Paşinyan ermənilərlə dünənki görüşlərə güllə keçirməyən jiletlə getdi?..-FOTO

Tarix: 22-03-2021, 16:00 / Oxunub: 328
Paşinyan ermənilərlə dünənki görüşlərə güllə keçirməyən jiletlə getdi?..-FOTO
Dünəndən bəri internetdə  Ermənistan baş naziri Nikol Paşinyanın Araqatsotn mərzinin icmalarına səfəri zamanı zirehli köynək geyinməsi  barədə şiddətləi müzakirələr aparılır.
 
Vəkil Amram Makinyan "Facebook” səhifəsində Nikolun  Araqatsotn bölgəsinə səfəri zamanı güllə keçirməyən jilet geyinməsini sübutu olduğunu iddia etdiyi bir fotoşəkil yayımlayıb.
 
"Zrehli jiletdə güllələnən qorxmaz ..." – erməni vəkil öz postunu belə şərh edib.
 
Bu arada erməni nəşrləri Paşinyanın bütün icmalardakı görüşlərində "xalqım günahkar olduğuma qərar verərsə, o zaman divar qarşısında dayanmağa və xalqın iradəsini yerinə yetirməsi üçün səssiz-səmirsiz durmağa hazır olduğunu” bəyan etdiyini xatırladıblar.
 
Xatırladaq ki, bu il yanvar ayında da Nikol Paşinyanın parlamentin iclasına zirehli jiletlə gəlməsi haqda xəbərlər yayılmışdı...


Axtarış
Xəbər lenti
Reklam