Tovuzda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a bildirilib ki, yerli vaxtla saat 05:58-də Qazax stansiyasından şimal-şərqdə, Tovuz rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər ölkəmizə 22 min meqavatadək külək və günəş enerjisini istehsal etmək imkanı yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda "Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşündə bildirilib.
Qeyd edilib ki, həmin enerjinin 12 min meqavatlıq hissəsinin istehsalının SOCAR və "Fortesque Future Industries” şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferlərarası proseslərin fizikası laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Sergey Şalimov "Gazeta.Ru"ya müsahibəsində deyib. Alimin sözlərinə görə, Yer kürəsində temperaturun dəyişməsi əvvəllər də müşahidə edilib. Məsələn, son buzlaqlararası dövrdə (təxminən 10 min il əvvəl) Yer kürəsində temperatur indiki ilə müqayisədə təxminən iki dərəcə Selsi yüksək olub. Baxmayaraq ki, o zaman sivilizasiya olmayıb. Bundan əlavə, 19-cu əsrin sonundan 1950-ci illərə qədər olan temperatur minlərlə il əvvələ nisbətən fərqlənib. O qeyd edib ki, bu səbəbdən qlobal istiləşmənin yalnız insan müdaxiləsi olduğunu demək olmaz.
"Kalsium karbonatın əmələ gəlməsi ilə atmosfer və okean CO2 arasında tarazlığın olduğunu iddia edən Linus Paulinqin fərziyyəsi var. Bir qədər yerdəyişmə olarsa (məsələn, okeanların temperaturunun artması səbəbindən), o zaman atmosferdə CO2 artacaq. Burada bir çox səbəbləri başa düşməliyik. Hər halda, bu, qazın, neftin və kömürün yanmasından CO2-nin artması deyil”, - Şalimov əminliklə vurğulayıb.
O, insan fəaliyyətinin okeanda və havada karbon qazının tarazlığına təsir göstərə biləcəyini izah edib, lakin elm adamları bu balansın necə dəyişdiyini, istiləşmə effektinin niyə baş verdiyini və bununla bağlı nə edilə biləcəyini hələ başa düşə bilməyiblər.
Xaçmaz rayonunun Çaxçaxlı kəndində ev yanıb.
Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Xaçmaz rayonunun Çaxçaxlı kəndində ümumi sahəsi 130 kvadratmetr olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 110 kvadratmetr sahədə, həmçinin ev əşyaları yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanvarın 10-u, çərşənbə axşamı, bu ayda artıq ikinci maqnit qasırğası başlayacaq. O, Yer kürəsini əhatə edəcək və dörd gün - yanvarın 13-dək davam edəcək.
Maqnit qasırğaları planetimizin geomaqnit sahəsindəki pozuntulardır. Onlar Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları nəticəsində yaranır.
Bu fırtına zəif olsa da, meteohəssas insanlar onun mənfi təsirini hiss edə bilirlər.
Yanvarın 4-dəki ilk maqnit qasırğası zəif olmuş, G1 kateqoriyasına aid edilmişdi.
Bakı metrosunda sərnişin ölüb.
Bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.
Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb.
Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.
Yanvarın 9-da Günəşdə güclü partlayış baş verib”.
Pubika.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının (REA) Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyası məlumat yayıb.
Qeyd olunub ki, X1.9 sinifli partlayış Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pik həddə çatıb və 22:57-də isə başa çatıb.
Günəşdə güclü partlayış Yerdə maqnit qasırğalarına səbəb olur. Bu da elektrik şəbəkələrinin sıradan çıxmasına, quşların və heyvanların miqrasiya yollarına təsir göstərir. Eyni zamanda təbiət hadisəsi qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, sənaye şəbəkələrində elektrik enerjisinin kəsilməsinə səbəb ola bilər.
Maqnit qasırğaları da insanlara müxtəlif yollarla təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar. Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.
ABŞ peyki yanvarın 8-də axşam saatlarında Yerin atmosferinə daxil olub.
Onun fraqmentləri planetin səthinə düşə bilər.
NASA-nın məlumatına görə, peykin böyük hissəsi atmosferdən keçən zaman yanacaq, lakin bəzi komponentlərin Yerə düşməsi mümkündür.
"Qalıqların Yer kürəsində nəyəsə zərər vurması riski çox aşağıdır, təxminən 9400-də 1-dir”, - qurumdan bildirilib.
Qeyd edək ki, Yerdəki radiasiya səviyyəsini tədqiq edən ABŞ peyki ERBS, NASA-nın Yer Radiasiya Təcrübəsi missiyasının üç peykindən biridir. O, 1984-cü ildə "Space Shuttle Challenger” kosmik gəmisilə aşağı Yer orbitinə buraxılıb. Aktiv olmayan peykin çəkisi təxminən 2,5 tondur. Peyk 2005-ci ildə fəaliyyətini dayandırıb.

