Ərəblər qiyməti artırır: Messiyə 220 milyon təklif olunur

Tarix: 15-03-2023, 14:00 / Oxunub: 3138

  • Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu ulduz futbolçu Lionel Messinin transferində israrlıdır. 
Ərəblər keçidin baş tutması üçün şərtləri dəyişməyə və məbləği artırmağa hazırdır. 
 
"Marca" yazır ki, "Əl Hilal" Argentina millisinin üzvünə ilinə 220 milyon avro ödəməyə razıdır. 
Messi klubu PSJ ilə sözləşməni hələ yeniləməyib. Onun atası Xorxe Messi ərəblərlə danışıqlar üçün ötən gün Ər-Riyada səfər edib. 
 
Keçid baş tutarsa, Messi Kriştianu Ronaldu "Əl Nəsr"də aldığı kimi, ilinə 220 milyon avro qazanacaq. 



Axtarış
Xəbər lenti
Reklam