Həbsdə olan icra başçılarından xəbər var

Tarix: 13-02-2020, 10:15 / Oxunub: 358

 


Monitorinqin keçirilməsində məqsəd həmin şəxslərin saxlanma şəraiti ilə tanış olmaq olub.
Görüşlər Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Ramiz Tatarov, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, jurnalist Polad Aslanov və Fəxrəddin Abbasovla keçirilib. 
Həmin şəxslər saxlanma şəraitindən, onlara qarşı rəftardan şikayət etməyiblər. Vəkilləri ilə rahat görüşdüklərini qeyd ediblər. Saxlanılan şəxslər ailə üzvləri ilə görüşə bilirlər.
Xatırladaq ki, DTX əməkdaşları tərəfindən saxlanılan həmin şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər.(


Axtarış
Xəbər lenti
Reklam