Ukraynada qazın qiyməti qalxır

 

 

Ukraynanın "Naftoqaz” şirkəti enerji ehtiyatı qiymətlərini yeddi faiz qaldırmağa qərar verib.

Kp.ru xəbər verir ki, parlamentin "Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko bu qərarın həm onun özü, həm də ölkənin bütün sakinləri üçün gözlənilməz olduğunu bildirib.

Onun hesablamalarına görə, bu ilin əvvəlindən ölkədə qazın bazar qiymətləri min kubmetr üçün 56,3 səviyyəsinə enib ki, bu da Zelenskinin belə bir qərarının əsassız olduğunu göstərir:

"Koronavirus epidemiyası başlayandan Avropa birjasında neftin və qazın qiymətində üç dəfə azalma müşahidə edilərkən topdansatış bazarında da qazın qiyməti düşüb”.

Prezidentdən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərlə bağlı SƏRƏNCAM

 

 

Prezident İlham Əliyev kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsi hesabına verilən güzəştlərin maliyyələşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-1-ci bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 20 (iyirmi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, vəsait kənd təsərrüfatı texnikasına, texnoloji avadanlığa, suvarma sistemləri və soyuducu anbar dəstlərinə, damazlıq heyvanlara dövlət büdcəsinin vəsaiti hesabına güzəştlərin tətbiqi ilə əlaqədar maliyyə vəsaitinə yaranmış ehtiyacın qarşılanması məqsədilə ayrılıb.

    

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

 

Bu gün ölkəmizin iqtisadi cəhətdən inkişaf etdirilməsində, büdcə gəlirlərinin və ixracyönlü məhsulların həcminin artırılmasında, yerli sakinlərin işlə təmin olunmalarında, bir sözlə bu yöndə müəyyən addımların atılmasında əvəzsiz rolu olan sahələrdən biri də, məhz fındıqçılıq təsərrüfatıdır. Düzdür, bu sahənin inkişaf etdirilməsinə müxtəlif regionlarda müxtəlif yanaşmalar ortaya qoyulsa da, ölkəmizin şimal-qərb regionunda, yəni Qaxda, Zaqatalada, Şəkidə və Balakəndə fındıqçılıq təsərrüfatı sahəsinin inkişafına olduqca diqqət göstərilir. Əldə etdiyimiz məlumatlara görə, hal-hazırda "AGA Group”a daxil olan "Monte Ferro” şirkəti ölkəmizin şimal-qərb bölgəsində bu yöndə fəaliyyəti ilə, məhz hər kəsin diqqətini xüsusi cəlb etməkdədir. Belə ki, şirkət bölgədə istifadə olunmayan, əkinçilk və bağçılıq üçün yararsız hesab olunan təqribən 2 000 hektara yaxın ərazidə yeni fındıq kolları əkib, 1000 hektar sahəni isə, texniki vasitələrlə iri çay daşlarından, kol-kosdan və digər tullantılardan təmizləyib. Məqsəd gələcəkdə həmin sahələrdə də, yeni fındıq kolları əkmək olacaq. Onu da qeyd edək ki, bugünə kimi əkin aparılan ərazilərdə üç, iki və birillik intensiv fındıq bağlarının salındığı qeyd olunur. Qaxın Güllük kəndində yeni salınacaq intensiv fındıq bağlarında əkilməsi nəzərdə tutulan  təqribən 500 min ədəd tinglər yetişdirilir və bu tinglərin əkin zamanı sahələrə köçürüləcəyi planlaşdırılır.

