Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb

Tarix: 21-09-2022, 17:35 / Oxunub: 3179
 Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
 
 Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Şəmkir rayon Suvarma Sistemləri İdarəsində vətəndaşlar üsyan edir. Bu üsyana səbəb isə rəis Tahir müəllimin işinin öhdəsindən layiqincə gələ bilməməsidir. Hələ bu azmış kimi, vətəndaşları dövlətə qarşı qaldırır, özü isə çəkilib kənarda durur. Rayon sakinləri Tahir müəllimin əlindən cana gəliblər artıq. Dövləti aldadıb təzə mator əvəzinə köhnə mator qoyurlar bir müddətdən sonra xarab olur. Sonra usta gətirib, remont elətdirirlər büdcədən də pul silirlər. Təzə matoru satıb ciblərinə qoyurlar.
Kanala geden suyu Kürdən götürüb kanala vuran nasosları dayandırırlar. Adını da qoyurlar ki, təmir gedir. İki gün işləyir, beş gün dayandırırlar. Camaat səsini çıxarmasın deyə mator işləmir deyirlər. Lakin rəsmi olaraq mator işləyir, xarab deyil. Enerjiyə qənaət üçün bele edirlər. Çünki Azərenerji onun haqqını tələb edir bunlardan. Bunlarda büdcələrindən pul getməsin deyə bu yola əl atırlar. 
Sakinlərin əkin sahələri, bağları günü-gündən susuzluqdan pis vəziyyətə düşür. Məhsulları zay olur. Göz görə-görə rayon sakinləri əziyyət çəkirlər. 
Bəs görəsən Tahir müəllim kimə və nəyə güvənir ? Belə rahat hərəkət edir. Ümumiyyətlə görəsən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun   bundan xəbəri varmı? Aidiyyatı qurumlardan məsələ ilə bağlı ciddi tədbir görmələrini xahiş edirik. 
Araşdırmamız davam edir, qarşı tərəfi dinləməyə hazırıq.
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb
Şəmkir Suvarma Sistemləri idarəsində özbaşınalıq pik həddə çatıb


Axtarış
Xəbər lenti
Reklam