Xaçmazda avtomobil ağaclara çırpılıb, bir neçə nəfər xəsarət alıb

Tarix: 3-10-2022, 18:16 / Oxunub: 344
Xaçmazda avtomobil ağaclara çırpılıb, bir neçə nəfər xəsarət alıb
Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Şimal bürosunun məlumatına görə, Xaçmazın Nərəcan kəndində "Opel" markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı sərnişinlər - 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Axtarış
Xəbər lenti
Reklam