 

                          

 

 "Monte Ferro” şirkətinin  fəaliyyətində diqqəti daha çox cəlb edən halın varlığı, məhz meşə olmayan və istifadəsiz daşlı ərazilərin uzun müddətə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülməsi və müyəyyən vaxtdan sonra həmin sahələrin təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilməsi olur. Adicə bir faktı qeyd edək ki, bu şirkətə məxsus fındıq bağları müasir damcılı suvarma sistemi ilə tam təmin olunub və belə bir qayda ilk dəfədir ki, Azərbaycanda tətbiq olunur. Bundan əlavə, intensiv fındıq bağları üçün subartezian quyuları qazılıb, 5 ədəd hər biri 10 min kub metrlik su hovuzları inşa olunub, 10 ədəd artezian quyusu qazılıb, hətta quyuların və hovuzların hər zaman işlək vəziyyətə gətirilməsi üçün, elektrik təminatı da qaydaya salınıb. Şirkət bağsalma işlərinə il ərzində daimi və mövsümi olaraq kənd sakinlərini işə cəlb edir.

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

    

Onu da bildirək ki, "Monte Ferro” şirkətinin  təkcə Qax rayonunun Qaşqaçay kəndində 228 hektara yaxın, Güllük kəndində 124, Cəyair kəndində 100, Almalı kəndində 119, Zəyəm kəndində 40 və Əlibəyli kəndində 35, Şəki rayonunun Biləcik kəndində 450 ha və Bideyiz kəndində 520 hektara yaxın fındıq sahəsi var. Sahələrə fındıq kolları əkilərkən, ilk əvvəl kolların əkilməsi üçün planlaşdırılmış yer qazılır və ora yaxın-uzaq məsafədən gətirilmiş keyfiyyətli torpaq tökülür, az sonra isə, hər bir fındıq koluna ən yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Məsələnin düşündürücü və təqdirəlayiq tərəfi odur ki, şirkət indiyə kimi bu yöndə külli miqdarda vəsait xərcləyib, yeni-yeni fındıq sahələrini ərsəyə gətirib, daimi, günəmuzd, yaxud da mövsümə uyğun çalışan hər bir şəxsin vaxtlı-vaxtında, hətta deyə bilərik ki, saatbasaat  əmək haqqını ödəyib, amma bugünə kimi heç bir gəlir əldə etməyib. "Monte Ferro” şirkəti mövcud olduğu hər kənddə, rayonda gördüyü xeyirxah əməlləri ilə yerli sakinlərin  böyük hörmət və rəğbətini də qazana bilib. Məsələn, kənd məktəbinin təmiri, kənd kitabxanasına hədiyyə edilmiş yüzlərlə kitablar, təmir edilən və ya yeni inşa olunan dayanacaqlar, bərpa olunmuş Şəhidlər Xiyabanı,  çoxsaylı xəstələrə, xeyir və şər işləri olan ailələrə göstərilən köməklikləri və s. misal çəkmək olar.  

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

 

 Əldə etdiyimiz digər məlumatlara görə, "Monte Ferro” şirkəti 2022-ci ilə kimi istifadə olunacaq fındıq təsərrüfatı sahələrini 5 min hektara çatdırmağı planlaşdırıb. İnanırıq ki, bu şirkət lazımi iş görmək qabiliyyətinə malik olduğundan, məhz gələcəkdə yeni-yeni uğurlara da imza atacaq.

Monte Ferro” şirkətinin uğurları göz önündədir - foto+video

   

Ümumiyyətlə, adı çəkilən bu şirkətin fındıqçılıq təsərrüfatını inkişaf etdirməsi, birbaşa bölgənin işsiz əhalisinin işlə təmin olunmasına yollar açır. Yəni, işsiz olan şəxslər daim, günəmuzd və yaxud da mövsümi işlərə cəlb olunurlar ki, bu da onların dolanışığının təmin olunmasına olduqca təsir göstərir. Atılan addımların varlığı onu söyləməyə əsas verir ki, Qaxda və ətraf rayonlarda fındıqçılıq təsərrüfatının inkişaf etdirilməsi, birbaşa ölkə rəhbəri cənab İlham Əliyevin iqtisadi siyasətinə bəxş edilən ən böyük töhfələrdir. Sözsüz ki, bu cür fəaliyyət həm xalqımızın, həm dövlətimizin maraqlarına cavab verən addımlardır. Ona görə də, tam əksəriyyətdə belə bir fikir formalaşıb ki, "Monte Ferro” şirkətinin uğurlu fəaliyyəti, məhz bundan sonra da əldə edəcəyimiz hər bir uğura çox ciddi təsir göstərəcək.    

