Tunisdən həyəcan siqnalı: Ölkədə ərzaq bitib

Tarix: 27-08-2022, 19:40 / Oxunub: 330

Tunisdən həyəcan siqnalı: Ölkədə ərzaq bitib

 

Tunisdə bir sıra mağazalar və yanacaqdoldurma məntəqələri hökumətin antiböhran tədbirləri fonunda qıtlıqla üzləşib.

 

Ərzaq mağazalarında müştərilərə bəzi mallar məhdud miqdarda satılır. Qida biznesi rəsmilərinin dediklərinə görə, dükanlarda yağ, şəkər, peçenye və uzunmüddətli qəlyanaltılar tükənib. Üstəlik, vəziyyət hər gün daha da pisləşir.

Eyni zamanda, yanacaqdoldurma məntəqələrində növbələr artıq paytaxtda nəqliyyatın hərəkətini əngəlləməyə başlayıb.

Qeyd edək ki, 2022-ci ilin yayında Tunis hökuməti taxıl alışını maliyyələşdirmək üçün iki beynəlxalq yardım alıb. Bundan əlavə, ölkə hakimiyyəti büdcənin maliyyələşdirilməsi və borcun ödənilməsi üçün BVF-dən kömək  istəyir.



Axtarış
Xəbər lenti
Reklam