Türkiyə vaxtı ilə saat 15:40-da Manisa şəhərində Rixter şkalası üzrə 4,8 bal gücündə zəlzələ olub.
APA-nın yerli bürosunun Boğaziçi Universitetinin Kandilli Rəsədxanası, Zəlzələ Araşdırma İnstitutuna istinadla verdiyi xəbərə görə, episentri Akhisar rayonunda olan zəlzələ yerin 8,6 kilometr dərinliyində qeydə alınıb.
Təkanlar İzmirdə də hiss edilib.

 


Ermənistanın Tehrandakı səfirliyinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, 23 fevraldan etibarən Ermənistanın Tehrandakı səfirliyi və konsulluq idarəsi fəaliyyət göstərməyəcək və qəbul olmayacaq.
İran mediaları Ermənistan səfirliyinin fəaliyyətini dayandırması səbəbini açıqlamayıblar.
Qeyd edək ki, İranda yeni koronavirusun yayılması səbəbi ilə bir neçə ölkə İrana uçuşları dayandırıb. İranda koronavirusa yoluxanların sayı 43 nəfərə, ölənlərin sayı isə 8 nəfərə çatıb.

 


 

Polşanın Mijske Odrzanski kəndində demək olar ki, son 10 ildə oğlan uşağı doğulmur.
Bunun səbəbinin nə olduğunu isə bilən yoxdur. Təxminən 300 nəfər əhalisi olan kənddə axırıncı dəfə 2010-cu ildə oğlan uşağı doğulub. Bu səbəbdən də kənddə oğlanlara aid olan işləri qızlara öyrədirlər. Məsələn, kəndə qızlardan ibarət yanğınsöndürənlər də var. 
Mütəxəssislər kənddəki bur sirri araşdırmaq istəyir və oğlan uşağı dünyaya gətirmək istəyən ailələrə öz tövsiyələrini verməyi düşünürlər. Bu tövsiyələrdən birincisi qadınlar daha çox kalsium qəbul etməsi və yataqlarının altına balta qoymasıdır. Bələdiyyə sədri Kristian Zıdziak isə bu tövsiyələrin heç birinin işə yaramadığını bildirərək, oğlan uşağı dünyaya gətirən analara ödül verəcəyini deyib. Son on ildə qəsəbədə doğulan 12 körpənin hamısı isə qızdır.
Vasif Əlihüseyn
 
 

 


 

Böyük Britaniyadan olan on aylıq körpə gur saçları ilə məşhurlaşıb.
Bu barədə “The Mirror” xəbər yayıb.
Körpənin anası Alessandra Makkarinin sözlərinə görə, qızı Marissa dünyaya gələndə gur saçları ilə həkimləri də təəccübləndirib.
Qadın daha çox qızının gözlərinə heyran olduğunu bildirib:
“Mən onun gözlərinə vurulmuşdum. Başqaları isə mənə deyirdi: “Saçlarına bax, necə də gözəldir”.
32 yaşlı Makkari qızının saçlarının gec uzanacağını düşünüb, ancaq yanılıb, on aylıq olanda uşağın saçları artıq çiynindən olub.
Ana yaxın gələcəkdə qızının saçlarını kəsməyi düşünmədiyini vurğulayıb.
Qadının sözlərinə görə, küçədə gedərkən insanlar uşağın saçına heyranlıqla baxır, bəziləri isə hətta saçların əsl olduğuna şübhə ilə yanaşırlar.
“Tanımadığım şəxslər mənə deyirlər ki, gözəlliyinə görə Marissanı modellik biznesinə göndərməliyəm”, - deyə Makkari bildirib.

 


 

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının italyan nümayəndəsi Filippo Qrandi Türkiyə və Suriya ilə qonşu ölkələri daha çox qaçqın qəbul etməyə çağırıb.
Avropa.info xəbər verir ki, Qrandi “Müharibənin başa çatması və insanların həyatının xilas edilməsi üçün təhlükəsizliyə ehtiyacları var. Türkiyə daxil qonşu ölkələri qaçqın qəbulunu artırmağa çağırıram. Beləliklə, təhlükə altında olan insanlar da təhlükəsiz yerə gedə bilərlər” deyib.
İtaliyalı nümayəndə qaçqınları qəbul edən ölkələrə daha çox beynəlxalq yardım göstərilməsini istəyib. O, Suriyadan qaçqın düşən mülki əhali sayının 4 milyon olduğunu deyib. Rəsmi məlumatlara görə, Türkiyədə 4 milyon nəfər suriyalı qaçqın yaşayır.

