Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov vəzifəsini şərəflə, layiqincə yerini yetirir

Tarix: 30-09-2022, 10:58 / Oxunub: 3214
 Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Rəşad Mahmudov vəzifəsini şərəflə, layiqincə yerini yetirir
 
 
Bu gün söhbət açacağımız şəxs Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Mahmudov Rəşad Məmmədrəsul oğludur. Vəzifəyə yiyələndiyi gündən Rəşad  müəllim bu işin aliliyini qoruyub saxlayır, vəzifəsini şərəflə, layiqincə yerini yetirir. Peşəkarlığı və insanlara göstərdiyi qayğıkeşliyi, hörməti ilə seçilən insandır. Kömək etdiyi hər kəsin böyük hörmət və rəğbətini qazanmışdır. Öz işgüzarlığı, işində qazandığı uğur və nailiyyətləri ilə tanınır. Ulu Öndər Heydər Əliyev siyasi kursuna daim sadiqdir. Tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiq bir şəxsdir.
 
 Ümummilli liderimiz Heydər Əliyevin sevgisini daim qəlbində daşıyır. Doğum günü, anım günü və başqa xüsusi günlərdə hər daim Ümummilli liderimizin məzarını ziyarət edir. Bu münasibətlə keçirilən tədbirlərdə canla-başla iştirak edir.
Sakinlərə böyük  diqqət və hörmətlə yanaşır, onların problemlərini əlindən gəldiyi qədər həll edərək, onların dövlətimizə inamını artırır!
Bütün iştirak etdiyi  tədbirlərdə dövlətçiliyimizin və prezidentimizin yüksək adını hər şeydən uca tutur. Halal olsun Ekologiya və Təbii Sərvətlər nazirimiz cənab Muxtar Babayevə ki, Rəşad Mahmudov kimi kadrlara üstünlük verir. Rəşad müəllimdə başda Ali Baş Komandanımız olmaqla cənab Muxtar Babayevin etimadını layiqincə doğruldur.

 
Qaynar xəttin dostu adına layiq görüldüyü üçün kollektivimiz adından Rəşad müəllimi təbrik edir, xalqımıza şərəfli xidməti üçün təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Axtarış
Xəbər lenti
Reklam