Artıq 6 ildir ki, erməni girovluğunda qalan soydaşımızın Dilqəm Əsgərovun oğlu (Dilqəm Əsgərov və Şahbaz Quliyev) Kürdoğlu Əsgərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən anasının pensiyasının kəsildiyini bildirib. 

K.Əsgərov Mocderator.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib:

"Anam iki il yardımdır ikinci qrup olaraq pensiya alırdı. Amma bu gün bizə bildirirlər ki, ananızın pensiyası nazirlik tərəfindən kəsilib. Bunlar niyə bəs altı ildir erməni girovluğunda işgəncələrə məruz qalan Dilqəm Əsgərov kimi bir adamın həyat yoldaşının pensiyasını kəsirlər? Bunun səbəbini bilmək istəyirəm. Anam Firuzə Əsgərov 220 manat pensiya alırdı. Mən indi Şəmkir rayonunda yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindəyəm və burda bizə bu məlumatı Fəridə doktor verib. Xahiş edirəm hörmətli nazirimiz Sahil Babayev bizə köməklik etsin”.

 
 


 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan İsrailə qarşı iqtisadi boykotun ləğv olunmasına dair fərman imzalayıb.

Bu sənəd İsraillə diplomatik və ticarət əməkdaşlığın genişləndirilməsi səylərinin bir parçası olaraq, iqtisadi artım və texnoloji yeniliklərin təşviqi vasitəsilə birgə əməkdaşlığa başlamaq üçün yol xəritəsidir.

 
 


 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması deməkdir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.

Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib.

S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, "Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.

Nazir qeyd edib ki, təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.


Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.

S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.

İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. "Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.

 
 


 

Mərkəzi Statistika Bürosunun apardığı bir sorğuya görə, İsrail müəssisələrinin ən azı 19% -i yaxın bir neçə ayda iflasa uğraya  bilər.

Bu barədə "The Times Of Israel” məlumat yayıb.

Mövcud bazar şəraitində hər 5-ci müəssisənin yaxın 3 ayda iflas edə biləcəyi qeyd olunur. 
Eyni zamanda İsrail müəssisələrinin ən azı 79% -i son bir  ayda gəlirlərinin ən azı 25%  aşağı  düşdüyünü bildirib.

Yayımlanan rəqəmlərə görə, İsraildə epidemiyanın başlanğıcından bəri işçilərin 11,5% -i işsiz qalıb. Digər 6.4% -i isə ödənişsiz məzuniyyətdədir.

 
 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini Ahmad Meydarinin onlayn formatda görüşü olub. 

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.

A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş miqyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib.

Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb. 

A.Meydari isə öz çıxışında ölkəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan işlər, islahat tədbirlərindən bəhs edib.

Görüşdə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təcrübəsinin, təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında  əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi qeyd edilib, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.

 
 


 

2020-ci il avqustun 26-da Azərbaycan Dövlət Aqrar Universiteti(ADAU), Aqrar Elm və İnnovasiya Mərkəzi və Aqrar Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı, eləcə də respublikamızda Şəmkir, Goranboy və Yalama ərazisində fəaliyyət göstərən Aqroparkların nümayəndələrinin iştirakı ilə "Aqrar təhsilin, elmin və istehsalın inteqrasiyasında aqroparkların rolu” mövzusunda onlayn elmi-praktirk videokonfrans keçirildi.

Tədbiri giriş sözü ilə ADAU-nu elm şöbəsinin müdiri, b.f.d. Aytəkin Əsgərova açaraq bildirib ki, konfransın məqsədinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nın aqrar təhsildə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin təmin edilməsi və aqrobiznesin inkişafına dəstək infrastrukturunun formalaşdırılması prioritetlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, sahənin inkişafı məqsədilə həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olduğunu diqqətə çatdırdı.

Sonra AEİM-nin direktoru, a.e.f.d. İmran Cümşüdov aqrar sahənin müasir inkişafında və innovasiyaların tətbiqində aqroparkların rolundan danışıb. Aqrar sahə üzrə aparılan elmi-tədqiqat işlərinin aqroparklarda tətbiqi imkanlarına dair fikirlərini söyləyib.

ATM-nin direktoru, i.e.f.d. Firdovsi Fikrətzadə aqrar təhsilin, elmin və istehsalın interqasiyasında beynəlxalq təcrübələr barədə məlumat verdi və aqroparklarda tətbiq olunan texnologiyalar və onların istehsalata transferi mövzusunda aparılan tədqiqatlara dair məruzə edib.

