Azərbaycan gimnastları Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə keçirilən bədii gimnastika üzrə 36-cı Avropa çempionatının finalına yüksəliblər.

Bu gün yarışma çərçivəsində onlar "gənclər” yaş kateqoriyasında fərdi proqramda gürzlər və lent ilə hərəkətlərdə çıxış ediblər.

Yarışmanın yekunu olaraq Nərmin Bayramova 20.675 xal toplayaraq lentlə hərəkət üzrə Avropa çempionatının final mərhələsinə çıxıb. Alina Gözəlova 22.000 xal toplayaraq gürzlərlə hərəkətlərdə çempionatın finalına yüksəlib.

İlona Zeynalovanın bugünkü nəticəsi: gürzlərlə hərəkətlərdə - 20.700, lentlə hərəkətlərdə - 18.200 xal.

Xatırladaq ki, dünənki təsnifat mərhələsinin yekunlarına əsasən Alina Gözəlova topla, Nərmin Bayramova iplə hərəkətlərdə çempionatın finalına çıxıb.

Bədii gimnastika üzrə Avropa Çempionatı 26-29 noyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçirilir. Azərbaycanı çempionatda 11 gimnastımız təmsil edir.
Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Bədii gimnastika üzrə 36-cı Avropa çempionatında 23 ölkədən olan idmançılar iştirak edirlər.

 
Azərbaycan həmkarlar ittifaqlarının nümayəndəsi Avropa çempionu oldu






Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdindəki "Atilla” İdman Klubunun yetirməsi Orxan Səfərov Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ilk günündə milli komandamıza qızıl medal qazandırıb. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu olub.

Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, Dövlət himnimiz səsləndirilib.

Qeyd edək ki, nüfuzlu yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası

 
 


 

"Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdür. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindir. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram”.

Bu fikirləri "Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın X turunda səfərdə "Qəbələ”ni 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandasının oyunundan razı qalmadığını bildirib:

"Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular.

Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq”.

Abasov kapitan Emin Mahmudovla yanaşı, daha bir futbolçunun koronavirusa yoluxduğunu söyləyib:

"Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVID-19-a yoluxduğu üçün buraya gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.

 
 


 

Hollandiyalı xanım boksçu Rubi Cesia Mesu (Ruby Jesiah Mesu) İslamı dinini qəbul edib.

Xanım boksçu bu xəbəri rəsmi sosial şəbəkə profilindən açıqlayıb.

 
Rubi Cesia Mesu xristian ailəsində dünyaya gəlib, lakin İslam təlimləri ilə tanışlıq onu dinə marağını artırıb. Boksçu illərlə İslam dinini araşdırdıqdan sonra, nəhayət İslam dinini qəbul etməyə qərar verib və müsəlman olmaqdan çox qürur duyduğunu söyləyib.


Mesunun İslam dinini qəbul etməsi mərasimi Hollandiyadakı məsciddə reallaşıb. 

 
 


 

"Qalatasaray” klubunun ulduz futbolçusu Arda Turan koronavirusa yoluxduğunu bildirib.

"Ntvspor” xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

33 yaşlı futbolçu hazırda xəstəxanada müalicə olunduğunu və ən qısa zamanda sağalacağına inandığını qeyd edib.

 
 


 

Türkiyə Super Liqasında VIII tura start verilib.
 
Açılış matçı Qaziantepdə keçirilib.
 
Mövsümə qeyri-stabil nəticələrlə başlayan "Beşiktaş” "Qaziantep”in qonağı olub. Görüşdə hesabı fasilə ərəfəsində ev sahibləri açıb. İstanbul nəhəngi ikinci hissənin əvvəlində meydanda azlıqda qaldıqdan sonra bərabərlik topunu vursa da, bu nəticəni qoruya bilməyib. Çox keçmədən yenidən önə keçən qazianteplilər son saniyələrdə daha bir dəfə fərqlənərək qalib gəliblər.
 
Qeyd edək ki, turun digər oyunları noyabrın 7-8-də keçiriləcək.
 
