2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.

"Report”un məlumatına görə, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilib. 

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 5,8 manat və yaxud 4,9 faiz çoxdur. 

Ötən il şirkətin neft hasilatına çəkdiyi xərclərin tərkibində material və komponent xərcləri 3,9 faiz, əmək haqqı xərcləri 15,3 faiz, sosial ehtiyaclara ayırmalar 2,9 faiz, amortizasiya ayırmaları 17,7 faiz, təmir xərcləri 11,6 faiz, texniki xidmət xərcləri 5,2 faiz, nəqliyyat xərcləri 16,9 faiz, mədən vergisi xərcləri isə 8,2 faiz paya malik olub. 

SOCAR-ın neftinin maya dəyərinin artması material, yanacaq, əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir, texniki xidmət, nəqliyyat və nəqliyyat vasitələrinin istismarı, mühafizəsi, mədən vergisi və digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, hesabat dövründə material xərcləri 2 milyon 332 min manat (7,4 faiz), yanacaq xərcləri 163 min manat (18,1 faiz), əmək haqqı xərcləri 6 milyon 353 min manat (5 faiz), əsas vəsaitlərin amortizasiyası 20 milyon 852 min manat (15,9 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 28 milyon 209 min manat (24,2 faiz), nəqliyyat və nəqliyyat vasitələrinin istismarı xərcləri 16 milyon 555 min manat (12,9 faiz), mühafizə xərcləri 1 milyon 997 min manat (14,5 faiz), mədən vergisi 993 min manat (1,4 faiz), digər xidmətlər 1 milyon 472 min manat (2,6 faiz), digər xərclər 5 milyon 860 min manat (23,7 faiz) artıb.

 
 


 

Millət vəkili Adil Əliyev mindən artıq ziyalının paytaxtın ticarət və xidmət obyektlərində "Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa məhəl qoyulmaması ilə bağlı ona ünvanladığı müraciətə cavab verib. 

Bu barədə "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin (FADMM) üzvü Pərvanə Qədirova məlumat verib. 

Məktubda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzinin Müşahidə Şurasının sədri cənab

Möhsün Nağısoyluya,
Surəti: Pərvanə Qədirovaya

Hörmətli Möhsün müəllim,

Cəmiyyətimizin bir çox ziyalısı hazırda ölləmizdə yerləşən bir çox müəssisələr tərəfindən Azərbaycan dilindən istifadə edilməməsi və ya istifadə edərkən dilimizin orfoqrafik qaydalarına riayət edilməməsi barədə müraciətləri Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuşdur.

Müraciətlərin araşdırılması zamanı məlum olmuşdir ki, şəhərimizdə yerləşən bir çox ticarət mərkəzləri və iaşə müəssisələrində ümumiyyətlə Azərbaycan dilindən istifadə edilmir və ya istifadə edildiyi halda ədəbi dilin heç bir qaydalarına riayət olunmur. Bu isə öz növbəsində Azərbaycan dilindən istifadə edilməsinin məhdudlaşdırılmasına, dilimizin saflığının qorunmasına ciddi narahatçılıq yaradır.

Bu səbəbdən də Milli Məclisə daxil olmuş kollektiv müraciət "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10 -cu bəndinə əsasən baxılması üçün aidiyyatı üzrə Sizə göndərilir.

Qeyd olunan halların rəhbərlik etdiyiniz Mərkəz tərəfindən öyrənilməsini, aidiyyatı qurumlarla birlikdə baş verən bu cür pozuntiların aradan qaldırılmasını, dilimizin bütün norma və qaydalarına riayət edilməsini təmin etməyinizi, müraciətinizin nəticəsi barədə müraciət müəlliflərinə və Milli Məclisə məlumat vermənizi Sizdən xahiş edirik.

Hörmətlə: Adil Əliyev”.

Cavab məktubunu şərh edən "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri Vasif Sadıqlı bunları deyib: 

"Hörmətli millət vəkli ziyalıların müraciətini cavabsız qoymayıb. Bəzi deputatlar kimi susa bilərdi, amma bunu etməyib. Məhz bu həssaslığına görə ona təşəkkür düşür. Hətta millət vəkilinin köməkçisi İftixar Həsənova da təşəkkür düşür. O, deputat Cavanşir Paşazadənin köməkçisi kimi müraciəti göndərmək üçün e-poçt ünvanı istədikdə "mənlik deyil” deyib danışığı kəsə, hörmətli Ziyafət Əsgərovun köməkçisi kimi "Siz hansı təşkilatsınlz axı”, – deyə səsinin tonuna hakim kəsilə bilməyərək çımxıra, "vermirəm”,- deyərək telefonu qapada bilərdi. Amma bunu etməyib”. 