Daha sonra Xatirə Məmmədova ("Region Aqropark” MMC-Goranboy rayonu), Şəlalə Mövlayeva ("Şəmkir Aqropark” MMC-Şəmkir rayonu) və Mirrəhman Ağazadə ("Yalama Aqropark” MMC-Xaçmaz rayonu) təmsil etdikləri aqroparkların kadrlara olan ehtiyacının ödənilmə səviyyəsi və universitet-sənaye əməkdaşlığında Karyera Mərkəzinin rolundan bəhs edən çıxışlar ediblər.

Sonda qarşılıqlı maraq doğuran bir sıra suallar ətrafında geniş müzakirələdən sonra, bu cür konfransların gələcəkdə də təşkil olunmasının vacibliyi qeyd olunub.




 
 


 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu "Atabank”, "Amrah Bank”, "AGBank” və "NBC Bank” ASC-lərin 20,5 min qorunan əmanətçisinə 484,3 milyon manat kompensasiya ödəyib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, "Atabank”ın 8,5 min əmanətçisi 193,3 milyon manat, "Amrah Bank”ın 5,3 min əmanətçisi 127,2 milyon manat, "AGBank”ın 3,3 min əmanətçisi 60,3 milyon manat, "NBC Bank”ın isə 3,5 min əmanətçisi 103,5 milyon manat kompensasiya alıb.

"Atabank” və "Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank” ASC-nin adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

"AGBank” və "NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

 
 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları İSO təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) "İSO 37001 standartının (anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sistemi) tətbiqi üzrə mütəxəssis hazırlığı” təlim kursuna cəlb olunublar.

Beynəlxalq təlimçilər tərəfindən online formatda həyata keçirilən təlimi başa vurmuş Xidmət əməkdaşları test imtahanından keçərək "İSO 37001 standartının tətbiqi üzrə mütəxəssis” beynəlxalq sertifikatına yiyələniblər.

İSO 37001 standartı korrupsiyanı aşkarlamaq, qarşısını almaq və aradan qaldırmağa kömək etmək üçün tətbiq edilən bir sıra mexanizmləri əhatə edir. Bu standartı əldə etmək istəyən qurum üçün üç mərhələ nəzərdə tutulub. İlk mərhələ müvafiq təlim kursuna cəlb edilmə, ikinci mərhələ təlimdən keçmiş mütəxəssislər tərəfindən standartın tələblərinə uyğun idarəetmə sisteminin çalışdıqları qurumda tətbiq edilməsidir. Üçüncü və son mərhələ isə qurumda standartın tələblərinə uyğun idarəetmə sisteminin tətbiqinin qiymətləndirilməsidir. Bu qiymətləndirməni müvafiq beynəlxalq akkreditasiyaya malik təşkilat aparır və tətbiq edilmiş idarəetmə sisteminin standartın müddəalarına uyğunluğunu qiymətləndirərək müvafiq sertifikat ilə təsdiq edir.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları artıq gələn aydan ikinci mərhələ üzrə işləri, yəni İSO 37001 standartının Xidmətdə tətbiqi istiqamətində işləri yerinə yetirməyə başlayacaq.

Gələn ilin ortalarınadək bu prosesin yekunlaşdırılması nəzərdə tutulur.

 
 


 

Nazirlər Kabinetinin fiziki şəxslərin ölkəyə gömrük ödənişi olmadan gətirdikləri mallara tətbiq edilən birdəfəyə limit səviyyəsinin 2-3 dəfə azaldılması müsbət haldır. 

Bu sözləri  Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, şəxsi sifarişlə gələn məhsulların bir qismi satışa çıxarılır və nəticə etibarı ilə həmin məhsulların vergiyə cəlb edilməsi mümkün olmur. 

V.Bayramov bildirib ki, mexanizm olaraq bir çox inkişaf etmiş ölkələrdəki kimi bu istiqamətdə sistemin təkmilləşdirilməsi təklif edilir:

"Xüsusən də gömrükdə qeydiyyatdan keçməyən malların daxili bazarda satışa çıxarılmasının qarşısının alınması əslində məqsədəuyğundur. Bunun üçün təbii ki, belə malların satışının qarşısının alınması, vergidən yayınma halları ilə bağlı cərimələrə yenidən baxılması və məbləğlərin dəyişdirilməsi, eləcə də digər inzibati qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu mexanizmin hazırlanması və tətbiq edilməsi bir qədər zaman alacaq. Bütün hallarda istehlak bazarı ilə idxal daxilolmalarının incələnməsi üçün elektron bazaların da təkmilləşdirilməsinə ehtiyac var”.

