Bir çox ailələr artıq limiti tükədib; Əli Məsimli: “Bunun üçün insanları narazı salmağa dəyməzdi...”
Ölkə əhalisi üçün indi ən böyük müjdə işıq və qaz limitinin aradan qaldırılması olardı. Çünki insanların gəlirlərinin əhəmiyyətli bir hissəsi işıq və qaz ödənişinə gedir. Limiti keçən ailələr ikiqat ödəniş etməli olurlar. Ən azından iki variantı nəzərdən keçirmək olardı: ya limitin ləğvi, ya da artırılması. Bir neçə dəfə bu məsələ gündəmə gəlib.
Ekspertlər və bəzi deputatlar təkliflərlə çıxış ediblər ki, limit ləğv olunsun, bu məbləğ büdcə üçün o qədər böyük rəqəm deyil. Bir çox ailələr artıq güzəştli qiymətlə bağlı tətbiq olunan limiti tükədib, təbii qazı yüksək qiymətlə almağa başlayıb. Bu da maddi vəziyyəti elə də yüksək olmayan insanlar üçün çətinlik yaradır. Xüsusən də bölgələrdə, mərkəzləşdirilmiş istilik sistemi olmayan Bakı kəndlərində əhali təbii qazdan imtina edərək odun yandırmağa başlayıb.
İstifadəçilər təyin olunmuş 1700 kub təbii qaz limitinin çox az olduğunu bildirirlər. Ölkə iqtisadiyyatının kifayət qədər potensialı var ki, bu limitlər ləğv olunsun. O zaman büdcəyə də problem yaratmayacaq. Çünki elektrik enerjisi və təbii qazla bağlı infrastrukturun qurtulmasında büdcə vəsaitlərindən istifadə olunur.
Əli Məsimli ile ilgili görsel sonucu
V çağırış üzrə deputat, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda kölgə iqtisadiyyatının payını 10 faiz aşağı salmaqla büdcəyə milyardlarla vəsait daxil ola bilər. Onun sözlərinə görə, işığın və qazın qiymətinin qaldırılması ilə cəmi 300 milyon manat əldə olunur: “Bunun üçün insanları narazı salmağa dəyməzdi. Bu gün orta statistik maaş və pensiyalarda artım olsa da, yüksək məvacib sayılmır. Ona görə də qaz və işığın qiymətinin qaldırılması yenə də insanların cibinə təsir edir. Yaxşı olardı ki, maksimum limit aradan qaldırılsın, minimum dağlıq ərazilərdə yaşayanlar üçün limit artırılsın. Çünki onlar daha çox gəlir sərf edirlər”.
Xatırladaq ki,  2016-cı il 22 dekabrda prezident İlham Əliyevin tapşırığı ilə ölkədə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlər artırılıb. Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.

 


 Rusiyanın Moskva şəhərində qanunsuz miqrantı qeydiyyata alan hostelin rəhbərliyinə qarşı cinayət işi açılıb.

O, Cənubi Qafqaz və Orta Asiyadan olan 3000 qanunsuz miqrantı qeydiyyata alıb.
Bildirilir ki, “OVAL” MMC-nin qanunsuz qeydiyyata aldığı şəxslər Azərbaycan, Özbəkistan və Tacikistan vətəndaşlarıdır.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 


