Asif Quliyevin işindəki uğurlu fəaliyyəti günü-gündən artmaqda davam edir

Tarix: 16-09-2022, 11:20 / Oxunub: 3318
 Asif Quliyevin işindəki uğurlu fəaliyyəti günü-gündən artmaqda davam edir
 
 
 
 
 
 
Yaşadığımız dünyanın içinde başqa bir həyat  da mövcuddur: dustaq həyatı. Bu həyatın özünün ayrıca qanunları, nizamnameleri, insanları, cinayetleri, cezaları, davaları, hüquqları, elaqeleri var.  Bu dünya bizim yaşadığımız dünyanın bir parçası olsa da, bir-birinden kəskin fərqlənir. Insan bilərəkdən və yaxud bilməyərəkdən törətdiyi cinayətə uyğun layiq olduğu cəzanı alır. Və cəzasını çəkmək üçün Təcridxanalara göndərilir. Dustaq həyatı yaşamağa başlayır. Dövlətimiz dustaqların islah olması üçün Təcridxanalarda onlar üçün hər bir şəraiti yaratmışdır. Təbii ki, bu prosesdə Təcridxana rəislərinin də zəhməti əvəzolunmazdır.
Bu gün söhbət açacağımız şəxs
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Gəncə şəhər 2 saylı Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Ədliyyə Polkovnik Leytenantı Asif Quliyevdir.
Asif Quliyev işinə başladığı ilk gündən vəzifəsini vicdanla yerinə yetirmişdir. Işçi kollektivinin, dustaqların dərin hörmət və rəğbətini qazanmışdır. Dustaqların rahat olmaları üçün əlindən gələnin artığını etmişdir. Asif Quliyev Dövlətə və Dövlətçiliyə lazımi qədər xidmət edən ədliyyə məmurdur.
Demək olar ki, Respublikanın əlamətdar günlərini Təcridxanada əlindən gəldiyi qədər təntənəli şəkildə qeyd edir. Ulu Öndərimizin Doğum günü, Anım günü daim cənab Asif Quliyevin diqqəti mərkəzindədir. Asif Müəllim işində peşəkarcasına xidmət edən, hər kəsə nümunə çəkiləcək bir məmurdur. Cənab Prezidentimiz İlham Əliyevin və Ədliyyə naziri Fikrət Məmmədovun daim etimadını doğruldan belə ziyalı məmurlarımız var.
Bizdə Asif müəllimi işində göstərdiyi uğurlu fəaliyyətinə və nailiyyətlərinə görə təbrik edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Axtarış
Xəbər lenti
Reklam