İtkin düşən erməni əsgərin atası "VAZ 2107"ni Müdafiə Nazirliyinin binasına çırpdı
Tarix: 13-01-2021, 09:00 / Oxunub: 313
10 yanvar tarixində saat 21:30 radələrində Ermənistan Respublikasının Kotayk rayon sakini Q.V. özünə məxsus "VAZ 2107" markalı avtomobili ilə Ermənistan Respublikası Müdafiə Nazirliyinin inzibati kompleksinin nəzarət-buraxılış məntəqəsinin qapılarını qıraraq Müdafiə Nazirliyinin inzibati kompleksinin ərazisinə daxil olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, daha sonra Q.V. maşını ilə inzibati binanın giriş qapılarını sındıraraq binaya çırpılıb. Vətəndaş Q.V. Müdafiə Nazirliyinin nəzarət məntəqəsində xidmət edən zabitləri tərəfindən nəzarətə alınıb.
Müdafiə Nazirliyinin faktla bağlı hazırlanan materiallar Ermənistan Respublikasının İstintaq Komitəsinə göndərilib. Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 327.6-cı maddəsinin 5-ci bəndi və 258-ci maddəsinin 4-cü bəndi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, vətəndaş itkin düşmüş erməni hərbçilərdən birinin atasıdır.
|
||
|
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Bu gün, 17:00

Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb, qayğıları ilə maraqlanıb
Bu gün, 16:29

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qarabağ Dirçəliş Fondu”na 100 min manat vəsait köçürmüşdür
Bu gün, 15:30

Azərbaycan əsgəri minaya düşərək şəhid olub - FOTO
Bu gün, 15:00

Səməd Seyidov: "AŞPA sessiyasına ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi gedirik"
Bu gün, 14:00

AVCİYA Quba qalası ilə bağlı nazirə müraciət ünvanladı
Bu gün, 13:30

Kirayədə yaşayan prokurorluq işçilərinə ailə üzvlərinə görə də pul kompensasiyası ödəniləcək
Bu gün, 12:30

“Neftçi” və “Qarabağ” səfərdə qələbə qazanıb
Bu gün, 11:00

O doğulmamış atası Sibirə sürgün edildi, ömrünü mənfi rollara həsr etdi - Kinomuzun “Göygöz kosa”sı...
Bu gün, 10:30

"Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir"
Bu gün, 10:00

Əli Əsədov Türkiyəyə dəvət olundu
Bu gün, 09:30

Ersin Tatardan 20 Yanvar mesajı: "İstiqlal uğruna canlarını verənlər bugünkü zəfərin təməlini atdılar"
Dünən, 17:00

Üç Avropa ölkəsi 20 Yanvarı birlikdə andı - FOTOLAR
Dünən, 16:00

Qırğızıstan hökuməti istefaya getdi
Dünən, 13:30

“Kobud danışan rus əsgərinin cavabını verdim, avtomatı üstümə çəkdi, adamlar araya girməsə...”
Dünən, 11:30

“İndiyə kimi qeyri-rus millətindən olan bu qədər insan Rusiyaya qarşı belə çıxış etməyib”
Dünən, 10:30

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək
Reklam

Ən çox oxunanlar