Türkiyə Super Liqası
VIII tur
6 noyabr
"Qaziantep” – "Beşiktaş” – 3:1
Mirallas, 44, Dəmir, 64, Özər, 90+8 – Larin, 61

1

 Fənərbaxça

7

5

2

0

12-6

17

2

 Alanyaspor

6

5

1

0

15-2

16

3

 Qalatasaray

7

4

1

2

9-5

13

4

 Fatih Karagümrük

7

3

2

2

14-8

11

5

 Rizəspor

7

3

2

2

10-8

11

6

 Kasımpaşa

7

3

2

2

8-6

11

7

 Qaziantep

8

2

5

1

12-11

11

8

 Başakşəhər

7

3

1

Ətraflı


 
 


 

Portuqaliyanın "Moreyrense” klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Bu barədə Portuqaliya çempionatında mübarizə aparan klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 21 futbolçunun koronavirus testinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Komandanın baş məşqçisi və texniki heyətin bütün üzvlərində də infeksiya aşkarlanıb. İdarə heyətinin sədri də koronavirusa yoluxub. Ümumilikdə 30 şəxsin testi müsbət nəticə verib.

"Moreyrense” çempionatda "Pasuş de Ferreyra”ya qarşı keçirəcəyi matçın təxirə salınmasını tələb edib. Bu qarşılaşma noyabrın 7-də keçirilməlidir.

 
 


 

İtaliya millisinin baş məşqçisi Roberto Mançini və "Roma” klubunun futbolçusu Edin Dzeko koronavirus infeksiyasına yoluxub.
 
Bu barədə İtaliya Futbol Federasiyası və paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Hər iki məşhur sima Romadakı evində təcrid vəziyyətində yaşayır. Dzeko bir müddət kollektivdən ayrı qalacaq. Mançininin isə bu ay keçiriləcək rəsmi matçlarda komandanın sükanı arxasında olub-olmayacağı bəlli deyil.
 
Qeyd edək ki, İtaliya yığması noyabrın 11-də Estoniya ilə yoldaşlıq görüşündə, dörd gün sonra Polşa, ayın 18-də isə Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.

 

 

 
 


 

"Sivasspor”u təbrik edirəm. Çox yaxşı oynadılar. Biz də çox istəkli idik. Daha yaxşı oynamaq istərdik”.

Bu fikirləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Türkiyədə "Sivasspor” klubuna 0:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

"Sivasspor” bu gün çox yaxşı müdafiə olundu. Buraxdığımız qola baxmayaraq, topa sahib olmağa çalışdıq. Qrupdan çıxmaq üçün işimiz çətinləşdi”, - mütəxəssis bildirib. 

"Qarabağ”ın kapitanı Maksim Medvedev də oyunla bağlı fikirlərini bölüşüb: "Rəqib komandanı təbrik edirəm. Bizi yaxşı analiz etmişdilər. Əks-hücumlardan çox istifadə etdiklər. Bununla bağlı problemlərimiz vardı. Bura 3 xal üçün gəlmişdi. Öz oyunumuzu oynaya bilmədik. Qalan qarşılaşmalara yaxşı hazırlaşmalıyıq”.

 
 


 

"Qarabağ" komandası UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.

Qurban Qurbanovun baş məşqçi oldu komanda Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.

"Yeni Sivas 4 Eylül" stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində ilk qolu 11-ci dəqiqədə Caner Osmanpaşa vurub. 88-ci dəqiqədə isə Olarenvaju Kayode fərqlənib.

Bununla da ilk qələbəsini qazanan "Sivaspor" 3 xalla 3-cü pillədə möhkəmlənib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu isə xalsızdır və sonuncu - 4-cü sıradadır.

I qrupunun digər matçında bu gün "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv") qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin IV turunda noyabrın 29-da evdə "Sivasspor"la qarşılaşmalıdır. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını neytral meydanda keçirir.

***

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ikinci hissə start götürüb.

"Report"un məlumatına görə, hazırda Türkiyə təmsilçisi 1:0 hesabı ilə öndədir.

Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Caner Osmanpaşa fərqlənib.

***

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ilk hissə yekunlaşıb.

"Report"un məlumatına görə, fasiləyə Türkiyə təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.

Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Caner Osmanpaşa fərqlənib.

***

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında hesab açılıb.

"Report"un məlumatına görə, 11-ci dəqiqədə Türkiyə təmsilçisi hesabda önə keçib.

Meydan sahiblərinin heyətində Caner Osmanpaşa fərqlənib.

***

Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçı start götürüb.

"Report"un məlumatına görə, "Yeni Sivas 4 Eylül" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.

Qeyd edək ki, I qrupunun digər oyununda "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv) qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Axtarış
Xəbər lenti
Reklam