“Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”

Tarix: 29-03-2021, 10:00 / Oxunub: 317

Elçin Şıxlı: "İşğaldan azad edilmiş torpaqlarımızda televiziyaların, radioların yaradılması mütləqdir”

 

"Qarabağda yerli radio və ya televiziya kanallarının yaradılması təşəbbüslərini müsbət qiymətləndirirəm”.

 

Bunu açıqlamasında media eksperti Elçin Şıxlı bildiirb. Ekspertin sözlərinə görə, Qarabağda media qurumlarının fəaliyyəti olduqca vacib və əhəmiyyətlidir:

 

"Təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə media qurumlarının, radio və televiziyaların fəaliyyətinə ciddi ehtiyac var. Bu, son dərəcə önəmlidir. Sadəcə olaraq, bunun üçün şərait olmalıdır. Orada radio və teleiziya kanallarının, media qurumlarının mövcudluğu mütləqdir.

 

İşğaldan azad edilmiş torpaqlarımızda televiziyaların, radioların yaradılması mütləq və müsbətdir. Bu, orada nəfəsimizin duyulması, ayaq səslərinin eşidilməsi üçün vacibdir. Bizim Qarabağdakı ayaq səslərimiz ermənlərin qulağına mütləq çatmalıdır”.



Axtarış
Xəbər lenti
Reklam