkdiyini, lakin bu insanlara yalnız Türkiyənin sahib çıxdığını xüsusilə vurğulayıb: “Dünən BMT Təhlükəsizlik Şurasında bir toplantı vardı. Rusiya atəşkəs rejiminə dair qətnaməyə veto qoydu. Bu, çox qəribədir. Türkiyə xaric, ABŞ və Avropa ölkələri isə sadəcə "məruzə" oxudular. Biz meydandayıq, ancaq o insanların yardım əli uzatdığını görmürük. Hətta humanitar yardımlarını da görmürük. Bütün dünyaya, bəşəriyyətə çağırış edirik. Burada dəhşətli və çox böyük bir fəlakət yaşanır. Hər kəsin əlini bu daşın altına qoymasını istəyirik. Türkiyə burada nə edirsə, insanlıq naminə edir”.

 

 
 “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televiziya kanalında canlı yayımda "Bütün dillərdə" proqramının qonağı olub.
Verilişin əsas mövzüsü, Azərbaycanla Misir arasında tarixi əlaqələri özündə ehtiva edən Seymur Nəsirovun “Ərəb elminə xidmətdə azərbaycanlı alimlərinin səyləri” mövzusunda doktorluq dissertasiyası olub. 
S. Nəsirov Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrdən söhbət açıb. O, VII əsrdə ərəblərin Azərbaycana ilk gəlişində Misir və Şam qəbilələrinin Azərbaycana köçdüyünü qeyd edib. Azərbaycanda insana Misir adı qoyulduğunu qeyd edən diaspor sədrinin bu sözləri qarşı tərəfin böyük marağına səbəb olub. Tədqiqatçı “Koroğlu” dastanında Misri qılıncın qeyd olunmasını, Azərbaycanda çoxlu sayda ərəb adlı kəndlərin və Azərbaycan dilində 6 mindən çox ərəb mənşəli sözlərin mövcudluğunu iki xalq arasında qədimdən bəri möhkəm əlaqələrə bariz nümunə kimi dəyərləndirib. 
337 səhifədən ibarət olan dissertasiya işində 146 mötəbər ərəb mənbələrinə istinad edərək 150-dən çox azərbaycanlı alim haqqında yazılmışdır. Eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və əzəli torpaqları haqqında ətraflı şəkildə qeyd olunmuşdur. 
Rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söhbət açan natiq bildirib ki, Azərbaycan diasporu iki ölkə arasında əlaqələrin inkişafına çox böyük töhfələr verib.
Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıq ənənələrindən söhbət açıb.
Azərbaycanın turizm potensialından geniş söhbət açan təşkilat rəhbəri son illərdə çoxlu sayda ərəblərin ölkəmizə səyahət etdiyini bildirib.
45 dəqiqədən çox davam edən verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx da nümayiş olunub.

 


 

"Qum şəhərində 50 nəfərin koronavirdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edirik".
Bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib: 
"Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dördə biri qədər olarsa, vəzifəmdən istefa verəcəm".
O qeyd edib ki, koronavirusdan ölənlərin sayı 12 nəfərə çatıb: "Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".
Ölən şəxslər Ümumdünya Səhiyyə Təşkilatının protokoluna uyğun dəfn olunacaqlar.

 


 

Rusiya qırıcıları İdlibdə 18 sivil nöqtəyə hava hücumu həyata keçirib.
Bu barədə müxalif qüvvələrə aid hava nəzarət məntəqələri məlumat verib. Bildirilir ki, hücumlar nəticəsində 5 nəfər həlak olub.
Qeyd edək ki, İdlib həm müxalifət, həm də rejim qüvvələri üçün strateji cəhətdən ən mühüm bölgələrdən biri sayılır. 2018-ci ilin iyulun 17-də keçirilən Soçi danışıqlarından bugünə qədər rejim və dəstəkçilərinin İdlibə  hücumları nəticəsində 1800-dən çox dinc əhali ölüb. 2019-cu ilin yanvarından İdlibdən köçən qaçqınların sayı 1 milyon 942 minə çatıb.

 


 

İran parlamentinin Qum şəhərindən olan deputatı Əhməd Əmirabadi Fərahani Səhiyyə Nazirliyini sərt tənqid edib.
“Report” İLNA xəbər agentliyinə istinadən xəbər verir ki, o, nazirliyi ölkədə tüğyan edən koronavirusa qarşı zəruri tədbirlər görməməkdə ittiham edib.
Deputat Qumda gündə 10 nəfərin koronavirusdan öldüyünü, son iki həftə ərzində isə 50 nəfərin bu infeksiyadan dünyasını dəyişdiyini bildirib.
Ə.Fərahani vurğulayıb ki, hazırda Qumda 250 nəfər karantin altındadır. 

 


 

İranda yeni növ koronavirus səbəbindən ölümlər artıb,  Cənubi Koreyada ən yüksək həyəcan təbili verilib, Epidemiya səbəbiylə Venesiya Karnavalı da ləğv edilib. 
İranda koronavirusdan ölənlərin sayı 8-ə, xəstəliyə yoluxanların  ümumi sayı isə 43-ə çatıb. Virusun sürətlə yayılması səbəbiylə 14 bölgədə məktəb və universitetlər, kinoteatrlar və teatrlar bağlanıb.
İran Səhiyyə Nazirliyinin son açıqlamasına görə, 785 şübhəlidən 28-ində koronavirus aşkarlanıb. Paytaxt Tehranda aptek və supermarketlərdə bütün dezinfeksiya məhsullarının tükəndiyi bildirilir.
İtaliyada, ölkənin sənaye bölgələrində, Lombardiya və Venetoda 89 yeni koronavirus hadisəsi aşkar edilib, bu günə qədər xəstəlikdən 2 nəfər ölüb. Ölkədə 100 hadisənin olduğu bildirilir.
İtaliya rəsmiləri bölgədəki sakinləri evlərində qalmağa çağırıb.  Məktəblərdə tətil elan olunub. İdman tədbirlərinin ləğv edildiyi bildirilərkən, ölkənin ümumi istehsalının 30 faizini təşkil edən Lombardiya və Veneto bölgələrindəki şirkətlər işçilərdən evdə qalmağı xahiş etməyə başlayıblar. Venesiya Karnavalının da ləğv olunduğu açıqlanıb.
Fransanın səhiyyə naziri Olivier Veran, ölkədə yeni koronavirus hadisələrinin ortaya çıxa biləcəyini və Fransadakı səhiyyə işçilərinin virusla mübarizəyə hazırlıqlı olduqlarını 
açıqlayıb.  Nazir İtaliyadakı vəziyyəti yaxından izlədiklərini də qeyd edib.

 


Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.  
F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkət məhdudlaşdırılacaq.

 


 

Türkiyə koronavirus təhlükəsi səbəbindən İranla sərhədini bağlayıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Qapıköy və Əsəndərə nəzarət-buraxılış məntəqələri bağlanıb. Qərarın Novruz bayramı ərəfəsində İrandan Türkiyənin Van əyalətinə turist axınının qarşısını almaq fonunda qəbul edildiyi bildirilir.
Qeyd edək ki, İranda 43 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 8-i ölümcüldür. İndiyədək isə 6 nəfər Covid-19-dan dünyasını dəyişib.
Onu da qeyd edək ki, koronavirus təhlükəsi səbəbindən Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində məhdudiyyətlər tətbiq edilib.
Axtarış
Xəbər lenti
Reklam