Meymunçiçəyinə yoluxma halı ABŞ-ın 50 ştatının hamısında qeydə alınıb

Tarix: 23-08-2022, 12:42 / Oxunub: 335
Meymunçiçəyinə yoluxma halı ABŞ-ın 50 ştatının hamısında qeydə alınıb



ABŞ-ın 50 ştatının hamısında meymunçiçəyinə yoluxma qeydə alınıb.

Bu barədə ABŞ Dövlət Səhiyyə Departamentinin mətbuat xidməti məlumat yayıb.

Meymunçiçəyinə sonuncu yoluxma Vayominq ştatının sakinində aşkarlanıb.

Xatırladaq ki, ABŞ-da meymunçiçəyinə 15 433  yoluxma faktı qeydə alınıb.

Yoluxma sayına görə ilk sıralarda olan Nyu-York və Kaliforniya ştatlarıdır.

Axtarış
Xəbər lenti
Reklam