Türkiyə ordusu cavab zərbələri endirdi - HƏDƏFLƏR MƏHV EDİLDİ

Tarix: 22-03-2021, 13:30 / Oxunub: 328

Türkiyə ordusu cavab zərbələri endirdi - HƏDƏFLƏR MƏHV EDİLDİ
Suriyanın qərbindən Türkiyənin Kilis vilayətinə raketlərin atılmasından sonra ölkənin Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı) terrorçularının mövqelərinə cavab zərbəsi endirib.
 
Zərbələr nəticədə 20-dən çox hədəf məhv edilib, xeyli sayda terrorçu öldürülüb. Cavab zərbəsi zamanı yalnız atəş nöqtələrinə deyil, həm də Tel-Rıfatda terrorçuların nəzarəti altında olan hədəflərə zərbələr endirilib. Qeyd edək ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən əhaliyə ciddi ziyan dəyməyib.


Axtarış
Xəbər lenti
Reklam