“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

Tarix: 5-10-2022, 10:29 / Oxunub: 3137
 “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”
 
 “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

 
 
5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramlarını qeyd edirlər. Bu bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.
Dünyanın bütün peşə sahiblərini həyata hazırlayan elə müəllimdir. Bu baxımdan, müəllimlik peşəsi heç bir peşə ilə müqayisəyə gəlməyən bir nümunədir.
Azərbaycanda da müəllimə qarşı böyük bir imic formalaşıb, hər kəs onun şəxsiyyətinə və böyüklüyünə hörmətlə yanaşır.
 Ölkəmizdə öz peşəsini şərəf və ləyaqətlə yerinə yetirən, gənc nəslin mükəmməl formalaşmasında əlindən gələni əsirgəməyən belə müəllimlərdən biri də Tovuz rayonu Düz Qırıqlı Uşaq bağçası və Körpələr evinin müdiri Cəfərova Afət Dadaş qızıdır. Afət xanım öz vəzifəsini sevərək yerinə yetirir. Bağçanın müəllim kollektivi Afət xanımın işini yüksək qiymətləndirir, ona böyük hörmət və rəğbət bəsləyirlər. Bağçada bütün uşaqların sevimlisidir. Körpələrə, uşaqlara müəllim, müdir kimi yox sözün əsl mənasında bir Ana kimi qayğı göstərir. Onlarla yaxından maraqlanır. Dövlətimizin ona göstərdiyi etimadı layiqincə doğruldur. Bütün dövlət tədbirlərində layiqincə iştirak edir. Redaksiyamızın yəni Qaynar xəttin Fəxri diplomu ilə təltif olunmuşdur. 
Bizdə öz növbəmizdə Afət xanımı və Düz Qırıqlı Uşaq bağçası və Körpələr evinin bütün müəllim kollektivini Peşə bayramı münasibətilə təbrik edir, onlara bu şərəfli və bir o qədər də məsuliyyətli yolda uğur və müvəffəqiyyətlər arzu edirik.


Axtarış
Xəbər lenti
Reklam