Türkiyənin Egey sahillərində zəlzələ baş verib. 5 bal gücündə yeraltı təkanlar ən çox Egey dənizindəki Midilli adasında hiss olunub.
Bu barədə Türkiyənin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutundan xəbər verilib.
Bildirilir ki, yeraltı təkanlar İzmir, Balıkəsir və Çanaqqalada da hiss olunub.
O da qeyd edilir ki, adada baş verən zəlzələdən sonra bir müddət 3,9, 4 və 4,8 bal gücündə təkanlar müşahidə olunub.
İnsan itkisi və dağıntılar barədə məlumat verilməyib.
Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, saat 04:48-də qeydə alınan yeraltı təkanlar 45 km dərinlikdə olub.
Xatırladaq ki, daha öncə saat 16:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınmışdı.
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Dünən, 15:04

Xankəndi-Laçın yolunda aksiya 46 gündür davam edir
Dünən, 15:03

Kartof kəskin bahalaşdı - VİDEO
Dünən, 15:00

Daşaltı əməliyyatından 31 il ötür
Dünən, 14:57

ABŞ Müharibə Araşdırmaları İnstitutu: “İranda qarşıdakı aylarda etirazların alovlanması gözlənilir”
Dünən, 14:56

Sabah hava çiskinli olacaq
Dünən, 14:54

Müəllimlərin maaşları nə zaman artacaq?
Dünən, 14:53

Erməni ordusunda yanğın hansı səbəbdən baş verib?
25-01-2023, 14:56

Professor xəbərdarlıq etdi: Yeni pandemiyaya hazırlaşın
25-01-2023, 14:52

ƏN BAHALI ÇƏRƏZ: ürəyi qoruyur, arterial təzyiqi azaldır
25-01-2023, 14:51

Pensiyaçılardan hər ay pul tutulacaq? - AÇIQLAMA/VİDEO
25-01-2023, 14:48

Bakıda 27 yaşlı qadın ərini niyə baltaladı?
25-01-2023, 14:46

Politoloq: “İllərlə Ermənistanı ayaqda saxlayan İran olub” - VİDEO
25-01-2023, 14:44

Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…
25-01-2023, 14:43

Deputat sağlamlıq arayışının baha olmasından şikayətləndi
25-01-2023, 14:42

Bakıda gecə üç dərəcə şaxta gözlənilir - HAVA PROQNOZU
24-01-2023, 13:22

ABŞ İranın kəşfiyyat nazirinin müavini və SEPAH komandirlərinə qarşı sanksiya tətbiq edib
24-01-2023, 13:21

Berlin hava limanı fəaliyyətini dayandıracaq
24-01-2023, 13:19

Gənclər və İdman Nazirliyi erməni əsilli idmançının təxribatı ilə bağlı bəyanat yayıb
24-01-2023, 13:18

Xankəndində son vəziyyət: Vardanyan ermənilərin başına oyun açır
24-01-2023, 13:16

Həkimdən xəbərdarlıq: Saunaya çox gedənləri bu təhlükə gözləyir
24-01-2023, 13:14

İstanbulda erməni kilsəsi yandı: ölənlər və yaralananlar var
24-01-2023, 13:13

"Avropa faktiki olaraq müharibə vəziyyətindədir"
24-01-2023, 13:12

Bərdədə qadının doğuşdan sonra ölməsinə görə həkim barəsində qətimkan tədbiri seçilib
24-01-2023, 13:10

Bu həftə məktəblilərin qış tətili başlayır
24-01-2023, 13:09

Əli Məsimli: “Türkiyədə qiyməti üç manat olan dərman Azərbaycanda 39 manata satılır”
23-01-2023, 08:59

Berlin metrosunda rusdilli kişilər ukraynalı xanımlara hücum ediblər
23-01-2023, 08:58

Nazirlik Əməkdar artist Tünzalə Əliyevanın dəfn xərclərini qarşılayacaq
23-01-2023, 08:56

Xocalıda yük avtomobili aşdı
23-01-2023, 08:54

Bakıda duman olacaq, bu rayonlara yağış və qar yağacaq
23-01-2023, 08:51

Somnoloq gündüz yuxusunun optimal müddətini AÇIQLADI
23-01-2023, 08:49

Azərbaycanda zəlzələ oldu
23-01-2023, 08:47

COVID-19-un müalicəsində təsirli olan birləşmə KƏŞF EDİLDİ
23-01-2023, 08:45

Yaponiyada yanvar ayında koronavirusdan 8 mindən çox insan ölüb
23-01-2023, 08:44

Ərdoğan Türkiyədə prezident seçkilərinin tarixini açıqladı
Reklam
