"Mercedes" küçədə yandı

Tarix: 31-03-2022, 15:18 / Oxunub: 3140
 

Xaçmaz rayonunda "Mercedes" markalı avtomobil küçədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Xaçmaz şəhəri, N.Ələsgərov küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin arxa hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yük hissəsi və arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.




Axtarış
Xəbər lenti
Reklam