TƏBİB: Yeni klinika təkcə koronavirusun müalicəsində deyil, digər sahələr üzrə də xidmət göstərəcək

Tarix: 21-09-2022, 23:40 / Oxunub: 318
TƏBİB: Yeni klinika təkcə koronavirusun müalicəsində deyil, digər sahələr üzrə də xidmət göstərəcək



"Yeni klinikada bir aydan sonra bütün vətəndaşlara tibb xidmətlər göstəriləcək".

APA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, Yeni klinikada poliklinika şöbəsi tam fəaliyyətdədir:

"Hazırda bir sıra əməliyyatlar da həyata keçirilir. Bir aydan sonra Yeni klinikada bütün vətəndaşalara tibb xidmətləri göstəriləcək. Yeni klinika artıq təkcə koronavirus xəstələrinin müalicəsinə deyil, digər sahələr üzrə də xidmət göstərəcək. Artıq hazırlıq işləri yekunlaşmaq üzrədir".

O əlavə edib ki, bu klinikada Azərbaycanda mövcud olmayan və bu günə qədər həyata keçirilməyən bir sıra əməliyyatlar icra olunacaq:

"Qısa müddətdə robotik cərrahiyyə həyata keçiriləcək”.

Axtarış
Xəbər lenti
Reklam