Neft yenidən ucuzlaşıb

 


 

Müdaxilələri minimuma endirəcəkqutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək.
“Azəriqaz” İstehsalat Birliyinən  verilən məlumata görə, xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır. “Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prosedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür”,- məlumatda qeyd edilib.

 


 
Yanvarda dəmir yolu nəqliyyatı ilə 412,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 181,2 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 143,4 min ton yükün dəyəri 38,4 milyon dollar təşkil edib. Ay ərzində bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 268,8 min ton, dəyəri isə 142,7 milyon dollar olub.

 


 
“Biz bütün başqa sahələrdə də əməkdaşlığa açığıq. Azərbaycanın gələcək planlarına gəldikdə, infrastruktur layihələri prioritet təşkil edəcək və biz İtaliya şirkətlərini dəvət edirik”.
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Romada Azərbaycan-İtaliya biznes forumunda deyib.
Dövlət başçısı bildirib: "Əminəm ki, biznes forum çərçivəsində Azərbaycanda görüləcək işlər haqqında təqdimat ediləcək və İtaliya şirkətləri məlumatlandırılacaqlar. Xüsusilə, içməli su layihələri, meliorativ tədbirlərin görülməsi və Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması bu gün gündəlikdə duran məsələlərin arasındadır. Çünki Bakının da yerləşdiyi Abşeron yarımadasının neft hasilatına görə ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük ehtiyac var. Azərbaycan dövləti bu məqsədlərə böyük vəsait ayırır. Bildiyimə görə, İtaliya şirkətləri bu sahədə hələ ki, fəal işləmirlər. Digər Avropa şirkətləri, demək olar ki, bu sahəni əhatə edirlər. Ona görə mən İtaliya şirkətlərini bu sahəyə dəvət edirəm. Əminəm ki, Azərbaycan hökumətinin üzvləri bu məsələ ilə bağlı lazımi məlumatı təmin edəcəklər.
Əminəm ki, elektroenergetika sahəsində imzalanmış memorandum icra ediləcək. Yenə də qayıdıram Davos Ümumdünya İqtisadi Forumunun hesabatına. Orada göstərilir ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Bizim bütün yaşayış məntəqələrimiz elektrik enerjisi ilə təchiz edilib. Biz elektrik enerjisini ixrac edirik. Bu ilin yanvar ayında iki böyük şirkətlə 440 meqavat gücündə külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı müvafiq sənədlər imzalanıb. İtaliya şirkətlərini də bu sahəyə dəvət edirik. Bizim bərpaolunan enerji ilə bağlı çox böyük potensialımız var. Azərbaycanda İtaliyadakı kimi, günəşli günlər kifayət qədər çoxdur. Ancaq İtaliyadan fərqli olaraq küləkli günlər də çoxdur. Bəzən bu, problem yaradır. Ancaq bərpaolunan enerjinin istehsalı üçün, hesab edirəm ki, bu, əlverişli amildir. Ona görə bu sahəyə də İtaliya şirkətlərini dəvət edirik.
O ki qaldı, Azərbaycanın ümumi iqtisadi inkişafına, ölkəmizin iqtisadi vəziyyəti çox sabitdir. Bizim çox aşağı səviyyəli xarici dövlət borcumuz var, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Mənim tərəfimdən təsdiq edilmiş strategiyaya görə, bir neçə il ərzində bu, 10 faizə düşməlidir. Bizim valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan altı dəfə çoxdur. Ona görə biz istənilən vaxtda xarici borcu sıfırlaya bilərik. Yəni, bu, imkan verir ki, biz önəmli layihələrə beynəlxalq maliyyə bazarlarından da vəsait cəlb edək, baxmayaraq ki, Beynəlxalq Maliyyə Korporasiyası – IFC-nin hesabatında Azərbaycan artıq donor ölkə kimi tanınır və bu imkanlar gələcəkdə artacaqdır.
Onu da bildirməliyəm ki, Azərbaycan ölkədən kənarda böyük investisiyalar qoyur, böyük layihələr icra edir. Bu günə qədər ölkəmizin hüdudlarından kənarda təqribən 17 milyard dollar həcmində sərmayə qoyulubdur. İtaliya şirkətləri də bu layihələrdə iştirak edirlər. Dünən biz bu barədə söhbət etdik. Biz gələcəkdə Azərbaycanın maliyyə təminatı ilə xarici ölkələrdə reallaşan layihələrə İtaliya şirkətlərini də dəvət edirik.
Bütövlükdə son 16 il ərzində Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünya miqyasında rekord göstəricidir. Eyni zamanda, əldə edilmiş gəlirlər ədalətli şəkildə bölünüb. Bunu deməyə əsas verən mühüm amil odur ki, 16 il bundan əvvəl Azərbaycan əhalisinin təxminən 50 faizi yoxsulluq şəraitində yaşayıb. Bu gün isə yoxsulluq şəraitində yaşayanların sayı 4,8 faizdir. Bir sözlə, ölkə qarşısında ciddi iqtisadi problemlər yoxdur. Əsas məsələ biznes iqliminin yaxşılaşdırılmasıdır və bu sahədə də islahatlar aparılıb və bu gün yəqin ki, bu barədə danışılacaq. Bir məsələni qeyd etmək istəyirəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin sağlamlaşdırılması istiqamətində atılmış addımlara görə 20 ən islahatçı ölkə sırasındadır”.

