Velosiped istehsalı üçün ehtiyat hissələri daha 2 il gömrük rüsumundan azad edilib

Tarix: 12-01-2021, 13:30 / Oxunub: 315
 
 


 

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilib.

Qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 10 dekabr 2019-cu tarixli qərarına əsasən, 2020-ci il yanvarın 10-dan velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələri 1 il müddətinə gömrük rüsumlarından azad olunmuşdu.


Axtarış
Xəbər lenti
Reklam