 

  Hazırladı:  Vüqar Əsədov

 

 

 

 

 


 
 


 

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.


 
 


 

Prezident İlham Əliyev Qəbələ rayonunun Əmirvan–Vəndam avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Əmirvan–Vəndam avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 13,1 milyon (on üç milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 
 


 

Şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.
Bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən sonra çıxışı zamanı deyib.


Dövlət başçısı bildirib:

"Mən indi sizin yeni yaşayış yerinizlə tanış olmuşam. Çox gözəl təəssürat bağışlayır, müasir standartlara cavab verən ev tikilibdir, mənzillər də çox genişdir və tam təmirlidir. Yəni, sadəcə olaraq, mebeli gətirib yaşamaq mümkün olacaqdır. Bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür.

Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik.

 

Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq. Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – "Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il "Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq.

 

Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik. Əgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar.

 

Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar".

 
 


 

"Xarici ticarətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə tələbat artıb".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3 500 ton tutuma malik konteyner sistemi qoşulub.

Türkiyə Prezidenti yük daşımalarının artıq Pekindən Londona qədər fasiləsiz daşındığını da qeyd edib.

Qeyd edək ki, 2020-ci ilin ilk altı ayında BTQ ilə daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə artaraq 140 min tona çatıb.

 
 


 

Azərbaycanın Rusiya və MDB  bazarına tərəvəz ixracı artıb.

Bu barədə  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O vurğulayıb ki, pambığa və fındığa dünya bazarında  təlabat azalıb: "Lakin ölkəmizin meyvə-tərəvəz ixracında azalma olmayıb. Bununla yanaşı, Azərbaycan Rusiya və MDB bazarına rekord həcmdə 81 min ton faraş kartof ixrac edib”.

Bu ilin ilk altı ayında Azərbaycanın meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% artaraq 327 236,92 ton təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin may ayında qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor - 49,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 21 milyon ABŞ dolları) ikinci, kartof (19,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. Bu ilin may ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya (84,8 milyon ABŞ dolları), İsveçrəyə (23 milyon ABŞ dolları), Türkiyəyə (22,2 milyon ABŞ dolları), Gürcüstana (11,7 milyon ABŞ dolları) və Çinə (5,4 milyon ABŞ dolları) ixrac edilib.

 
 


 

"Nazirlik şəhid ailələri və müharibə əlilləri üçün 290 fərdi evin tikintisi məqsədilə 19,9 milyona yaxın vəsait xərcləyəcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, saytlardan birində Nazirliyin 290 fərdi evin tikintisi üçün guya iki milyard manata yaxın pul xərcləyəcəyi barədə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir:

"Əslində, həmin məbləğ 19 milyon 884 min 431 manatdır. Nazirlik bu sahədə də büdcə vəsaitlərinin daha qənaətli istifadəsi üçün 274 fərdi ev üçün ayrılmış həmin vəsait hesabına bundan daha çox, 290 fərdi evin tikilməsini təmin edəcək. Bu barədə tender.gov.az saytında da rəsmi məlumat var”.

"Lakin fərdi evlərin tikintisi işlərinin satın alınması üçün müvafiq saytda dərc edilmiş tender müqaviləsinin maliyyə göstəricisi qeyd edilərkən texniki yanlışlığa yol verilib və tam işarəsini bildirən vergül qeyd edilmədiyindən "19884431,31” rəqəmi "1988443131” kimi göstərilib.

Saytla əlaqə saxlanılıb, real məbləğ bildirilsə də, sayt yanlış məlumatı əks etdirən başlığı saxlamaqla oxucularına yalan məlumat verməkdə davam edir”, - deyə F.Talıbov qeyd edib.

 
 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 şəhər və rayonda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalına istinadən xəbər verilir ki, tenderin qalibi  "Az AVS” QSC-dir.

Qalib şirkətə 1 988 milyon manat ödəniləcək.
Axtarış
Xəbər lenti
Reklam