 


 

Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayonun iştirakı ilə keçirilmiş biznes forumda iqtisadiyyatın bir çox sahələri ilə yanaşı dəmir yolu ilə multimodal yükdaşımalar sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub.
“ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov forumda çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən son dövrlər ərzində multimodal yükdaşımalar sahəsində həyata keçirilmiş infrastruktur və institusional inkişaf tədbirləri barədə iştirakçılara məlumat verib. 
Çıxışda Azərbaycan-Avropa istiqamətində “Azərbaycan Dəmir Yolları” QSC-nin təqdim etdiyi son logistik məhsullar, İtaliya üçün daha çox maraq kəsb edən Şərq-Qərb nəqliyyat dəhlizi üzrə həyata keçirilən konteyner yükdaşımaları sahəsi üzrə tədbirlər iclas iştirakçılarının diqqətinə çatdırılıb. İtaliyanın Trieste və Bari limanlarından Türkiyənin əsasən Derince və Mersin limanlarına göndəriləcək yüklərin “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Türkiyə-Gürcüstan-Azərbaycan ərazisi, buradan isə Orta Asiya istiqamətlərində daşınması üçün imkanların olduğu qeyd edilib.
Daha sonra forum tərəflərin nümayəndələri arasında işgüzar görüşlərlə davam etdirilib.

Erməni məhsulları hesabına gəlir qazanmaq istəyənlər: Onlarla nə etməli?

 

 

Cümşüd Nuriyev: “Bu məhsullar adətən Gürcüstan və Rusiya ərazisindən gətirilir”

“DGK-nın qanunsuz ticarətlə bağlı apardığı mübarizə kifayət qədər qənaətbəxşdir və yüksək qiymətləndirilməlidir”

 

Ötən gün Dövlət Gömrük Komitəsi Sumqayıt yaxınlığındakı ekoloji poliqonda naməlum mənşəli bir sıra məhsulları, eləcə də Ermənistan istehsalı olan 324 suveniri, 40 qutu siqareti, 18 litr içkini məhv edib.

 

Ermənistan istehsalı olan məhsulları Azərbaycana gətirən, bu məhsulların satışından gəlir əldə etməyə çalışan, Ermənistan iqtisadiyyatına xeyir verən bu şəxslərin daha ciddi şəkildə məsuliyyətə cəlb edilərək cəzalandırılmasına ehtiyac varmı?

 

Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev DGK-nin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı:

 

“Əgər dövlətin hansı bir dövlətlə iqtisadi münasibəti yoxdursa, bununla bağlı qadağa vara,  həmin dövlətdən gətirilən məhsullar məhv edilir. Bu məhsulları gətirən şəxslərin ən böyük cəzası odur ki, bu prosesin xərci həmin məhsulları gətirənlərə çəkdirilir. Həmçinin, onların pul verib aldığı məhsullar da məhv edilir. Ümumilikdə İnzibati Xətalar Məcəlləsinə əlavələr edərək cərimələrin miqdarını artırmaq olar.

 

Adətən bu mallar ölkəyə qaçaq yolla gətirilir. Gömrükdən yan keçirilir. Buna “bavul ticarəti” də deyilir. Rəsmi şəkildə bu məhsullaerın gömrükdən keçməsi mümkünsüzdür. Çünki gömrük buna qadağa qoyub. Lakin elələri olur ki, onlar bu məhsulları çamadanda, çantada gətirir, sonra isə bunu satış üçün hansısa mağazaya verirlər. Bu məhsullar həmin vaxt üzə çıxır və onlar satışdan yığışdırılır.