Belə ki, təkliflərdə istehsal ili 2013-cü ildən aşağı olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat rüsumunun yeni avtomobillərə nisbətən artırılması qeyd olunub.  
Bundan əlavə, Rusiyada əsas istehsalçı olan “AvtoVaz” zavodunun 2020-ci ildən istehsal olunan avtomobillərin qiymətini artıracağı barədə açıqlaması Azərbaycanda sovet maşınlarının qiymətində artım olacağına nişanə verdi. 
“Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək”. 
Maşın bazarında mövcud durum barədə avtomobil bazarını araşdıran Sərxan Qədirov Lent.az-a münasibət bildirib. Onun sözlərinə görə, son illər Dövlət Gömrük Komitəsinin rüsumları qaldırması ilə əlaqədar yeni il qabağı qiymətlər artıb: 
“Hazırda maşın bazarında qiymətlərdə artım yoxdur. Deyilən bütün məlumatlar boş söhbətlərdir. Son illər hər yeni il qabağı qiymətlərdə artım müşahidə olunub. Səbəbi də Dövlət Gömrük Komitəsidir. Ona görə ki, son 2-3 ildə hər il gömrük rüsumları qalxıb. Camaat hər yeni ildən sonra qiymətlərin qalxacağını düşünür. Buna görə də bazara gedib ucuz maşın almaq istəyirlər. Ancaq əksinə, baha alırlar. Hazırda maşın bazarında durğunluq yaşanır. Bu durğunluq fevral və mart ayları da daxil olmaqla yaz aylarına qədər davam edəcək. Ümumiyyətlə, hər bir bayramdan əvvəl qiymətlərdə artım qeydə alınır. Qış ayları alver zəif olur. Maşın satan insanlar havanın yağışlı və ya soyuq olmasından dolayı bazara çıxmağa tərəddüd edirlər. Bu vaxtları əsasən, alverçilər maşın alırlar. Bu da alverçilərin dəyərindən ucuz avtomobil almasına şərait yaradır”. 
Sovet maşınlarının bahalaşdığını deyən S.Qədirov, mart ayından etibarən bazarda qiymətlərin artacağını bildirib: 
“Sovet maşınlarının qiymətlərində artım müşahidə olunur. Çünki onları əvəz edən avtomobillər hələ ki, yoxdur. Olsa da, azlıq təşkil edir. Amma alman maşınlarının qiyməti stabil qalır. Səbəbi isə ölkəyə alman maşınlarını əvəz edən digər avtomobillərin gəlməsidir. Onları əvəz edən maşınlar əsasən, dizel mühərrikli “KİA”, “Hyundai” avtomobilləridir. Hazırda bazardakı durğunluqla əlaqədar hibrid avtomobillərinin də bazarı dayanıb. Artım yaz aylarında olacaq. Rayon əhalisi əkin-biçinlə məşğul olub pul qazanıb maşın almağa gələcəklər. Onda bazar canlanır. Artıq mart ayından sonra maşın bazarında qiymətlərin qalxmasını görəcəyik. O vaxta qədər isə gömrük rüsumlarında artım olmasa, bazarda da qiymətlər artmayacaq. Ancaq hazırda dediyim kimi, sovet maşınlarının qiymətində artım müşahidə olunur”.

 


 

2019-cu ilin əvvəlindən ölkədə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib.

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 40 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

 

Onlardan 16 min 100-nə e-qaydada pensiya, 24 mininə isə müavinət və təqaüd təyin edilib.

 

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib.

 

 

Cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.

 


 
Son 10 ildə Azərbaycanda dövlət təbii hadisələrdən ziyan çəkən vətəndaşlara kömək üçün 970 milyon manat vəsait xərcləyib.
Bu rəqəmi Maliyyə naziri Samir Şərifov açıqlayıb.
O, bu barədə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş və Prezident İlham Əliyevin icbari sığortanın tətbiqi ilə bağlı qarşıya qoyduğu vəzifələrə həsr olunmuş müşavirədə danışıb.  

 


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. 
"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir. Məlumata görə, daşımanı “ADY Konteyner”  həyata keçirir. Ümumilkdə 1000 ton karbamidin Türkiyədəki alıcıları "Sirkenli Tarım Urunleri Tic. ve San. A.Ş" və "Voltrade Ithalat Ihracat San. ve Tic. A.S." şirkətləridir.
Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.
Yaxın aylar ərzində bu marşrutla Türkiyəyə ümumilkdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş  Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib.
Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

 


İpoteka və Kredit Zəmanət Fondu açıqlama yayıb ki, Yanvarın 22-də satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbulu ilə bağlı “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranmış texniki problemlərlə bağlı bir sıra kütləvi informasiya vasitələrində “elektron sistemin çökməsi” başlığı altında yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu məlumatı dəqiqləşdirmək üçün təkrarən https://www.e-gov.az yazıb “Enter” düyməsini sıxıram. “Elektron hökumət” portalının əsas səhifəsində “Bütün xidmətlər” bölməsində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun təqdim "Elektron ipoteka və kredit zəmanət" sisteminə daxil olmağa çalışıram. Yenə eyni məlumat çıxır ki, "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə təqdim edilən "Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi" xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılmışdır. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcəkdir.
Utanmadan açıqlama yayıb, deyilənləri təkzib edirlər, amma 10 milyon manatlır sistem bu saata qədər işləmir. Bu hələ elektron idarəçilikdir, görün bu qurumda inzibatı idarəçilik nə vəziyyətdir. Biabırçılıdır! Ayda, ildə bir normal layihə tapırlar, onu da icra etməyi bacarmırlar.

 


 

“Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2019-cu il üçün Korrupsiya Qavrama İndeksini (2019 KQİ) təqdim edib.
“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.
Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
2019-cu il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb. 2018-ci ildə Azərbaycan 25 balla 180 ölkə arasında 152-ci yerdə qərarlaşmışdı.
Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olub:
KQİ-nin hazırlanmasında 13 fərqli hesabatdan istifadə edilib. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb

 


 

“Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasda moderatorun suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib: “Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır”.

 


Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev ilə “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.  
“Report” xəbər verir ki, görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə edilib.  
Görüşün yekununda SOCAR və “LUKoil” şirkətləri arasında bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən memorandum imzalanıb.   
Axtarış
Xəbər lenti
Reklam