Ukraynaya pulsuz üç “Bayraktar” çatdırıldı

Tarix: 6-09-2022, 10:03 / Oxunub: 335
Ukraynaya pulsuz üç “Bayraktar” çatdırıldı



Ukraynalıların üç gün ərzində vəsait toplayaraq almaq istədikləri üç ədəd "Bayraktar TB2” PUA-sı artıq bu ölkəyə çatdırılıb.

Bu barədə Türkiyənin "Baykar Makina” şirkətinin baş direktoru Haluk Bayraktar məlumat verib.

Onun sözlərinə görə, şirkət dronlları Ukrayna xalqına pulsuz olaraq bağışlamağa qərar verib.

Türkiyəli sahibkar onu da qeyd edib ki, şirkət Polşada pul yığılan pilotsuz uçuş aparatını 1-2 ay ərzində Ukraynaya çatdırmağı planlaşdırır. Çox güman ki, bu, oktyabrda baş verəcək.

Xatırladaq ki, Sergey Pritula Fondu "Bayraktar”ların alınması üçün yığım kampaniyası elan edib. Üç gün ərzində ukraynalılar lazımi vəsaiti toplayıblar. Bununla belə, istehsalçı şirkəti Ukraynanı pulsuz olaraq PUA-larla təmin edəcəyini bildirib.

Üç "Bayraktar”ın alınması üçün toplanan vəsait qarşılığında ICEYE şirkətindən peyk alınıb.

Axtarış
Xəbər lenti
Reklam