 


 

Prezident Rəcəb Tayyib Ərdoğan, cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırarkən bu axşam Putinlə görüşəcəklərini ifadə edib. Ərdoğan, "Görüşün nəticəsi münasibətimizi təyin edəcək" sözləri ilə çıxış edib.
Prezident Erdoğanın ifadələrində İdliblə bağlı diqqətəlayiq məqamları vurğulayıb. 
"Sizə də məlumdur ki, Xanım Merkel və Cənab Makron onlar Cənab Putinlə görüşündə İdlib məsələlərini müzakirə edərək orada çox qətiyyətli şəkildə atəşkəsə dəvət etdilər. Bu dəvətə gözlənilən cavabın olduğunu deyə bilmərəm. Putin İstanbuldakı təklifə istənilən cavabı vermədi.
Bu axşam saat 18:00-da Putinlə telefonla görüşəcəyəm. Görüşün nəticəsi münasibətimizi müəyyənləşdirəcəkdir"  - deyə Türkiyə Prezidenti açıqlama verib.
İdlibdə şəhid düşən əsgərlərlə bağlı fikir bildirən Ərdoğan "Orada 2 şəhidimiz var.  Bəzi  texnikalarımız məhv edilib, amma bundan 150 qat daha çox rejim qüvvəsi məhv edilib. 12 tank, 3 zirehli maşın, 14 qozalon avtomatı və 2 dayaq kamera məhv edilib. İndi oradakı mübarizə çox həlledicidir.
Rejim təqiblərə son qoymasa, oradan çəkilmək mümkün deyil" sözlərini deyib.

 


 

21 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu ilə İğdır-Azərbaycan dil, tarix və mədəniyyət həmrəyliyini yaşatma və dəstəkləmə dərnəyi, İğdır-Azərbaycan evi dərnəyi və Türkiyə Azərbaycan dərnəyinin İğdır şöbəsinin birgə təşkilatçılılğı ilə Türkiyə Respublikasının İğdır vilayətində “Xocalıya Ədalət!” devizi altında anım mərasimi təşkil olunmuşdur.
İğdır vilayətində fəaliyyət göstərən mədəniyyət sarayında təşkil olunan tədbirdə İğdır vilayətinin rəsmi şəxsləri, İğdır universitetlərinin professor və müəllim heyəti, Ağrı və Qars Universitetindən dəvət olunmuş professorlar, dərnək başçıları, ölkəmizi bu bölgədə təmsil edən ziyalılar, elm və mədəniyyət xadimləri, QHT və KİV nümayəndələri, İğdır şəhərinin sakinləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilmiş, şəhidlərimizin ruhlarına dualar oxunaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla, ehtiramla yad edilmiş və Xocalı faciəsi barədə qısa film nümayiş olunmuşdur.
Mərasimdə, Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı soyqırımı və onun törətdiyi fəsadlar, yaranma səbəbi və nəticələri ilə bağlı geniş mövzuda çıxış etmişdir. Tarixin müxtəlif dövrlərində Ermənistan təcavüzünə məruz qalan ölkəmizin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə belə bir faciəni bir daha yaşadığını vurğulamış, Xocalıda ermənilər tərəfindən törədilmiş qətliamın XX əsrin və Azərbaycan tarixinə qanla yazılmış səhifəsi kimi ən faciəvi soyqırımı olaraq tarixə keçdiyini qeyd etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycanın əzəli yurdu olan Dağlıq Qarabağ torpaqlarında əsassız ərazi iddaları ilə çıxış edən mənfur ermənilərin Azərbaycan tarixinin ən qədim yaşayış məskənlərindən biri olan Xocalıda amansızcasına qətliam törətdiyini ətraflı olaraq tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Nuru Quliyev Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin xüsusi rolunu qeyd etmiş, 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyini diqqətə çatdırmışdır. Baş konsul Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq ədalət məhkəmə qarşısında cavab verməli olduğunu vurğulamışdır.
Tədbirdə, həmçinin dəvət olunmuş türkiyəli və azərbaycanlı professorların çıxışlarında Xocalı faciəsindən söhbət açılmış və faciənin törətdiyi fəsadlardan bəhs olunmuşdur. Alimlər Xocalı soyqırımının təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə törədildiyini, bu cinayətin ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdiklərini məqsədyönlü cinayətlərin davamı və ən amansızı olduğunu əsaslandırmışlar.
Daha sonra, türkiyəli məktəblilərdə milli-vətənpərvərlik ruhunun yüksəlməsinə və onların tarixi biliklərinin artması ilə əlaqədar Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyi tərəfindən təşkil edilmiş hekayə, şeir, bədii kompozisiya və rəsm müsabiqəsinin qaliblərinə müxtəlif növ hədiyyələr verilmişdir.
Sonda tədbir iştirakçıları Xocalı Soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.

