İsrail-Türkiyə yaxınlaşması: Bakı buna nail oldu
Tarix: 26-12-2020, 12:58 / Oxunub: 339
Növbəti illərdə İsrail-Türkiyə-Azərbaycan arasında üçlü iqtisadi formatın yaradılması mümkündür. Bu, real bir yanaşmadır, çünki Azərbaycan nefti, Türkiyə hərbi sənayesi və İsrail maliyyəsi bir araya gələrək, geniş imkanlara malik formata çevrilə bilər.
Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu son günlər İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması haqda müzakirələri şərh edərkən deyib.
O bildirib ki, Fələstin ətrafında baş verən proseslər səbəbilə uzun müddətdir Türkiyə-İsrail münasibətlərində soyuqluq, bəzən isə gərginliklər yaşanmaqda idi:
"Bu soyuq münasibətlərə baxmayaraq, iki ölkə arasında ciddi bir iqtisadi münasibətlər qalmaqda idi. Digər tərəfdən, İsrail Azərbaycandan aldığı neft-qazı Türkiyə üzərindən daşıyırdı. Bildiyiniz kimi, İsrailin neftə olan tələbatının 40-50 faizini Azərbaycan ödəyir.
Ümumiyyətlə, İsrail-Türkiyə münasibətlərinin normallaşması gözlənilən idi. Çünki real yanaşsaq, hər iki ölkənin bir-birinə ehtiyacı var. Türkiyə yaxşı başa düşür ki, İsrail kiçik ölkə olsa da, dünya maliyyə sistemində, diaspor sahəsində kifayət qədər nüfuza sahibdir. Bundan başqa, İsrail bu regionun bir parçasıdır və istər-istəməz bu ölkə ilə də əməkdaşlıq vacibdir”.
Politoloq qeyd edib ki, İsrail regionun müsəlman ölkələri ilə münasibətləri bərpa etməkdə maraqlıdır:
"İsrailin Misir, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, hətta Mərakeşlə münasibətlərdə normallaşma mərhələsinə qədəm qoyub. Bu reallıqlar çərçivəsində niyə Türkiyə ilə normallaşma olmasın? Düşünürəm, hazırda iki ölkənin bir-birinə ehtiyacı var və bu yaxınlaşma gələn il də davam edəcək”.
Politoloq Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında Azərbaycanın rolu haqda da danışıb:
"Türkiyə-İsrail münasibətlərinin pisləşdiyi dövrdə bu vəziyyətdən ən çox narahat olan Azərbaycan idi. Real mənzərə onu göstərir ki, Azərbaycanın səyləri bu gün bu iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır. Həm Türkiyə, həm İsrail Azərbaycanın strateji müttəfiqləridir. Hər iki ölkə ilə tarixi və çoxtərəfli münasibətlərimiz var. 44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq. Mən deyərdim, bu gün İsrail-Türkiyə münasibətlərinin yaxşılaşmasında Azərbaycan diplomatiyasının səyləri misilsizdir”.
|
|
|
|
Axtarış
Qaynar-xett TV
Xəbər lenti
Dünən, 17:40

AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Türkiyəli həmkarlarına başsağlığı ünvanayıb
Dünən, 17:00

Afət Fərmanqızı: “Toya getməyə ehtiyacım da yoxdur”
Dünən, 14:30

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
Dünən, 14:00

Koronavirusla bağlı SON STATİSTİKA
Dünən, 13:30

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
Dünən, 13:00

Putinin portretini tutub peyvənd vurdurdu...-FOTO
Dünən, 12:30

Dünyanın ən ağılsız adamı kimdir?..
Dünən, 11:30

""Barak"dan başqa Azərbaycanın İsraildən aldığı “Dəmir Qübbə” adlı bir “mələyi” də var..."
Dünən, 10:30

"Azərbaycanda üç muğam ustadı olub - Şövkət Ələkbərova, Rübabə Muradova, Sara Qədimova"
Dünən, 10:00

"İlham Əliyev bu savaşdakı fəaliyyətinə görə milyonların könlündə özünə taxt qura bildi"
Dünən, 09:30

“Qürbətdə böyük imtiyaz sahibi olmaqdansa vətənimdə orta səviyyəli vətəndaş olmağa üstünlük verərdim”
Dünən, 08:00

Məleykə Əsədovaya da peyvənd vuruldu
3-03-2021, 18:00

Azərbaycan neftinin bu günə olan qiyməti
3-03-2021, 17:00

Şuşa da, Qarabağ da Azərbaycanındır - Erməni etirafı
3-03-2021, 16:30

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
3-03-2021, 15:30

FHN əməkdaşları COVID-19 əleyhinə peyvənd olunur
3-03-2021, 15:00

Arif Babayev və xanımı - FOTOLAR
3-03-2021, 14:00

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
3-03-2021, 13:30

Pakistanın Baş Qərargah rəisi Azərbaycana rəsmi səfərə gəlib
3-03-2021, 13:00

Gəncə sakinindən 40 min manatlıq narkotik götürülüb
3-03-2021, 12:30

Prezident başçılara vaqonlarda yaşamaq göstərişi verdi - sadə xalqın nə çəkdiyini anlamaq üçün...
3-03-2021, 12:00

Qarabağda yeni həyat...
3-03-2021, 11:30

Cənubi Sudanda sərnişin təyyarəsi qəzaya uğradı: Çox sayda insan həyatını itirdi - FOTO
3-03-2021, 10:30

Koronavirusla bağlı SON STATİSTİKA
3-03-2021, 10:00

Fəxrəddin Manafovun həyat yoldaşı vəfat edib
Reklam

Ən çox oxunanlar