V.Bayramov bu istiqamətdə qəbul edilən qərarda limitin bir anda kəskin azaldılmasının isə tərəfdarı olmadığını vurğulayıb:

"Konkret olaraq, qərarda göstərilən kəskin azalmalar məqsədəuyğun deyil. Ölkəyə gömrük rüsumu tətbiq edilməyən malların dəyərində azalmanın nəzərdə tutulması mərhələli şəkildə aparılmalı idi. Poçt vasitəsilə rüsumsuz 1000 dollar (1700 manat) dəyərində mal gətirilməsi ilə bağlı limitin 300 dollara (510 manat) endirilməsi üç dəfəyə qədər azalma deməkdir.

Bir qərarla hər hansı bir limitin üç dəfədən çox azalması heç məqsədəuyğun deyil. 1500 dollarlıq (2550 manat) malların gətirilməsi ilə bağlı limitinin 800 dollara (1360 manat) endirilməsi də kifayət qədər çoxdur. Düşünürəm ki, limitlərə yenidən baxılmasına və mövcud şəraitə uyğunlaşdırılmasına ehtiyac var.

Biz bütün hallarda bu dəyişikliklərdə inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanırıq. Lakin, inkişaf etmiş ölkələrin təcrübəsində gün ərzində hər hansı limitin üç dəfədən artıq azaldılması çox nadir hallarda tətbiq olunur. Odur ki, bu məsələyə yenidən baxılmalıdır. Həm də edilən dəyişikliklərin əsaslandırılması, qiymətləndirilməsi də yenidən həyata keçirilməlidir”.  

Qeyd edək ki, yeni qaydalara əsasən, bugünə qədər vətəndaş şəxsi məqsəd üçün birbaşa özü ay ərzində bir dəfə olmaqla 1500 dollardan (2550 manat) artıq olmayan malları ölkəyə gömrük rüsumundan azad şəkildə gətirə bilirdisə, artıq bu məbləğ 800 dollara (1360 manat) endirildi.

Eyni zamanda eyni fiziki şəxsin adına elektron ticarət - poçt vasitəsilə rüsumsuz 1000 dollarlıq (1700 manat) malın gətirilməsinə icazə var idisə, artıq bu məbləğ də 300 dollara (510 manat) endirildi.

 
 


 

Ölkə başçısı bir müddət əvvəl demişdi ki, icra başçısının fəaliyyətinə həmin rayona qoyulan investisiyaya əsasən qiymət verəcək. İnvestisiyaların qoyulması həm də yeni iş yerlərinin açılması deməkdir. Hesab edirəm ki, bəzi icra başçıları bu işlərin öhdəsindən gələ bilmir.

Bunu  deputat Vahid Əhmədov Prezident İlham Əliyevin avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Deputat bildirib ki, Prezidentin icra başçılarına tövsiyələri çox önəmlidir:

"Hazırda ölkədə çox ciddi kadr islahatları həyata keçirilir, bir sıra icra başçıları, adı korrupsiya hallarında keçən məmurlar həbs edilir. Ölkə rəhbəri yeni təyin etdiyi icra başçılarına öz tövsiyələrini verib xəbərdarlıq edir ki, təmiz işləyin, sakinlərlə əlaqə saxlayın. Prezident icra başçılarına deyir ki, bütün kəndləri gəzin, əhalinin dərd-sərini öyrənin ki, problem yaranmasın. Bu cür tövsiyələrin verilməsinə əsas səbəb Azərbaycanda yeni bir dönəmin başladılmasıdır. Yəni bunlar rüşvətin, korrupsiyanın kökünü kəsmək üçün atılan addımlardır”.

Deputatın fikrincə, gənc icra başçıları Nazirlər Kabineti və Milli Məclislə birgə işləməlidirlər:

"Düşünürəm ki, onlar rayonlarda əldə etdikləri məlumatları mərkəzi icra orqanlarına çatdırmalıdırlar. Bu, böyük əhəmiyyət kəsb edir və ciddi məsələdir. Ola bilsin ki, gənc kadrların böyük təcrübələri yoxdur, lakin yavaş-yavaş öyrənəcəklər. Əsas odur, ölkə başçısının verdiyi tövsiyələri yerinə yetirsinlər. Yəni rüşvət və korrupsiya ilə məşğul olmasınlar. Daha çox insaların tələblərinə uyğun hərəkət eləsinlər. Artıq Azərbaycanda ciddi kadr dəyişiklikləri gedir, qanunların həyata keçirilməsi üçün mühüm addımlar atılır. İcra başçıları da bu işə öz töhfələrini verə bilərlər”.
Axtarış
Xəbər lenti
Reklam