 


 

FTX əməkdaşları Stavropol bölgəsində Suriyalı yaraqlılara işləyən şəxsi həbs edib.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bildirilir ki, həmin şəxsin Azərbaycan vətəndaşı Anar Məmmədovun olduğu müəyyən edilib. O, Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa cəlb edib.
"Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib", - mənbə bildirib.
Bundan başqa, işə cəlb edənin ən azı üç potensial yaraqlı ilə əlaqədə olduğu açıqlanıb.
Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi A. Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.

 


 

Hazırda İran islam respublikası adlanan Molla rejiminin başında dayanan Həsən Ruhani yenə də saxtakarlığa əl atıb. 
O deyir ki, Cənubi Qafqaz İran ərazisidir və buradakı şiə müsəlmanları onlarla bağlıdır. Bu, artıq həyasızcasına və təhrif olunmuş mülahizədir. Birincisi, Cənubi Qafqaz, o cümlədən Azərbaycan (quzeyli güneyli) saxta İran deyil, Qəznəvilər, Səlcuqlar, Elxanilər, Baharlılar, Bayandırlıar, Səfəvilər, Əfşarlar kimi Türk dövlətlərinin tərkibində olub. Sadəcə, Qacarlar cənubi Qafqaz, o cümlədən şimali Azərbaycana sahib çıxa bilmədi. Qacarların isə bir Türk dövləti olması dünyaya bəllidir. O başqa məsələdir ki, 1925 də Qacarlar dövləti devrilərək onun yerinə qeyri qanuni olaraq, Böyük britaniyanın dəstəyi ilə irançı Pəhləvilər gətirildi. Bu günkü Molla rejimi də Pəhləvilərdən çox fərqli deyil. Burada incə məqam odur ki, istər Pəhləvilər, istərsə də Molla rejiminin yaranması və inkişafında bir qism türklərin də mühüm rolu olub.
Hesab edirəm ki, artıq həmin türklər arasında da dönüş vardır.
İkincisi, indi İran adlanan ölkənin böyük bir hissəsi Türk torpağıdır və türklər yaşayırlar ki,
burada da söhbət yalnız Azərbaycandan getmir. Deməli, Ruhani İran adı altında saxtakarlıq edir. Ruhani yaxşı bilir ki, Türklər və Azərbaycan əslində qondarma Iranla deyil, Turanla bağlıdır. Özü də gec tez, bu yenidən gerçəkləşəcək. Yəni Şimali Azərbaycan Güney Azərbaycanla o zaman bir olacaq ki, Tehranda Türk hakimiyyəti bərqərar olacaq.
Bununla da, Ruhani kimlərin istədiyi saxtakar İran Molla rejimi ilə deyil, Türk ruhlu Turanla Azərbaycan türkləri, Azərbaycan bir olacaq!
Din məsələsinə gəlincə, Türkləri birləşdirən birincisi türklükdür, Türk dünyagörüşüdür. İkincisi, İslam dinidir, şiəlik və sünnilik deyil. Ona görə də, Ruhani kimlər artıq şiə müsəlmanı adı altında özlərini yormasınlar.
Bütöv Azərbaycan Ocaqlarının İdarə heyətinin üzvü, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçi, fəlsəfə doktoru, dos. Faiq Ələkbərli

 


 

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.
Azərbaycan ötən illə (12-ci yer) müqayisədə 2 pillə irəliləyərək reytinqdə 10-cu sırada qərarlaşıb.
Son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, İran 24-cü, Türkiyə 19-cu, Gürcüstan isə 49-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk “5-liy”i tamamlayıb. “Top-10”a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.
İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.
Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.
Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.
Axtarış
Xəbər lenti
Reklam