Əmək Məcəlləsinə dəyişiklik ediləcək - DETALLAR + FOTO
Tarix: 13-02-2021, 12:30 / Oxunub: 350

Fevralın 13-də Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
MM-dən daxil olan məlumata görə, komitə sədri Musa Quliyev iclası açaraq bildirib ki, gündəliyə birinci oxunuşda "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib.
Komitə sədri diqqətə çatdırıb ki, Məcəlləyə ümumilikdə 12 dəyişiklik nəzərdə tutulub. Dəyişikliklərin əsas mahiyyəti qeyri-rəsmi məşğulluğun aradan qaldırılması yollarının hüquqi tənzimlənməsi ilə əlaqədardır. Qeyd edilib ki, Azərbaycanda rəsmi statistikaya əsasən 600 min nəfər qeyri-rəsmi çalışan işçi var. Bu, həmin insanların əmək, istirahət, digər sosial təminat münasibətlərinə, habelə pensiya təminati məsələlərinə mənfi təsir göstərir.
Vətəndaşların işlə təmin edilməsi Əmək Məcəlləsinin tələblərinə uyğun olmalı, onların sosial müdafiəsi məsələsi gücləndirilməlidir.
Layihə barədə məlumat verən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qeyd edib ki, Azərbaycan Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın 1.2-ci bəndinə əsasən vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma məqsədilə əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasını təmin etmək üçün Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Mülki Məcəllədə və digər normativ hüquqi aktlarda dəyişikliklər nəzərdə tutulub. Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər vergi və məcburi dövlət sosial sığorta haqqının ödənişlərindən yayınma və əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədardır.
Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsinin bir çox maddələrində əmək münasibətləri ifadəsi işlədilir. Bununla bağlı Məcəllədə mövcud olan bir çox əmək norma və qaydalarının tətbiqi şərtləndirilir. İşəgötürənlərin əmək münasibətləri ilə bağlı daha geniş formada məlumatlı olması məqsədilə Məcəlləyə bu münasibətləri şərtləndirən amilləri müəyyən edən yeni 4-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
Qeyd edilib ki, Məcəllənin 7-ci maddəsinə də müəyyən əlavələr edilir. Əlavə edilən hissədə tərəflər arasında əmək münasibətləri hesab edilən bir sıra hallar göstərilir və bildirilir ki, onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bu hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.
Onlayn iclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, deputatlardan Səttar Möhbalıyev, Jalə Əliyeva, Vüqar Bayramov, Ziyad Səmədzadə, Aqil Məmmədov, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov, Rauf Əliyev Mülki Məcəlləyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, sənədin əmək qanunvericiliyinin möhkəmləndiriıməsi işinə töhfə verəcəyini söyləyiblər. Millət vəkilləri problemin aktuallığını qeyd edərək, qısa zaman kəsiyində ölkədə əmək müqavilələrinin bağlanması sahəsində görülən işləri təqdir ediblər, bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinin əhəmiyyətli olduğunu bildiriblər.
Müzakirələrin sonunda komitə üzvləri "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda komitə üzvü Əziz Ələkbərov, Milli Məclis Aparatının müvafiq şöbələrinin əməkdaşları da iştirak ediblər.
|
|
Axtarış
Xəbər lenti
30-03-2021, 12:30

Tovuz rayonundakı peşə liseyi nümunəvidir
30-03-2021, 10:57

Kamaləddin Qafarov: “COVAX ikili standart taktikasını seçir...”
29-03-2021, 20:55

Aqiyə Naxçıvanlı: “COVAX ikili standartların bariz nümunəsinə çevrilir”
29-03-2021, 18:00

Nəcməddin Sadıkov Dubaydan Bakıya çağırıldı – FOTO
29-03-2021, 17:30

Süveyş böhranı: 370-ə yaxın gəmi gözləmədə
29-03-2021, 17:00

Bakıda bu xəstəxanada pasiyentləri itlər müalicə edir: “Hal-hazırda xəstələrlə 11 itimiz işləyir” - FOTO+MARAQLI
29-03-2021, 16:30

Abşeronda iki ədəd tank əleyhinə təlim minası aşkarlanıb
29-03-2021, 16:00

Lənkəranda oğul anasını bıçaqlayıb
29-03-2021, 15:30

Paşinyanın istefa verəcəyi tarix açıqlandı
29-03-2021, 15:00

“Onlar məşhur sənətkar olsalar, verilişlərdən qonorar istəməyə haqları çatar, əks halda yox...”
29-03-2021, 14:30

44 günlük döyüşlərdə Ermənistanın 11 min yaralısı olub - Paşikyan
29-03-2021, 14:00

Azərbaycan - Serbiya matçının hakimləri açıqlandı
29-03-2021, 13:30

"Moskva Abramyan kartını ortaya atmaqla “Soros uşağı“nı "rus uşağı” etməyə çalışır..."
29-03-2021, 13:00

İrəvanda dəmiryolu əlaqəsinin bərpa olunması barədə rəsmi Bakı ilə müzakirələrin aparıldığını etiraf ediblər
29-03-2021, 12:30

"Dövlət orqanları tikinti işlərini "ağıllı kənd" şüarı altında inhisara alacaqsa..."
29-03-2021, 12:00

Moskvanın rəhbərinin Brejnevə qarşı çıxması ona baha başa gəlib –Ötkəm Yeqoriçevin baltalanan karyerası
29-03-2021, 11:30

Azərbaycanda son sutkada 1831 nəfər COVID-19-a yoluxub, 545 nəfər sağalıb, 27 nəfər vəfat edib
29-03-2021, 11:00

Ərəb şeyxlərinin quş ovunun sirri - şəhvəti artıran maddəyə qurban gedən baladoydaqlar
29-03-2021, 10:00

“Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”
29-03-2021, 09:30

Azərbaycan Ordusunun desantları Türkiyədə təlim keçir - FOTO
29-03-2021, 08:30

Bərdədə ana ölümü: Araşdırma başlayıb
29-03-2021, 08:15

Bu gün Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa olunur
29-03-2021, 08:00

Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar QAZANACAQ
22-03-2021, 18:00

Tanınmış uroloq-cərrah vəfat etdi
22-03-2021, 17:30

Bakıda güclü külək əsəcək, rayonlara yağış, qar yağacaq - XƏBƏRDARLIQ
22-03-2021, 17:00

Bu yaşdan sonra arıqlamaq olmaz
22-03-2021, 16:30

Gürcüstanın baş naziri azərbaycanlılarla görüşüb
22-03-2021, 15:30

ADPU-ya yeni mətbuat katibi təyin edilib
22-03-2021, 15:00

“Putin dərhal Ərdoğana zəng etdi, Obama isə...” – Diplomat
22-03-2021, 14:30

Türkmənistanda saraydaxili müəmma: Prezident iqtidarı oğluna ötürür?
22-03-2021, 14:00

Cəbrayıl rayonunun Ağtəpə kəndindən görüntülər - FOTO/VİDEO
22-03-2021, 13:30

Türkiyə ordusu cavab zərbələri endirdi - HƏDƏFLƏR MƏHV EDİLDİ
22-03-2021, 12:30

Şirkət pul aldı, iş görmədi – QALMAQAL
22-03-2021, 12:00

Azərbaycanda 482 664 nəfər peyvənd olunub
22-03-2021, 11:30

“Ali Baş Komandanın Şuşada qaladığı Novruz tonqalı ordumuzun tarixi zəfərinin təntənəsidir”
22-03-2021, 11:00

Ermənistanda COVİD-19-a yoluxanların sayı 183 713 nəfərə çatıb
Reklam
