"Qarabağ" "Sumqayıt"la oyunda da xal itirdi

Tarix: 20-02-2021, 16:30 / Oxunub: 335
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
 
"Qarabağ" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
 
Bu nəticədən sonra xallarını 30-a çatdıran Ağdam klubu "Neftçi" ilə 1 - 2-ci yerləri bölüşdürür. Ötən tur "Qarabağ" məhz flaqmana uduzaraq, liderliyi əldən vermişdi. "Sumqayıt" isə 23 xalla 4-cü sırada qalıb.
 
Günün ilk matçında "Səbail" evdə "Sabah"ı 2:0 hesabı ilə yenib.
 
Qeyd edək ki, tura fevralın 20-də oynanılacaq "Keşlə" - "Zirə" və "Neftçi" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.


Axtarış
Xəbər lenti
Reklam