Erməni klubu Rusiya çempionatından xaric edildi

Tarix: 6-02-2020, 11:00 / Oxunub: 34

 


 

Moskvanın ermənilərə məxsus "Ararat" klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.
Bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib. Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.
Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb.


Axtarış
Xəbər lenti
Reklam