Əgər kimsə bunları qaçaq yola keçirməyə cəhd edirsə, o zaman CM-nin 206-cı maddəsi ilə onlara cinayət işi açılır. Qanunvericiliyə görə, dövlətin razılığı olmadan gizlin yolla gətirilən məhsullara görə məsuliyyət var. 3 ildən 5 ilə qədər də cəza nəzərdə tutulub. Ona görə də hesab edirəm ki, hansısa bir dövlətə görə yenidən qanunu dəyişməyə ehtiyac yoxdur.

 

DGK bu sahədə çox ciddi işləyir. Əgər kimsə adi bir siqareti belə qanunsuz yolla keçirməyə çalışırsa, o zaman bunun qabağı alınır.

 

Adətən Ermənistan istehsalı olan bu məhsulları bizə Gürcüstan və Rusiya ərazisindən gətirirlər. Çünki Azərbaycandan kimsə gedib Ermənistandan ticarət həyata keçirmir.  

 

Bütövlükdə, hesab edirəm ki, DGK-nın bu sahədəki fəaliyyəti kifayət qədər qənaətbəxşdir və yüksək qiymətləndirilməlidir”.

 

 


 

Bakı Apellyasiya Məhkəməsində "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) inzibati qaydada cərimə edilməsi barədə qərardan verdiyi şikayətə baxılıb.
Hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərişıq" ASC barədə inzibati protokol tərtib edib.
Nəsimi Rayon Məhkəməsi protokola əsasən, “Azərişıq ASC”nin 5 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.
Qurum İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddəsi ilə təqsirli bilinib.

 


 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qiymətli kağızlar bazarının inkişafı” mövzusunda seminar-treninq keçirilib.
Universitetdən bildirilib ki, Maliyyə və maliyyə institutları kafedrasının təşkilatçılığı ilə Mərkəzi Bank və Distant, qiyabi və əlavə təhsil mərkəzinin birgə keçirdiyi seminar Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə UNEC-in strateji planına uyğun təşkil olunub.
Seminarda Maliyyə və maliyyə institutları kafedrasının müdiri, professor Əvəz Ələkbərov qiymətli kağızlar bazarı üzrə dünya təcrübəsini paylaşaraq, ölkəmizdə bu sahədə görülən işlərin, eyni zamanda, qarşıda duran hədəf və perspektivlərin geniş təhlilini aparıb. Bildirib ki, qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiyyatın tənzimlənməsi imkanlarını genişləndirməklə yanaşı, maliyyə resurslarının real sektora cəlb edilməsini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir. Ə.Ələkbərov qiymətli kağızlar bazarında postsovet ölkələrindən olan Qazaxıstan təcrübəsinə diqqət çəkərək, bu sahəyə bir daha nəzər yetirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Tədbirdə kafedranın dosenti Zöhrab İbrahimov “Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində görülən işlərdən söz açıb. Z.İbrahimov qiymətli kağızlar bazarının təşviqinin, bu sahəyə dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsinə dair UNEC-də bir sıra tədbirlər həyata keçirildiyini bildirib.
Tədbirdə iştirak edən Mərkəzi Bankın məsul əməkdaşı Samir İsmayılov qiymətli kağızlar bazarının inkişafına təsir edən amillər barədə məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Maliyyə bazarlarının inkişafında hədəflərə nail olunması istiqamətində təkliflər səsləndirilib. Qiymətli kağızlar bazarında peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə UNEC-də kapital bazarlarına dair təlimlər, məsləhət kurslarının təşkil olunacağı bildirilib. UNEC Eksterndə qiymətli kağızlar bazarı iştirakçıları, maliyyə vasitəçiləri və emitentlər üçün distant təlim və sertifikat proqramlarının tədris ediləcəyinin mümkünlüyü qeyd olunub.

 


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.
Son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi:
- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.
Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.
Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.
Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dedi:
-Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.
Eyni zamanda, məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.
Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında "Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.
Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.
Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.
Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzil başına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Çünki şəxsi nəqliyyat vasitəsilə bir nəfər, avtobusda isə 70-80 nəfərə qədər sərnişin olur. O bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə, avtobusun hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.
Prezident İlham Əliyev: Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.
Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.
Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq "Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.
Bir də maraqlanmaq istəyirəm, - indi şəhərin mərkəzi hissələrində avtobus xidməti kifayət qədər səmərəlidir, - qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?
Vüsal Kərimli: Cənab Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.
Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.
Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?
Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. "B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.
Prezident İlham Əliyev: Yaxşı, bu il görüləsi işlər çoxdur. Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər.
Axtarış
Xəbər lenti
Reklam