V.Sadıqlının sözlərinə görə, Ziyafət Əsgərovun köməkçisinin aqressiv hərəkəti FADMM üzvünü sarsıdıb. "Biri akademik, 33-ü professor olmaqla mindən artıq ziyalının hörmətli Ziyafət Əsgərova müraciətini qəbul etmək əvəzinə, qeyzlənməsi, elementar etiknormalara riayət etməyərək bir xanımın üstünə qışqırması bizi təəccübləndirdi. Bildiyimizə görə, deputat köməkçiləri 1000 manatdan artıq maaş alır, vətəndaşların deputatlara olan müraciətini çatdırmaq isə onların birbaşa vəzifəsidir. Güman edirik ki, bu məsələ araşdırılıb, müvafiq ölçü götürüləcək”, – deyə V.Sadıqlı bildirib.

 
 


 

"Pandemiya səbəbindən bu ilin mart-aprel aylarından başlayaraq, Azərbaycanda Aİ-92 yanacağının istehlak səviyyəsi əhəmiyyətli dərəcədə azaldı ki, bu, həm yanacaq ehtiyatını toplamağa, həm də onun bir qismini ixrac etməyə imkan yaratdı".

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, proqnozlaşdırılan istehlaka əsaslanaraq, yaranan ehtiyat, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) planlı təmirə dayandırılmasına baxmayaraq, daxili tələbatı ödəmək üçün yetərli olmalıdır ki, bu da, çox güman ki, cari ildə sözügedən növ yanacağın idxal edilməsinə ehtiyac yaranmayacağını deməyə əsas verir.

"Hazırda hər il olduğu kimi, NEZ-də profilaktik təmir işləri keçirilir. SOCAR "Azərikimya" İstehsalat Birliyi və NEZ vahid qiymət zənciri ilə əlaqəlidir. "Azərikimya" xammalı birbaşa Neft Emalı Zavodundan alır. Zavodda planlı təmir işləri zamanı "Azərikimya"ya xammal tədarükündə fasilələr yaranır. Bu səbəbdən hər iki müəssisədə planlı təmir eyni vaxtda aparılır", - deyə İ. Əhmədov qeyd edib.

SOCAR-ın rəsmisi onu da bildirib ki, "Azərikimya" İB-də 5 avqust tarixindən başlanılan planlı təmir işləri təxminən iki ay davam edəcək. Müəssisənin fəaliyyəti müvəqqəti dayandırıb. İB-də qurğuların təmiri, zavodun modernləşdirilməsi işləri, o cümlədən pandemiya səbəbindən vaxtında aparıla bilməyən işlərin bir qismini həyata keçirilir.

"Heydər Əliyev adına NEZ-də planlı təmir işlərinə avqustun 27-dən başlanılıb. Bu müddət ərzində dayandırılmış bloklarda zavodun modernləşdirilməsi layihəsi çərçivəsində də müəyyən işlər görüləcək. Neftayırma zavodunun müvəqqəti dayanması 1,5 ay davam edə bilər.

NEZ-də planlı təmirin "Azərikimya"dakı təmirdən gec başlaması səbəbindən hər iki zavodun eyni vaxtda işə salınması planlaşdırılır", - deyə İ. Əhmədov əlavə edib.

 
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib



Avqustun 31-də Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın onlayn iclası keçirilib.

Yaxın vaxtlarda Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin təhlükəsizliyi, gigiyenası və istehsalat mühiti haqqında” 155 nömrəli Konvensiyasının da ölkəmiz tərəfindən ratifikasiyası gözlənilir.

Əmək qanunvericiliyində BƏT yanaşmalarına uyğun olaraq və həm işçilərin, həm işəgötürənlərin mənafelərinə xidmət edən bir çox dəyişikliklər də ediləcək.Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədri Sahil Babayev Komissiyanın növbəti iclasında bildirib.

