Tovuz rayonundakı peşə liseyi nümunəvidir

Tarix: 30-03-2021, 12:30 / Oxunub: 3123

Tovuz rayonundakı peşə liseyi nümunəvidir

Son zamanlar gənclər arasında müxtəlif peşələrə maraq artıb. Bu peşələrə daha əlçatan yolla yiyələnmək isə təhsildən keçir — peşə təhsilindən. Tovuz rayonunda yerləşən peşə məktəbində bu peşələrə 1-2 il ərzində yiyələnmək mümkündür.

Bu günlərdə Tovuz rayonu peşə məktəbində olub, məktəbin təhsil səviyyəsi ilə maraqlandıq. Məktəb mərkəzdən bir qədər uzaq olsa da, müasir standartlara cavab verir. Bizi məktəbdə direktor Tanrıverdi Tanrıverdiyev qarşıladı.

Direktorun sözlərinə görə, hal-hazırda məktəbdə "video çəkiliş üzrə operator", "kinomontajçı", "səs operatoru", "qrimçi pastijor", "interyer və eksteryerin bədii tərtibatçısı", "kostyum ustası və dərzi", "telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator", "kompüter ustası", "işıq operatoru", "bərbər-vizajist", "tədbir və mərasim təşkilatçısı" ixtisasları tədris edilir. 300-dən artıq şagirdin təlim-tərbiyəsi və tədrisi ilə 40-dan çox müəllim, mühəndis-pedaqoji işçi məşğul olur".

Tanrıverdi müəllim onu da dedi ki, məktəbin tədris-istehsalat emalatxanaları yüksək səviyyədə, müasir tələbata uyğun əyani və texniki vasitələrlə, avadanlıq və cihazlarla təmin edilib. Belə ki, məktəbdə müasir standartlara uyğun çəkiliş studiyası, rejissor otağı, səsyazma studiyası, montaj emalatxanası, qrim tədris emalatxanası, dekorator təlim emalatxanası, dərzi ixtisası üzrə tədris emalatxanası var.

Daha sonra onun müşayiəti ilə istehsal təcrübəsi otaqlarında gəzdik, şagird və müəllim heyəti ilə görüşdük.

Bu tədris ocağında dərslər 9 illik təhsili bitirən uşaqlar üçün 2 illik, digər şəxslər üçün isə 1 illikdir. Dərslər 1 illik qruplarda ödənişil və ödənişsiz şəkildə keçirilir: "1 illik qruplarda yaş fərqi yoxdur. Əgər 11 illik təhsili başa vurubsa, burada hər yaşda təhsil almaq mümkündür. Məktəbdə dərslər Mədəniyyət və İncəsənət Universitetinin proqramı ilə keçirilir.

Tanrıverdiyev qeyd edir ki, tələbələr bütün tədbirlərdə aktiv iştirak edir: "Bu sahələr həm gəlirli, həm də maraqlıdır. Uşaqlar məktəbi bitiridikdən sonra televiziyalarda çalışa və ya fərdi sahibkarlıqla məşğul ola bilər".

Peşə məktəbinin fəaliyyəti ilə tanışlığımızda onun da şahidi olduq ki, burada dərs alan qız tələbələr ən çox kostyumçu və dərzi ixtisası üzrə işə xüsusi maraqlıdır. Onlar artıq özləri müxtəlif paltarlar tikə bilirlər: Məktəbdə uşaqların öyrənməsi üçün bütün şərait var. Şagirdlər həmçinin Azərbaycan milli geyimlərini, Novruz personajlarının geyimlərini hazırlamaqda çox maraqlıdırlar.

Məktəbdə uşaqlar arasında da mehribanlıq, səmimilik var. Tovuz rayonu peşə məktəbində dekorasiya emalatxanası da var. Şagirdlərə bu emalatxanada müxtəlif dekorasiyaların hazırlanması öyrədilir. Uşaqlar kağızdan, xəmirdən müxtəlif dekorasiyalar hazırlayır.

Məktəbin bərbərlik ixtisasına oğlanlar da xüsusi maraq göstərir. Direktor  bildirdi ki, uşaqlar məktəbi bitirəndən sonra professional usta kimi çalışa bilirlər:

Qeyd edək ki, məktəbin direktoru bizi müşayiət edərək bütün istehsalat otaqları ilə tanış edib, məlumat verdi. O, həmçinin qeyd etdi ki, uşaqlar rayon miqyasında tədbirlərdə də fəal iştirak edir, öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

P.S. Tanriverdi müəllimin direktoru olduğu təhsil müəssisəsində şagirdlərə peşə öyrətməklə, ömürlük çörəyə sahib olmağı öyrədən müəllim heyətinə dərin minnətdarlığımızı bildirir, işlərində uğurlar arzulayırıq.

Zaur Əhmədov



Axtarış
Xəbər lenti
Reklam