Erməni əsgərin atası: “Məzardan oğlumun külünü də götürüb, ölkədən gedəcəyəm”

Tarix: 21-09-2022, 23:39 / Oxunub: 320
Erməni əsgərin atası: “Məzardan oğlumun külünü də götürüb, ölkədən gedəcəyəm”



Ermənistanda "Yerablur” hərbi məzarlığında yeni qəbirlər qazılır və rəsmi şəxslər məzarlığı ziyarət edir.

APA "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu müharibədə ölən Jora Martirosyanın anası Qayane Akopyan deyib.

O, gecədən bəri məzarlıqda keşik çəkən əsgər yaxınlarının Baş nazir Nikol Paşinyanı məzarlığa buraxmaq niyyətinin olmadığını, lakin polisin müdaxiləsindən sonra ölən əsgərlərin yaxınlarının ərazidən uzaqlaşdırıldığını deyib.

"Bir qadına qarşı 4 polis gəlirdi. Siz təsəvvür edirsiniz ki, polis bizi ərazidən çıxarmaq üçün sürüyürdü”, - o bildirib.

Ölən Mxitar Qaleyanın atası Qarik Qaleyan isə polisə tabe olmadığı üçün bölməyə aparıldığını söyləyib: "Deyirlər ki, onlara tabe olmamışıq və ərazini tərk etməmişik. Yaxşı, kişiləri aparırdınız, bəs anaları niyə tuturdunuz. Ölən əsgərlərin valideynlərinə münasibət belədirsə, onda övladımın məzarını ekshumasiya edərək külünü götürüb ölkədən gedəcəyəm”.

Ermənistan polisi ümumilikdə, 37 nəfərin bölməyə aparıldığını açıqlayıb.

Axtarış
Xəbər lenti
Reklam