Üçtərəfli Komissiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil olunur.Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə sosial sahədə aparılan islahatların bir istiqaməti də əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq normalar əsasında daim təkmilləşdirilməsidir. Bu məqsədlə Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında yeni Qanun layihəsi hazırlanıb. Dəyişikliklər əmək bazarı iştirakçılarının əmək, sosial, iqtisadi hüquqlarının daha dolğun təminatına xidmət edirBƏT-in Rəhbər Orqanının üzvü olan ölkəmizin ötən dövrdə BƏT-in 58 Konvensiyasına qoşulduğunu deyən S.Babayev ratifikasiyası nəzərdə tutulan Konvensiyanın da əməyin təhlükəsizliyinin təminatına yönəldiyini qeyd edib. Yaradılacaq Əməyin Mühafizəsi Mərkəzinin də bu sahədə mühüm töhfə verəcəyini bildirib.İclasın gündəliyindəki məsələlərə dair çıxışlar edilib. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Komissiyanın 2020-ci il üçün yenilənmiş İş planı təsdiqlənib, Komissiyanın tərkibində bəzi dəyişikliklər edilib. "Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun və "2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya”nın layihələri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin riskə əsaslanmış qaydada həyata keçirilməsi və Əməyin Mühafizəsi Mərkəzinin yaradılması ilə bağlı layihələr, "Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklik layihəsi, BƏT-in 155 nömrəli Konvensiyasının ratifikasiyası məsələləri müzakirə olunub.Həmin məsələlərlə bağlı Komissiyanın bu iclasında verilmiş təkliflər üzrə müzakirələrin sosial tərəfdaşların nümayəndələrinin təmsil olunduğu işçi qruplar səviyyəsində davam etdirilməsi qərara alınıb.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin 1-ci müavini İlyas Əliyev, AHİK-in katibi, aparat rəhbəri Həsən Cəfərov, AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov, AHİK-in Zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi şöbəsinin müdiri Çingiz Tağıyev, AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirak ediblər

aia.az




 
 


 

Bu ilin yanvar-iyul aylarında "Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% artım deməkdir.

"Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə "Azərkosmos” dünyanın 19 ölkəsinə 6,5 mln. dolları dəyərində xidmət ixrac edib. "Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir”, - deyə N. Hacızadə qeyd edib.

 
 


 

Artıq 6 ildir ki, erməni girovluğunda qalan soydaşımızın Dilqəm Əsgərovun oğlu (Dilqəm Əsgərov və Şahbaz Quliyev) Kürdoğlu Əsgərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən anasının pensiyasının kəsildiyini bildirib. 

K.Əsgərov Mocderator.az-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət edib:

"Anam iki il yardımdır ikinci qrup olaraq pensiya alırdı. Amma bu gün bizə bildirirlər ki, ananızın pensiyası nazirlik tərəfindən kəsilib. Bunlar niyə bəs altı ildir erməni girovluğunda işgəncələrə məruz qalan Dilqəm Əsgərov kimi bir adamın həyat yoldaşının pensiyasını kəsirlər? Bunun səbəbini bilmək istəyirəm. Anam Firuzə Əsgərov 220 manat pensiya alırdı. Mən indi Şəmkir rayonunda yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 20 saylı region üzrə Dövlət Əmək Müfəttişliyindəyəm və burda bizə bu məlumatı Fəridə doktor verib. Xahiş edirəm hörmətli nazirimiz Sahil Babayev bizə köməklik etsin”.

 
 


 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan İsrailə qarşı iqtisadi boykotun ləğv olunmasına dair fərman imzalayıb.

Bu sənəd İsraillə diplomatik və ticarət əməkdaşlığın genişləndirilməsi səylərinin bir parçası olaraq, iqtisadi artım və texnoloji yeniliklərin təşviqi vasitəsilə birgə əməkdaşlığa başlamaq üçün yol xəritəsidir.

 
 


 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə üzrə xidmətlərin elektronlaşdırılmaqla tam şəffaf, operativ və əhaliyə daha əlçatan şəkildə qurulması başlıca prioritetdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə hazırda 26-sı proaktiv olan 53 e-xidmət var ki, aparılan sürətli işlər nəticəsində bu göstərici gələn il 100-ə çatdırılacaq. Bu da qurumun 132 xidmətindən artıq 76%-ə qədərinin elektronlaşması deməkdir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. O qeyd edib ki, 26 proaktiv xidmət vasitəsilə bu il 65 min şəxsə e-qaydada pensiya, müavinət, təqaüd təyin edilib. Həmçinin cari il 145 min sığortaolunan e-qaydada qeydiyyata alınıb. Beləliklə, Nazirlik tərəfindən bu il 210 min şəxsə proaktiv xidmətlər göstərilib.

