Əlövsət Əliyev azadlığa buraxıldı

Tarix: 14-02-2020, 09:00 / Oxunub: 377

 


“Leqat” Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi xalq şaii S.Rüstəmxanlının qardaşı Əlövsət Əliyev azadlığa buraxılıb.
Bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.
Bununla bağlı saytımıza açıqlama verən S.Rüstəmxanlı bildirib ki, hələ Əlövsətin özü ilə danışa bilməmişik:
"Vəkillərin verdiyi məlumata görə, hər şey qanun çərçivəsində olub. Araşdırma başa çatıb və Ə.Əliyevin tələbi təmin edilib".
S.Rüstəmxanlı onu da qeyd edib ki, hələ Ə.Əliyev saxlanılarkən bunun anlaşılmazlıq olduğunu bildirmiş və alman polisinin ədalətli araşdırma aparacağına, nəticədə onun azad olunacağına əminliyini bildirmişdi.
Qeyd edək ki, hazırda Almaniyada yaşayan Əlövsət Əliyev mühacir qalmaqalına görə alman polisi tərəfindən saxlanılmışdı.


Axtarış
Xəbər lenti
Reklam