Roberto Mançini və Edin Dzeko koronavirusa yoluxub

Tarix: 7-11-2020, 10:30 / Oxunub: 312
 
 


 

İtaliya millisinin baş məşqçisi Roberto Mançini və "Roma” klubunun futbolçusu Edin Dzeko koronavirus infeksiyasına yoluxub.
 
Bu barədə İtaliya Futbol Federasiyası və paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Hər iki məşhur sima Romadakı evində təcrid vəziyyətində yaşayır. Dzeko bir müddət kollektivdən ayrı qalacaq. Mançininin isə bu ay keçiriləcək rəsmi matçlarda komandanın sükanı arxasında olub-olmayacağı bəlli deyil.
 
Qeyd edək ki, İtaliya yığması noyabrın 11-də Estoniya ilə yoldaşlıq görüşündə, dörd gün sonra Polşa, ayın 18-də isə Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində üz-üzə gələcək.

 

 


Axtarış
Xəbər lenti
Reklam