Nazir 22 e-xidmətin hazırlandığını, ilin sonuna kimi 7-sinin işə salınacağını, 25 proaktiv xidmətin də üzərində iş getdiyini deyib. O vurğulayıb ki, yaradılan e-sistemlər həmçinin şəffaflığın tam təminatına nail olmağa imkan verib.

S.Babayev sosial xidmətlər sahəsi üzrə də geniş elektron infrastrukturun - Sosial Xidmətlər üzrə Vahid İnformasiya sisteminin, xidməti kontingentə aid kateqoriyalar üzrə reyestrlərin, "Reabilitasiya” altsisteminin, ona uyğun veb-əsaslı növbəlilik sisteminin, Reabilitasiya Mərkəzləşdirilmiş Məlumat Sisteminin yaradılması işlərinin davam etdiyini bildirib.

Nazir qeyd edib ki, təkcə bu ay müasir tələblərə uyğun 3 reabilitasiya müəssisəsi açılıb. İlin sonunadək Bakı və bölgələrdə daha 5 belə müəssisə, o cümlədən Şəmkir və Qəbələdə uşaq reabilitasiya mərkəzləri istifadəyə veriləcək.


Eyni zamanda, əsas vəzifələrdən biri - bu müəssisələrdə əlilliyi olan şəxslərə onların məmnun qala biləcəyi səmərəli, müasir tələblərə uyğun keyfiyyətli xidmətlər göstərilməsidir. Ona görə də reabilitasiya müəssisələrinin kadr potensialı bu prinsip əsasında formalaşmalıdır.

S.Babayev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası sahəsində işlərin müsbət nəticələrini qeyd edib. Əmək müqavilələrinin sayında artım dinamikasının davam etdiyini, cari ilin 7 ayında bu sayda 120 min, habelə əməkhaqqı fondunda önəmli artımın olduğunu deyib.

İclasda əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi və keyfiyyətinin artırılması, qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planının icrası, elektronlaşma proqramının genişləndirilməsi sahəsində aparılan işlər barədə çıxışlar dinlənilib. "Əməyin Mühafizəsi Mərkəzi Publik Hüquqi Şəxsin Nizamnaməsi”nin və "Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydası”nın təsdiq edilməsi məsələləri müzakirə edilib.

 
 


 

Mərkəzi Statistika Bürosunun apardığı bir sorğuya görə, İsrail müəssisələrinin ən azı 19% -i yaxın bir neçə ayda iflasa uğraya  bilər.

Bu barədə "The Times Of Israel” məlumat yayıb.

Mövcud bazar şəraitində hər 5-ci müəssisənin yaxın 3 ayda iflas edə biləcəyi qeyd olunur. 
Eyni zamanda İsrail müəssisələrinin ən azı 79% -i son bir  ayda gəlirlərinin ən azı 25%  aşağı  düşdüyünü bildirib.

Yayımlanan rəqəmlərə görə, İsraildə epidemiyanın başlanğıcından bəri işçilərin 11,5% -i işsiz qalıb. Digər 6.4% -i isə ödənişsiz məzuniyyətdədir.

 
 


 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovla İranın Kooperativlər, Əmək və Sosial Rifah nazirinin müavini Ahmad Meydarinin onlayn formatda görüşü olub. 

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfələr verdiyi vurğulanıb.

A.Kərimov ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə aparılan islahatlar, əldə olunan innovativ nailiyyətlər barədə məlumat verib. O, pandemiya dövründə Azərbaycanda reallaşdırılan geniş miqyaslı iqtisadi və sosial dəstək tədbirlərini qeyd edib.

Nazir müavini əmək bazarı ilə bağlı islahatları, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirildiyini diqqətə çatdırıb. 

A.Meydari isə öz çıxışında ölkəsində əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan işlər, islahat tədbirlərindən bəhs edib.

Görüşdə Nazirliklər arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq təcrübəsinin, təcrübə mübadilələrinin əhəmiyyəti vurğulanıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin Təşkilata üzv ölkələr arasında  əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafına xidmət edəcəyi qeyd edilib, ikitərəfli əməkdaşlıq əlaqələrinə dair fikir mübadiləsi aparılıb.
Axtarış
Xəbər lenti
Reklam